Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

27.09.2011 [10:08]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib. ABŞ-ın nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirən dövlətimizin başçısı bu səfərin nümayəndə heyəti üzvlərinin ölkəmizi daha yaxından tanıması üçün yaxşı imkan yaradacağını deyib.
ABŞ-ın Koliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitian Kaliforniya Ştatının qanunverici orqanını təmsil edən nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən məmnunluğunu bildirib. Cozef Simitian nümayəndə heyətinin tərkibində Kaliforniya ştatının müxtəlif bölgələrini təmsil edən senatorların olduğunu deyib. O, ölkəmizi yaxından tanımaq baxımından səfərin əhəmiyyətini yüksək dəyərləndirib.


Paylaş:
Baxılıb: 988 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30