Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir
10.08.2011 [10:38]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşüb. Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Dövlətimizin başçısını Soçinin Beynəlxalq Aeroportunda şəhərin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşılayıblar.
Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin görüşü olub.
Azərbaycan dövlətinin başçısını salamlayan Rusiya Prezidenti Dmitri Medvedev deyib: “Hörmətli İlham Heydər oğlu! Sizi Soçidə ürəkdən salamlayıram.
Bura ikitərəfli münasibətlərdə cari vəziyyəti, regional gündəliyi müzakirə etmək, bizi darıxmağa qoymayan beynəlxalq işlərə nəzər salmaq üçün yaxşı yerdir. Qlobal maliyyə sistemlərində müəyyən iqtisadi problemlər yaranmışdır ki, bu da asan mövzu deyildir.
Əlbəttə, ilk növbədə diqqətimi ölkələrimiz arasında ikitərəfli dialoqun inkişafı üzərində cəmləmək istərdim. Zənnimcə, bu dialoq son dərəcə yaxşı gedir. Bu baxımdan son vaxtlar çox iş görülmüşdür. Həm yaxın illər üçün əməkdaşlığın mahiyyətini müəyyənləşdirən fundamental sazişlərin imzalanmasını, həm ikitərəfli əmtəə dövriyyəsinin artmasını, eləcə də bir sıra iri layihələri nəzərdə tuturam. Amma əlbəttə, elə məsələlər vardır ki, məsləhətləşmək və ya tərəfdaşın mövqeyini aydınlaşdırmaq lazımdır.
Əlbəttə, ən əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasıdır. Mən, həmçinin bundan sonra nə etmək, Kazanda üçlükdə keçirilmiş son görüşümüzü və bu formatda əvvəlki görüşləri nəzərə almaqla hadisələrin necə inkişaf edə biləcəyi barədə Sizinlə son dərəcə açıq söhbət aparmaq istəyirəm.
Regional problemlərin həlli bizim üçün həqiqətən çox əhəmiyyətlidir, çünki biz yaxın ölkələrik, qonşuyuq, çox yaxın dostlar və tərəfdaşlarıq. Əslində, bütün regionun, ölkələrimizin, xalqlarımızın əhvalı regionumuzda hadisələrin necə inkişaf etməyindən asılıdır. Odur ki, bu məsələlərlə bağlı da məsləhətləşmək istəyirəm.
Sizi bir daha salamlamaqdan məmnunam. Hava da ürəkaçandır. Əgər diqqət yetirmisinizsə, Soçidə həmişə hava rütubətlidir. Bu gün isə rütubətli deyil, sadəcə istidir”.
Minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “çox sağ olun, Dmitri Anatolyeviç.
Dəvətə görə sağ olun. Soçidə, bu dəfə yayda Sizinlə yenidən görüşməyimə çox şadam. Buradakı görüşlərimiz bir qayda olaraq qış vaxtında keçirilir. Odur ki, birinci dəfə yay vaxtı burada olmaq, ən başlıcası isə Sizinlə görüşüb, dediyiniz məsələləri müzakirə etmək imkanına malik olmaq mənim üçün də çox maraqlıdır.
Həqiqətən, gündəliyimiz çox genişdir. İkitərəfli formatda bütün məsələlər, demək olar, həll edilmişdir. Haqqında danışdığınız müqavilələr son illər görülmüş işlərin zirvəsidir və dost, mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərimizin həm formasını, həm ruhunu, həm də xarakterini əks etdirir.
Əgər ikitərəfli əlaqələrin gündəliyinə nəzər salsaq, bütün istiqamətlər üzrə müsbət və yaxşı dinamika görürük. Siyasi məsləhətləşmələr, o cümlədən yüksək səviyyədə məsləhətləşmələr müntəzəm aparılır. Qarşılıqlı siyasi fəaliyyət də regional əməkdaşlığın inkişafına kömək edir.
Sizin qeyd etdiyiniz kimi, iqtisadi sahədə əmtəə dövriyyəsinin artması, strukturun yaxşılaşması, əmtəə dövriyyəsinin bundan sonra da genişlənməsi perspektivləri vardır.
Humanitar əməkdaşlıqda, enerji təhlükəsizliyi məsələlərində, eləcə də bir çox digər sahələrdə də müsbət prosesləri qeyd edə bilərəm. Bu gün biz məmnuniyyətlə qeyd edirik ki, münasibətlər çox müsbət, dinamik inkişaf edir.
Biz qonşuyuq, iki Xəzər ölkəsi, iki Qafqaz ölkəsiyik və əlbəttə, regiondakı proseslər də çox cəhətdən qarşılıqlı fəaliyyətimizdən asılıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Biz Azərbaycanda Sizin şəxsən bu prosesə qoşulmağınızı çox yüksək qiymətləndiririk. üçtərəfli formatda keçirilən danışıqların mərhələləri, heç şübhəsiz, tərəflərin mövqelərini xeyli yaxınlaşdırmışdır.
Bu, regional təhlükəsizliyin əsas problemidir və bütün köçkünlərin öz yaşayış yerlərinə qayıtması, regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın bərqərar olması üçün münaqişənin tezliklə həllində Azərbaycan, əlbəttə, başqasından bəlkə də daha çox maraqlıdır.
Əlbəttə, nizamlamanın nəzərdə tutulan prinsipləri beynəlxalq hüquq normalarını, sağlam düşüncəni əks etdirir. Odur ki, münaqişənin tezliklə həll olunması bütün ölkələrin mənafeyinə uyğundur.
Göstərdiyiniz səylərə, habelə son illər ölkələrimizi yaxınlaşdıran gördüyümüz bütün müsbət işlərə, havaların yaxşı keçdiyi gözəl Soçi şəhərinə dəvət etdiyinizə görə bir daha şəxsən Sizə minnətdarlığımı bildirmək istəyirəm”.
Prezidentlər İlham Əliyev və Dmitri Medvedev elektromobildə şəhəri gəziblər.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb.
Azərbaycan dövlətinin başçısını Soçinin Beynəlxalq Aeroportunda şəhərin meri Anatoli Paxomov və digər rəsmi şəxslər yola salıblar.
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıdıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48

