Regionun əsas söz sahibləri!
12.09.2023 [10:00]
Ermənistanın yeni müharibə hazırlıqları qlobal gücə çevrilən Türkiyədə də böyük narahatlıqla izlənilir
44 günlük müharibədə şanlı Zəfərə imza atan Azərbaycan regionda keyfiyyətcə yeni reallıqlar yaradıb. Müharibədən əvvəl bölgə Ermənistanın işğalçılıq siyasətinə görə risklər və təhdid altında idi. Qalib Azərbaycan işğalçını ağır kapitulyasiyaya məruz qoymaqla bu kimi təhlükələri aradan qaldırdı. Ölkəmiz postmüharibə mərhələsində qalib statusuna baxmayaraq heç bir şərt irəli sürmədən Ermənistanla sülh sazişi imzalamaq, iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya olunmasını istəyir. Bu, Azərbaycanın xoş məramının ifadəsidir. Lakin məğlub Ermənistan çirkin siyasətindən əl çəkmək istəmir. Bu ölkədə xaricdəki havadarların diqtəsi ilə revanşist qüvvələr baş qaldırıb və onlar yenə də regionu qanlı müharibəyə sürükləməyə çalışırlar. Təbii ki, Azərbaycanın və Ermənistanın bir-birinə daban-dabana zidd olan davranışları digər region dövlətləri tərəfindən adekvat qarşılanır.
Azərbaycan liderinə artan inam
44 günlük müharibədə əldə olunan şanlı qələbənin əsas memarı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Məhz Onun qətiyyətli siyasi iradəsi ilə ölkəmiz böyük Zəfərə aparan müharibə hazırlıqları gördü, öz yenilməz Ordusunu formalaşdırdı. İlham Əliyev düşmənin genişmiqyaslı təxribatlarına layiqli şəkildə cavab vermək üçün uyğun zaman seçdi. Müharibə günlərində bütün dünya Azərbaycan Liderinin özünəməxsus diplomatik gedişlərinin şahidi oldu. Müharibə günlərində məğlubiyyət acısı yaşayan Ermənistanın havadarları, o cümlədən də Fransa prezidenti Emmanuel Makron tez-tez Prezident İlham Əliyevə telefon açaraq döyüşlərin dayandırılmasını istəyirdi. Azərbaycanın dövlət başçısı bu kimi təzyiqlər qarşısında geri çəkilmədi və müharibə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasınadək davam etdirildi.
Müharibədə İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Zəfər, postmüharibə dövründə Azərbaycanın sülyaratma prosesinə məsuliyyətli yanaşması, həmçinin regional və qlobal miqyasda əməkdaşlığın genişlənməsinə davamlı töhfələr verməsi ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Son vatlarda Avropa İttifaqı (Aİ) məkanına daxil olan ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları tez-tez belə bir fikir ifadə edirlər: Avropada İlham Əliyevə telefon açmaq, onunla birlikdə şəkil çəkdirmək istəyən liderlərin sayı kifayət qədər çoxdur. Bu fikirlər Azərbaycanın dövlət başçısının liderlik keyfiyyətlərinə, ölkəmizin ardıcıl siyasətinə verilən layiqli qiymətdir.
Həmişə bir yerdə olan Azərbaycan və Türkiyə
Azərbaycan Prezidenti İlham Əliyevə növbəti telefon zəngi sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib. Telefon danışığı əsnasında dövlət başçıları regional məsələləri, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentləri arasında fəal diplomatik təmaslar həmişə yüksək səviyyədə olub. Hər iki lider bir-birinə “əziz qardaşım” deyə müraciət edirlər. Onlar Azərbaycanın və Türkiyənin sevinclərini birlikdə bölüşürlər, eyni zamanda, çətin anlarda qardaşlıq köməyini əsirgəmirlər. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi dövrdə Türkiyə bir qayda olaraq Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib, işğalçı Ermənistanla sərhədlərini bağlayıb. 44 günklük Vətən müharibəsi günlərində də Türkiyə Azərbaycanın yanında oldu. Türkiyədən gələn mənəvi-siyasi dəstək ədalətli müharibə aparan Azərbaycana əlavə güc verdi, xalqımızın özünəinam hissini artırdı. Biz Qələbədən sonra da bir yerdəyik.
Son vaxtlarda Ermənistanın apardığı müharibə hazırlıqları Azərbaycanda olduğu kimi, qardaş Türkiyədə də birmənalı qarşılanmır. Məlum olduğu kimi, Azərbaycan və Türkiyə özlərinin müttəfiqlik münasibətlərini 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə bir daha rəsmiləşdiriblər. Bu sənəd iki qardaş ölkənin kritik anlarda birgə hərəkət etmək məsuliyyəti yaradır. İndiki halda Ermənistanın yeni müharibə alovlandırmaq cəhdi bütün region dövlətləri kimi, Türkiyənin də maraqlarına ziddir. Buna görə artıq qlobal gücə cevrilən Türkiyə Ermənistanın yeni müharibə hazırlıqlarını böyük narahatlıqla izləyir.
N.Paşinyanın zəhlə tökən zəngləri
Postmüharibə dövründə başlayan və müəyyən qədər irəli gedən sülh prosesi hazırda dalana dirənib ki, bunun da əsas məsuliyyəti məğlub Ermənistanın üzərindədir. Heç kəsə sirr deyil ki, Ermənistan üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirmir, vasitəçilərin səyi ilə Moskva, Brüssel, Vaşinqton platformalarında əldə olunan razılaşmaları kobud şəkildə pozur. İki ölkə arasındakı şərti sərhədlər boyunca və Rusiya sülhməramlı kontingentin müvəqqəti xidmət zonasında törədilən təxribatların ssenariləri də Ermənistan rəhbərliyi və bu ölkənin xaricdəki havadarları tərəfindən cızılır. Son vaxtlarda Ermənistanın Hindistandan və Fransadan silahlar tədarük etməsinə dair ardıcıl xəbərlər gəlir. Bütün bunlar məğlub ölkənin yeni müharibə hazırlıqları görməsindən xəbər verir.
Bununla belə, Nikol Paşinyan hakimiyyəti müxtəlif manevrlər etməklə diqqəti Ermənistanın müharibə hazırlıqları aparmasından yayındırmağa çalışır. Xeyli müddətdir ki, Xankəndidə yaşayan erməni əhalinin guya “humanitar böhran”la üzləşməsi manipulyasiyası dövriyyədədir. Ancaq Azərbaycanın qətiyyətli mövqeyi və praktiki gedişləri bu manipulyasiyanı iflasa uğradıb. “Humanitar böhran” fiaskosunun ardınca Nikol Paşinyan yenidən “telefon diplomatiyası”na qayıdış edib. Ermənistanın lideri 44 günlük müharibə günlərində olduğu kimi, yenə də uzaq və yaxın ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəsmilərinə ard-arda zənglər edərək ölkəsinin davranışlarına haqq qazandırmağa, özünə tərəfdaşlar tapmağa cəhdlər göstərir. Nikol Paşinyan yenə də riyakarlıq ortaya qoyaraq sülh danışıqlarını davam etdirməyə, Prezident İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirir. Halbuki, o, belə vədləri bundan əvvəl çox verib. Ancaq vədlər verməklə məsələlər həll olunmur, gərək verdiyin sözü ucuz tutmayasan, mövqeyində ardıcıllıq nümayiş etdirəsən. Bunu isə indi telefonun dəstəyindən asılı qalan, zəhlətökən zəngləri ilə hamını bezdirən Ermənistan liderindən gözləməyinə dəyməz.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35

