“Azərbaycanda atletika idman növünün böyük gələcəyi var”
02.11.2012 [01:06]
Ceyhun Hüseynov: Atletika idman növləri elədir ki, bünövrə olmasa, sonradan nəyəsə nail olmaq demək olar ki, mümkün olmur
Atletika idman növü bütün dünyada populyarlığı ilə seçilir. Bu sahəyə daxil olan idman növlərinə maraq o qədər böyük olur ki, qitə və dünya çempionatlarında, Olimpiya Oyunlarında arenalar azarkeş sarıdan heç vaxt korluq çəkmir. Kütləvilik baxımından da atletika növləri həmişə seçilirlər. Atletika idman növləri elədir ki, Olimpiya proqramında geniş şəkildə təmsil olunurlar. Bu isə o deməkdir ki, bu sahə ilə məşğul olan bir idmançı Olimpiya Oyunlarında bir neçə medal qazana bilir. Bəs bizim ölkəmizdə bu sahədə vəziyyət necədir?
Bu məqsədlə “Gənclik” metrosunun yaxınlığında yerləşən Respublika Olimpiya Mərkəzinə baş çəkdik. Orda olduğumuz vaxtda arenada müxtəlif yaş qrupları üzrə çoxlu sayda uşaq və yeniyetmənin atletikanın bir çox növləri ilə məşğul olmasının şahidi olduq. Xüsusilə, aşağı yaş qrupları üzrə məşğul olanların sayının çox olması sevindirici haldır. Atletika Federasiyasının tullanma və sprinter üzrə məşqçisi Ceyhun Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda idman xeyli inkişaf edib. İdmançılarımızın dünya və Avropa birinciliklərində, Olimpiya Oyunlarında əldə etdiyi nailiyyətlər, qazanılan medalların sayı bu inkişafın məntiqi nəticəsidir: “Bu kontekstdə yanaşdıqda atletika idman növlərində də ciddi işlər həyata keçirilir. Bu sahədə dövlət tərəfindən atılan addımlar, federasiyamızın gördüyü işlər, yaradılan şərait böyük gələcək vəd edir. Mən deyərdim ki, Azərbaycanda atletika idman növünün böyük gələcəyi, perspektivi var. Xüsusilə, son vaxtlar məşqlərdə tətbiq etdiyimiz yeni məşq proqramları bu sahədə canlanma yaradıb. Beynəlxalq Atletika Federasiyasının proqramı əsasında məşq proqramı tərtib edərək, idmançılarımızla həmin proqramlar əsasında məşq keçirik”.
- Atletika idman növləri dünyada çox məşhur olsa da, ölkəmizdə nədənsə bir qədər geri planda qalır. Bu idman növünün ölkəmizdə kifayət qədər populyar olmaması nə ilə bağlıdır?
- Fikrimcə, bizdə təbliğat baxımından bir qədər problemlər var. Atletika idman növü bütün dünyada çox geniş yayılıb, böyük və daimi azarkeş ordusuna sahibdir. Olimpiya Oyunlarında ən çox sevilən idman növləri arasında atletikaya aid növlər ön sıralarda dayanır. Bu idman növlərini, müxtəlif məsafələr üzrə qaçışları, uzunluğa, hündürlüyə tullanmanı, şüvüllə tullanma, sprinter yarışlarını təbliğ etmək lazımdır ki, insanlarımız bu idman növlərini daha yaxşı tanısın. Güləş, futbol, cüdo daha çox tanınır, amma atletika növləri tanınmaq baxımından bir qədər geri qalır. Eyni zamanda, atletika idman növləri fiziki sağlamlıq baxımından da çox əhəmiyyətlidir. Amma, bir məsələ var ki, bu idman növlərində ciddi uğur əldə etmək üçün hazırlığa, məşqə lap aşağı yaşlardan başlamaq lazımdır. Məktəblərdə 1-4-cü siniflərdə bədən tərbiyəsi və idman dərsləri istənilən səviyyədə keçilmir. Ya da sadəcə əl-qol hərəkətləri edilir, vəssalam. Halbuki, elə həmin vaxtlarda uşaqlara bədən tərbiyəsi dərsləri keçmək, onları idmana həvəsləndirmək lazımdır. Atletika idman növləri elədir ki, bünövrə olmasa, sonradan nəyəsə nail olmaq, demək olar ki, mümkün olmur.
- Məşq keçdiyiniz uşaqlar və yeniyetmələr arasında perspektiv vəd edən idmançılar varmı?
- Elə idmançılarımız var. Mənim məşq keçdiyim idmançılar arasında 8 yaşlı Kəskin Abbaszadəni qeyd edə bilərəm. 5 yaşından onunla məşğulam, 3 il ərzində çox şey öyrənib, perspektivi böyükdür. Cabir Əliyev, Xədicə Hümbətova, Şövkət Abadova, Qorqud Məmmədli, Miri Babayev yaxşı perspektiv vəd edən idmançılardır. Düşünürəm ki, adını qeyd etdiyim bu idmançılar gələcəkdə uğur qazana, ölkəmizin bayrağını beynəlxalq yarışlarda ucalda bilərlər.
- Son keçirilən yarışda əldə edilən nəticələr necə oldu?
- Sonuncu yarışımız bir müddət öncə baş tutub. Atletika üzrə “Ümid” klubunun beşilliyi ilə bağlı açıq çempionat keçirildi. Ölkəmizin müxtəlif klubları ilə yanaşı, Gürcüstanın yeniyetmələrdən ibarət yığma komandası da 20 idmançı ilə yarışa qatılmışdı. 2 qızıl medal qazandıq. Qorqud Məmmədli 60 metr məsafəyə yarışda, Nazim Əliyev isə uzunluğa tullanma yarışında bütün rəqiblərini üstələyərək qızıl medal qazandılar. Onlardan başqa digər təmsilçilərimiz uzunluğa tullanma, hündürlüyə tullanma, nüvə atma yarışlarında gümüş və bürünc medal qazandılar.
- Qarşıda hansısa beynəlxalq yarışda iştirak planı varmı?
- Bu idmançılar hələ böyük idmana qədəm qoymayıblar. Bunun üçün bir qədər yol qət etmək, ciddi hazırlıq keçmək tələb olunur. Gələn il bir sıra turnirlərdə iştirak ola bilər. Mən tələbələrim arasında lider kimi Qorqudu 2014-cü il Yeniyetmələr arasında Olimpiya Oyunlarına hazırlayıram. Bu yarışda iştirak və nəticə əldə etmək bizim üçün çox vacibdir. Çünki idmançı üçün Olimpiya Oyunlarında iştirak etmək, orada medal qazanmaq ən böyük uğur sayılır. Digər idmançılardan Nazimin, Şövkətin, Xədicənin adlarını qeyd edə bilərəm. Digər məşqçilərimizin də böyük perspektivi olan idmançıları var. İnanıram ki, adını qeyd etdiyim idmançılar ölkəmizin bayrağını zirvələrə qaldıracaqlar.
Anar Miriyev
Xəbər lenti
Hamısına baxElm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30

