Azərbaycanın müsəlman ölkələri ilə əlaqələri yüksək səviyyədə inkişaf edib
12.08.2011 [10:15]
Müqəddəs Ramazan ayının onikinci gününü yaşayırıq. Digər müsəlman ölkələrində olduğu kimi, Ramazan Azərbaycanda da böyük coşqu və məhəbbətlə qeyd olunur. Bu ayda inanclı insanlar Allaha daha yaxın olmaq üçün oruc tutur, imkanlı şəxslər nisbətən aztəminatlı təbəqədən olan insanlar üçün iftar süfrələri açır, məscidlərdə ehsanlar verilir, müxtəlif dini ayinlər icra olunur. Ramazan ayında artıq ənənəyə çevrilmiş hadisələrdən biri də Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşməsidir. Avqustun 10-da müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edən dövlətimizin başçısı, onları müqəddəs Ramazan ayı münasibətilə təbrik etməklə yanaşı, ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini də vurğulayıb.
Görüşdə dövlət başçısı Azərbaycanın müsəlman ölkələri ilə ildən- ilə daha da sıx əməkdaşlıq etdiyini qeyd edib. Müsəlman ölkələrinin səfirliklərinin Bakıda sayının ildən-ilə artdığını diqqətə çatdıran Prezident İlham Əliyev, bundan çox şad olduğunu bildirib və eyni zamanda, qeyd edib ki, Azərbaycan da öz növbəsində müsəlman ölkələrindəki səfirlərinin sayını artırmaqdadır: “Bu həm bir-birimizə olan münasibətin təzahürüdür, eyni zamanda, bu, zərurətdir. Biz çox istəyirik ki, bütün müsəlman ölkələri arasında əlaqələr daha da sürətlə inkişaf etsin”.
Prezident, daha sonra, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də müsəlman ölkələri ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı, eləcə də, digər təşkilatlarla ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur. Bir neçə il öncə BMT-nin Baş Məclisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı ölkəmizə ən çox dəstək verən müsəlman ölkələrinin olduğunu xatırladan dövlət başçısı, bu dəstəyə görə öz minnətdarlığını bildirib, Azərbaycanın bu dəstəyi bu gün də hiss etdiyini vurğulayıb. Eyni zamanda, Azərbaycanın da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını daim müdafiə etdiyini, bu siyasətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb: “Əminəm ki, xüsusilə indiki şəraitdə İslam həmrəyliyinin gücləndirilməsi çox lazımdır. Bizim aramızda birlik daha da sıx olmalıdır. İqtisadi əlaqələr daha da geniş olmalıdır. Əlbəttə ki, qarşılıqlı dəstək yüksək səviyyədə olmalıdır. Hər halda Azərbaycan bu məqsədlərə çatmaq üçün öz tərəfindən vacib addımları atır. İslam Əməkdaşlığı Təşkilatının xətti ilə ölkəmizdə yüksək səviyyəli bir neçə tədbir keçirilmişdir. Bildiyiniz kimi, İSESKO ilə əlaqələrimiz çox sıxdır. İslam mədəniyyətinin dünyada təbliği üçün ölkəmiz çox böyük səylər göstərir. Biz fəxr edirik ki, 2009-cu ildə Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə ölkəmizin digər qədim şəhəri olan Naxçıvan da bu şərəfli ada layiq görüləcəkdir”.
Dövlətimizin başçısı Azərbaycanın təkrar müstəqilliyə qovuşmasından cəmi 20 il ötməsinə baxmayaraq, bütün sahələrdə çox böyük irəliləyişlərin əldə olunduğunu qeyd edib. Diplomatlara qarşıda duran planlar barədə məlumat verən ölkə başçısı, bunlardan birinin də Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması olduğunu bildirib. Bunun üçün həm siyasi iradənin, həm də maliyyə resurslarının, düşünülmüş siyasətin və strateji xəttin olduğunu vurğulayıb.
Və bu istəyə nail olmaq üçün beynəlxalq müstəvidə müsəlman ölkələri ilə qarşılıqlı etimad əsasında əlaqələrin daha da gücləndirilməsinin zəruriliyini qeyd edib. “Bir daha demək istəyirəm ki, beynəlxalq aləmdə ən böyük dəstəyi bütün dövrlərdə biz müsəlman ölkələrindən görmüşük və bu gün də görürük. Müstəqilliyimizin ilk illərindən bu günə qədər bizi dəstəkləyən müsəlman ölkələri olmuşdur. Bizi ilk tanıyan müsəlman ölkəsi Türkiyə olmuşdur. Ondan sonra digər ölkələr bizi müstəqil ölkə kimi tanımışlar. Biz İslam Əməkdaşlığı Təşkilatına, - o vaxt İslam Konfransı Təşkilatı adlanırdı,- üzv olmuşuq və daim bu təşkilat çərçivəsində dəstək görmüşük. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İslam Əməkdaşlığı Təşkilatının çoxsaylı qərar və qətnamələri vardır ki, bu da bizim mövqeyimizi gücləndirir”.
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi namizəd olduğunu qeyd edən dövlət başçısı, müsəlman ölkələrindən olan həmkarlarına bununla bağlı müvafiq qaydada məktublar göndərdiyini, onların bir neçəsindən artıq müsbət cavablar göndərildiyini diqqətə çatdırıb: “Mən bir daha demək istəyirəm ki, bütün müsəlman ölkələri daim bir-birinin yanında olmalıdırlar, bir-birinə dəstək olmalıdırlar, həm siyasi sahədə, həm iqtisadi sahədə. Müsəlman ölkələri arasında birlik, həmkarlıq, əməkdaşlıq daha da yüksək səviyyəyə çatmalıdır”.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41

