Sülh və əməkdaşlıq...
01.11.2023 [10:15]
Cənubi Qafqazın inkişafı üçün zəruri şərtlər
2020-ci il Vətən müharibəsindən sonra başlanan Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi yeni mərhələyə qədəm qoyub. Sirr deyil ki, bu ilin sentyabrın 19-20-də keçirilən uğurlu lokal antiterror tədbirləri Azərbaycanın suverenliyinin bərpasına yol açmaqla yanaşı, sülh prosesində yeni ştrixlərin meydana gəlməsini şərtləndirib. Belə ki, artıq separatçı xuntanın ləğvi, Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması, Qarabağda nəzarətin tam əldə edilməsi Ermənistan ilə Azərbaycan arasında iki ilə yaxındır ki, davam edən münasibətlərin normallaşması prosesinə də köklü təsir edir. Yaranan yeni mənzərənin fonunda sülh üçün daha əlverişli və münbit zəmin formalaşıb.
Bu məsələ Azərbaycan XİN rəhbəri Ceyhun Baryamovun BƏƏ səfəri çərçivəsində də müzakirə predmeti olub. Belə ki, xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşündə bildirib ki, sülh quruculuğu prosesi üçün yeni imkanlar yaranıb. Bölgədə sülh və reinteqrasiya prosesləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov ölkəmiz tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını diqqətə çatdırıb. Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu vurğulanıb.
Azərbaycan bəyan edir ki...
Vurğulandığı kimi, artıq sülh yeni siyasi reallıqlar fonunda müzakirə olunur. Azərbaycan ərazisindəki separatizmi ləğv edib, suverenlik bərpa olunub. Sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi də bəlli və şəffafdır. Son proseslərdən sonra müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalət mənzərə ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün bu səylər olduqca əsaslı şərait yaranıb - ölkəmizin beynəlxalq hüquqa söykənən addımları regional yaxınlaşmanı mümkünləşdirib. Məsələn, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağda baş tutan atiterror tədbirləri zamanı nümayiş etdirdiyi mövqe bunun bariz sübutudur. Azərbaycanın yaratdığı bu reallıq gələcək yaxınlaşmalar üçün də baza formalaşdırır. Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə ist?mədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq və nümayiş etdirdiyimiz humanist mövqe məhz bu tezisə əsaslanır. Qarşıdakı zamanlarda, yeni mərhələdə iki ölkə arasında münasibətlərin normallaşmasını təmin etmək istiqamətində baş tutacaq təmaslarda da Azərbaycan kifayət qədər açıq və beynəlxalq hüquqa söykənən proqramına əsaslanır - dövlətimizin delimitasiya və demarkasiya məsələləri və digər müzakirə predmetləri üzrə mövqeyi ortadadır. Hələ aprelin 23-də Laçın dövlət sərhəd buraxılış məntəqəsi qurulan zaman Azərbaycan bəyan etmişdi ki, Ermənistan ilə Azərbaycan arasında sərhədlər mütləq şəikldə müəyyənləşməlidir. Bu ölkəmiz üçün mühüm şərtdir - sadəcə, Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməsi regionda yeni siyasi situasiya formalaşdıra bilər...
Ermənistan iradə nümayiş etdirməlidir
Bu isə regional əməkdaşlığı, hətta xarici investisiyaların bölgəyə cəlb edilməsi üçün münbit şəraiti də formalaşdıra bilər. Bəlli olduğu kimi, Azərbaycan bu istiqamətdə uğurlu iş aparır və dünyanın bir sıra aparıcı şirkətləri, iqtisadi strukturları Azərbaycanla əməkdaşlıq üçün müracitələr ünvanlayırlar. Ermənistanan konstruktiv davranışı isə bu investisiyaların və əməkdaşlığın ümumən bölgəni əhatə etməsinə yol aça bilər. Ermənistanın sülhü imzalamalı, regionun perspektiv inkişafına əngəl yaratmamaldır. Müharibənin başa çatmasından sonra ötən iki ildə qalib Azərbaycan sülh və sabitliyin əldə olunması üçün bütün vacib addımaları atıb, üzərinə düşən öhdəlikləri yerinə yetirib - Ermənistan isə hələ də mövqeyini dəqiq müəyyənləşdirməyib - rəsmi İrəvan hələ də sülh prosesini marnipulyasiya etməklə məşğuldur. Bəzi məqamlarda bəhs olunan əməkdaşlıq formatlarının yaranmasında, hətta orada iştirakda maraqlı olduğunu deyən İrəvan nəticəyə hədəflənən iradə nümayiş etdirmir. Təəssüfləndirici haldır ki, bu kimi müşahidələr Ermənistanın regional əməkdaşlıqda maraqlı olmadığını təsdiqləyir.
Diqqətdən yayınmamanıdır ki, geniş altıtərəfli platforma ilə yanaşı, Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli formatın yaradılması da aktualdır. Bu təşəbbüs də bilavasitə Azərbaycan Prezidentinə məxsusdur. Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlıq formatının yaradılması bölgədə keyfiyyətcə yeni atmosferin formalaşmasına müsbət təsir göstərə bilər. Azərbaycanın dövlət başçısı bu barədə bir qədər bundan əvvəl Gürcüstana səfəri zamanı vurğulamışdı. Bu kimi əməkdaşlıqların yaradılması isə növbəti mərhələdə Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövrünü başlada bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35

