Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / UEFA Azərbaycanı mükafatlandırıb

UEFA Azərbaycanı mükafatlandırıb

14.04.2025 [19:43]

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov Polşanın Sopot şəhərində keçirilən 14-cü UEFA Kütləvi Futbol Konfransı və mükafatlandırma mərasimində iştirak ediblər.

Milli assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, UEFA-ya üzv olan 55 ölkənin nümayəndələrinin qatıldığı konfransda son 3 il ərzində futbolun kütləviliyi istiqamətində görülmüş işlər haqqında geniş müzakirələr aparılıb, mühazirələr dinlənilib.

Konfransda, həmçinin müvafiq nominasiyalar üzrə qalib gəlmiş ölkələrə mükafatlar təqdim edilib. UEFA-nın fəxri üzvü Per Ravn Omdal və texniki təhsil və inkişaf rəhbəri Olivier Doglia tərəfindən Fərrux İsmayılova “UEFA Grassroots Charter Member” plaketi təqdim olunub.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31