Azərbaycanlı gənclər “Bakı-2015” Avropa Oyunlarının keçirilməsini səbirsizliklə gözləyirlər
21.08.2014 [09:40]
Azərbaycanlı gənclər “Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsini səbirsizliklə gözləyirlər.
AzərTAc xəbər verir ki, bu sözləri avqustun 20-də “Fairmont Baku” otelində tələbələr arasında könüllülüklə bağlı keçirilmiş sorğunun nəticələrinə həsr olunan mətbuat konfransında “Bakı-2015” Avropa Oyunlarının (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq deyib.
O, hazırda BEGOC-da 670 peşəkarın çalışdığını, onların 400-nün azərbaycanlı olduğunu, 70 faizini gənclərin təşkil etdiyini bildirib.
S.Kleqq deyib ki, artıq “Bakı-2015” Oyunları Akademiyasının ilk buraxılışı gerçəkləşib. Dörd hissədən ibarət layihənin birinci mərhələsində 45 gənc iştirak edib. Onlar arasında Portuqaliya, Türkiyə, Xorvatiya və digər ölkələrdən olan könüllülər də var. Gələn həftə akademiyanın ikinci mərhələsi start götürəcək.
İlk Avropa Oyunlarına 12 min könüllünün cəlb olunacağını bildirən baş direktor mötəbər yarışda idmanın 19 növü üzrə 6 mindən artıq atletin mübarizə aparacağını diqqətə çatdırıb. Qeyd edib ki, könüllülər Oyunların keçiriləcəyi 20 idman obyektində fəaliyyət göstərəcəklər. Mötəbər turnirdə könüllü kimi iştirak etmək üçün 9 minə yaxın müraciət daxil olub. Bu proses hazırda davam edir. Oktyabrda həmin gənclərlə müsahibələr təşkil olunacaq və gələn ilin yanvarında onların bölgüsü aparılacaq. Gənclər Fondunun ilk Avropa Oyunları ilə bağlı onlarla layihəyə qrant ayırdığını bildirən S.Kleqq bu xəttin bundan sonra da davam edəcəyini bildirib.
O deyib ki, tələbələr arasında könüllülüklə bağlı keçirilən sorğu 109 təhsil müəssisəni əhatə edib. Azərbaycanda indiyədək keçirilən ən böyük sorğuda 150 min 403 gənc yeddi sualı cavablandırıb. Sorğu iştirakçılarının 71 faizi Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsinin bu ölkə üçün çox əhəmiyyətli olacağına inanırlar. İyirmi altı mindən çox iştirakçı isə BEGOC-un Oyunların keçirilməsi ilə bağlı nəzərdə tutduğu 12 min könüllüdən biri olmaq üçün ərizə verməyi səbirsizliklə gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

