Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açılıb
30.12.2011 [13:45]
Dünən Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə mərkəz haqqında məlumat verib. Bildirilib ki, 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının “SK C&C” şirkəti ilə razılıq əldə olunub, yeni sistemin layihəsi hazırlanıb və icrasına başlanıb. 2009-cu il aprelin 6-da dövlətimizin başçısının iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilib. Bu il oktyabrın 4-də isə Prezident İlham Əliyev mərkəzdə görülən işlərlə tanış olub.
Azərbaycan Prezidentinin diqqətinə çatdırılıb ki, mərkəzin yaradılmasında əsas məqsəd Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsindən, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsindən və hərəkət marşrutlarının optimallaşdırılmasından ibarətdir.
Beşmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Birinci mərtəbədə sahəvi avadanlıqların istismar şöbəsi, UPS-enerji tənzimləyicisi və digər inzibati otaqlar var. Şöbələrin əksəriyyəti dördüncü mərtəbədə yerləşir.
Dövlətimizin başçısı bu mərtəbədə yaradılmış şəraitlə tanış olub. Otaqlarda rahat işləmək üçün hər cür şərait var. Burada ayrıca televiziya və radio studiyası da yaradılıb. Gələcəkdə studiyada əldə olunacaq bütün məlumatların canlı yayımla televiziya və radio kanallarına ötürülməsi mümkün olacaq. üçüncü mərtəbədəki konfrans və təlim zallarında isə mərkəzin fəaliyyətini canlı izləmək mümkündür.
Prezident İlham Əliyev intellektual idarəetmə zalına gəlib, mərkəzin fəaliyyəti ilə bağlı təqdimata baxıb. Bildirilib ki, burada 600 rəqəmsal görüntünü əks etdirən, dünyada ən böyük - 120 kvadratmetr sahəsi olan monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumatı 192 kamera vasitəsilə əldə etmək mümkündür.
Qeyd edilib ki, mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılacaq.
Məlumat verilib ki, üç mərhələdən ibarət olan intellektual nəqliyyat sisteminin hazırda birinci mərhələsi Bakının əsas küçə və prospektlərini əhatə edir. Bu proses ikinci mərhələdə 2 min 200 kvadratkilometr sahədə Böyük Bakı və Abşeron ərazisini, üçüncü mərhələdə isə respublikanın bütün bölgələrində yerləşən nəqliyyat infrastrukturunu əhatə edəcək. Birinci mərhələdə Bakıda intellektual nəqliyyat sistemi avadanlığının quraşdırılması artıq yekunlaşıb. İntellektual sistem üçün paytaxt ərazisində 450 kilometr müstəqil elektrik xətləri, 320 kilometr isə fiber-optik rabitə xətləri çəkilib.
Bildirilib ki, intellektual nəqliyyat sisteminin əsas xüsusiyyətlərindən biri də müşahidə kameralarıdır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda kameralar yerləşdirilib. Yollarda vəziyyətin qrafik şəkildə sürücülərə ötürülməsi üçün isə elektron məlumat tabloları qurulub.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Sonra dövlətimizin başçısı nəqliyyatı intellektual idarəetmə sistemində istifadə olunan avadanlıqla maraqlanıb. Bildirilib ki, dayanacaqlarda quraşdırılan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Bu cür terminal şəhərin 664 avtobus dayanacağında quraşdırılıb. Yerli mütəxəssislər tərəfindən hazırlanan və “Azəri” adı altında patentləşdirilən xüsusi avadanlıq isə mərkəzlə avtobus sürücüləri arasında birbaşa əlaqəni təmin edir. Bu avadanlıq vasitəsilə mərkəzdən avtobusa səs və mətn tipli informasiyanın ötürülməsi də mümkündür. Vaxt və məsafənin tənzimlənməsinə də imkan yaradan bu cihaz 3 minə yaxın avtobusda quraşdırılıb. Nəqliyyatda tətbiq olunacaq vahid ödəniş sistemi isə sərnişinlərin rahatlığını artıracaq.
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20

