“Neftçi” Çempionlar Liqasında mübarizəyə başlayır
17.07.2013 [12:41]
“Neftçi” Avropada növbəti mövsümə start verir. Çempionlar Liqasındakı (ÇL) yeganə təmsilçimiz mübarizəyə II təsnifat mərhələsindən başlayaraq, Albaniyanın “Skenderbeu” klubunu qonaq edəcək. Bununla da 2 ölkənin komandası qitə miqyaslı turnirdə ilk dəfə üzləşəcək. “Neftçi” ötən mövsüm Avropada uğurlu çıxışı ilə futbolumuzda tarix yazaraq, diqqət mərkəzində oldu. Doğrudur, bu, hazırkı turnirdə yox, Avropa Liqasında baş verdi. Hər halda, bu da UEFA bayrağı altında yarışdır və onun qrup mərhələsinə düşmək futbolumuzda ilk dəfə idi. ÇL-də Gürcüstan “Zestafoni”sini asanlıqla keçəndən sonra İsrail “Hapoel”inə uduzan çempionumuz mübarizəni Avropa Liqasında davam etdirmək hüququndan maksimum istifadə etdi. Belə ki, ÇL-də 1/4 final mərhələsi iştirakçısı olmuş APOEL üzərində Kiprdə qazanılan zəfər qrup oyunlarında iştirak etmək imkanı yaratdı. Burada “İnter”, “Rubin”, “Partizan”la bir qrupda çıxış edən “Neftçi” mübarizəni Milanda 2:2 hesablı tarixi nəticə, ümumilikdə 2 xalla başa vurdu.
İndi Böyükağa Hacıyevin komandası Albaniya çempionunu keçərsə, yenə ən azı 4 oyunu özü üçün təmin edəcək. Ancaq bu, alternativ yoldur və indi əsas hədəf artıq ÇL-də qrupa düşməyə çalışmaqdır. “Neftçi” Korça təmsilçisi ilə ilk oyundan sonra - artıq iyulun 19-da potensial rəqibini biləcək. Rəqib Avstriyada təlim-məşq toplanışı keçərək, yoxlama oyunlarında uğursuz çıxış edib. Albaniyalılar 5 yoxlama oyunda 16 top buraxıb. “Neftçi” isə rəqibindən fərqli 1 matçda qalib gəlib ki, bu da Almaniyanın aşağı divizion təmsilçisi “Vakker” üzərində 3:0 hesablı qələbə idi. Komandaların mövsümlərarası fasilədə bombardirləri ilə bağlı vəziyyət diqqət çəkdi. Belə ki, “Skenderbeu”nun ən sərrast oyunçusu olan Pero Peyiçi Çin klubuna satdığı açıqlansa da, sonradan xorvatiyalı hücumçu qayıdası oldu. “Neftçi”dən isə 26 qolla çempionatımızın bombardiri olan Nikolas Kanales birdəfəlik getdi. Çilili hücumçu əvəzinə transfer olunan hollandiyalı həmkarı Melvin Platyenin debütdə özünü necə göstərəcəyi böyük maraq doğurur.
Qeyd edək ki, ilk dəfə avrokubok oyununun keçiriləcəyi 8-ci km qəsəbə stadionundakı matç saat 21:00-da başlayacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50

