Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib
11.10.2011 [15:50]
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə dünən “Buta” sarayında rəsmi ziyafət verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev ziyafət iştirakçılarını salamlayaraq deyib: “Hörmətli qonaqlar, əziz dostlar. Mən sizin hamınızı bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. ölkəmizə xoş gəlmisiniz! Bu gün Birinci Bakı Beynəlxalq Humanitar Forumu öz işini uğurla davam etdirib. Birinci gün çox uğurlu oldu. Forum çərçivəsində səslənən fikirlər humanitar sahədə əməkdaşlığa böyük töhfə verdi. Mən Forumda çıxış etmiş bütün natiqlərə dərin minnətdarlığımı bildirmək istəyirəm. Forum sabah da davam edəcəkdir. Sabah müxtəlif seksiyalarda biz dəyərli və maraqlı çıxışları dinləyəcəyik. Bir sözlə, mən çox şadam ki, bu Forum xalqları birləşdirən Forum oldu. Bu Forum dünyada xoşniyyətli qüvvələri bir araya gətirən Forum oldu. Mən ümid edirəm ki, bu Forumun çox gözəl nəticələri olacaqdır. Bu Forumda iştirak etmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Xüsusilə, mənim həmkarlarımı - sabiq prezidentləri səmimiyyətlə salamlayıram. Beynəlxalq təşkilatların rəhbərlərini salamlayıram. Görkəmli dövlət xadimləri, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər - bu gün bizim aramızdadırlar. Onlar bizim qonaqlarımızdır. Hesab edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumu dünya miqyasında özünə layiq yerini tutacaqdır. ümid edirəm ki, bu Forumun gələcəyi çox gözəl olacaqdır”.
Sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08

