Azərbaycan torpaqlarını işğaldan azad edəcək
04.08.2011 [09:55]
Ermənistanın ölkəmizə qarşı apardığı işğal siyasəti artıq 20 ildən artıqdır ki, davam edir. Təcavüzkar ölkə beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri icra etmir və Azərbaycan torpaqlarını işğal altında saxlayır. Digər tərəfdən, qeyri-konstruktiv mövqeyi ilə münaqişənin tənzimlənməsi prosesinə mane olan Ermənistan yürütdüyü siyasətlə ümumilikdə Cənubi Qafqaz regionunun sabitliyinə təhlükə yaradır. İşğala məruz qalan Azərbaycan isə hər zaman münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində cəhdlərini davam etdirir. Münaqişənin dinc yolla həllinə çalışan və bu məsələdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqları davam etdirən Azərbaycan nəinki təcavüzkar ölkədən adekvat cəhdləri görmür, hətta Ermənistan bəzi addımları ilə bu danışıqları dalana sürükləmək arzusunda olduğunu nümayiş etdirir. Cəbhə xəttində azərbaycanlı dinc əhaliyə qarşı terrorun həyata keçirilməsi, ermənilərin körpə uşaqlara qarşı qətliamları davam etdirməsi buna bariz misaldır. Ermənilərin bu cür təxribatçı hərəkətləri danışıqlar prosesinə kölgə salır və bu, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün alternativ yollardan istifadə etməsinə zəmin yaradır.
Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində nəticəyə nail olmaq istədiyini bildirib. Dövlət başçısı qeyd edib ki, ölkəmiz danışıqları sadəcə olaraq, danışıqlar üçün aparmır: “Yaxud da ki, imitasiya və görüntü yaratmaq naminə aparmırıq. Burada Azərbaycan ilə Ermənistan arasında fərq kifayət qədər böyükdür. Ermənistan daim çalışır ki, status-kvo dəyişməz olaraq qalsın və guya ki, onlar danışıqlarda iştirak edirlər və konstruktivlik nümayiş etdirirlər. Halbuki, bütün dövrlərdə çalışıblar ki, danışıqlar prosesini pozsunlar”.
Prezident İlham Əliyev son dövrlərdə münaqişənin tənzimlənməsi istiqamətində gedən prosesin dinamizm qazanmasını bütün dünyanın ölkəmizin hərbi-iqtisadi gücünü görməsi ilə əlaqələndirib. Dövlət başçısı qeyd edib ki, yoxsulluq içində çabalayan Ermənistan Azərbaycanla müqayisəolunmaz səviyyədədir: “Bəlkə də son aylar ərzində yaşanan bu beynəlxalq fəallığın səbəblərindən biri də ondan ibarətdir ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu güclü dövlətdir və güclü ordudur. Hamı bilir, o cümlədən yoxsulluq içində çabalayan, xarici ianələr ilə yaşayan Ermənistan bilir ki, Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Biz inkişaf edirik, güclənirik, xalqımız varlanır, ölkəmiz güclənir, onlar isə aclıq içindədir. Son altı ay ərzində 70 min erməni ölkəni birdəfəlik tərk edib. 5-10 ildən sonra orada 1 milyondan az erməni qalacaqdır. Yəni, hamı başa düşür ki, proseslər bu istiqamətdə gedir. Azərbaycanın maliyyə imkanları, siyasi çəkisi artır, regional vəziyyəti möhkəmlənir, ordu güclənir, demoqrafik göstəricilər yüksəlir. Bizim əhalimiz artır, onların əhalisi azalır. 5-10 ildən sonra bizim əhalimiz olacaq 11 milyon, onların əhalisi olacaq 1 milyon. Bunun nə demək olduğunu hamı yaxşı başa düşür”.
Dövlət başçısı deyib ki, bir müddət öncə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin verdikləri bəyanatda yaranmış status-kvonun dəyişdirilməsi ilə bağlı məsələlər səsləndirilib və bildirilib ki, status-kvo qəbuledilməzdir. Status-kvonun dəyişdirilməsi isə Azərbaycan torpaqlarının işğal altından çıxmasını təmin edəcək. çünki Ermənistan tərəfi son 20 il ərzində çalışıb və çalışır ki, status-kvo dəyişməz olaraq qalsın və beləliklə, vəziyyətdə heç bir dəyişiklik edilməsin: “Bir daha demək istəyirəm ki, Azərbaycan danışıqların konstruktiv şəkildə aparılmasında maraqlıdır. Azərbaycan 2009-cu ildə və 2010-cu ilin əvvəlində öz niyyətini göstərmişdir. Bir daha göstərmişdir ki, sülh danışıqlarına sadiqdir və bu danışıqlar mütləq sülh müqaviləsinə gətirib çıxarmalıdır”.
Ermənistanın müəyyən yollarla danışıqlar prosesini uzatmaq istədiyini söyləyən Prezident İlham Əliyev rəsmi Yerevanın status-kvonun dəyişməz olaraq qalmasında maraqlı olduğunu deyib: “Biz çalışırıq ki, indiki mərhələdə addımları elə ataq ki, tezliklə baza prinsiplərini razılaşdıra bilək. Ermənistan tərəfi isə tam əksinə edir. Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatları onların niyyətini göstərir. Onlar, əslində bizi müharibə ilə hədələyirlər. Bizə qarşı müharibə aparan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan, Xocalı soyqırımını törədən vəhşilər indi yenə də Azərbaycanı müharibə ilə hədələyirlər. özləri müharibədən qorxa-qorxa, əsə-əsə bizi müharibə ilə hədələyirlər”.
Bəli, nəinki Ermənistan, bütün dünya Azərbaycanın siyasi-hərbi gücünü bilir və bu baxımdan hər zaman tərəfləri, daha konkret desək, ölkəmizi hərb variantından çəkindirməyə çalışırlar. Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun gücü yoxsulluq içində çabalayan, xarici ianələr ilə yaşayan Ermənistanla müqayisə oluna bilməz. Prezident İlham Əliyev öz çıxışında bildirib ki, hərbi yola əl atılmaması üçün fəallıq göstərilir: “Biz məsələni bu yollarla öz xeyrimizə həll edə bilərik. Ona görə bu fəallığın səbəblərindən biri də məhz ondan ibarətdir ki, tezliklə məsələ həll olunsun. Biz bunu istəyirik”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35

