/ / Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş
06.04.2011 [09:59]
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva dünən Fondun təşəbbüsü ilə Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş 2 nömrəli uşaq evi ilə tanış olub. 2000-ci ildən fəaliyyət göstərən uşaq evi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub. Burada 3 yaşından 16 yaşınadək 126 nəfər yetim və valideyn himayəsindən məhrum uşaq təlim-tərbiyə alır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun himayəsi altında olan bu uşaq müəssisəsini həmişə diqqət mərkəzində saxlayıb. Fondun dəstəyi ilə burada təmir və abadlıq işləri aparılıb, müasir avadanlıqla, kompyuterlərlə təmin olunub. Fondun uşaq evinə növbəti hədiyyəsi burada əsaslı yenidənqurma işlərinin aparılması olub. Əsas korpusda yerləşən uşaq evi, habelə məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan günərzi qayğı mərkəzi, kitabxana, akt salonu, yeməkxana, psixoloq, loqoped, stomatoloq kabinetləri yüksək səviyyədə təmir olunub, həyətdəki əyləncə və idman meydançaları təzələnib. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə kompyuterlər, plazma televizorları, kondisionerlər hədiyyə edilib.
Artıq altıncı dəfə bu uşaq evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva günərzi qayğı mərkəzi ilə tanış olub, balacaların təhsildəki ilk addımları ilə maraqlanıb. Mehriban xanım müəssisənin daha nəyə ehtiyac olduğunu da soruşub. Azərbaycanın birinci xanımına bildirilib ki, uşaq evinin yeni korpusa ehtiyacı var.
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramına (2006-2015-ci illər)” uyğun olaraq, Xəzər və Suraxanı rayonları pilot rayonlar kimi seçilmişdir. Respublikada ilk dəfə olaraq 2009-cu ilin yanvarından 2 nömrəli uşaq evində həyata keçirilməyə başlayan pilot layihəsinin məqsədi gələcəkdə risk qrupuna aid ailələrin uşaqlarının, habelə tək valideyni olan, əlil ailələrin övladlarının günərzi qayğı mərkəzinə qəbul edilməsidir. Bu uşaqlar mərkəzdə 12 saat ərzində qalacaqlar. Onlar məktəblərə aparılacaq və gətiriləcək, mərkəzdə gün ərzində qidalanacaq, axşamlar isə evlərə qayıdacaqlar.
Heydər Əliyev Fondunun prezidenti uşaqların ailələrindəki sosial vəziyyətlə də maraqlanıb. Mehriban xanım Fondun adından uşaq evinə 28 yerlik avtobus hədiyyə edib.
Həmin gün Mehriban Əliyeva Heydər Əliyev Fondunun və Rusiyanın “Uralsib” maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində Yeni Günəşli yaşayış massivində inşa edilmiş “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi”nin açılışında iştirak edib.
Mərkəzlə tanışlıq zamanı Mehriban xanı
ma məlumat verilib ki, təxminən 1700 kvadratmetr sahəsi olan tibb ocağı ən müasir standartlara uyğun tikilib və ən son avadanlıqla təchiz olunub. Mərkəzdə uşaqların müalicəsi üçün dünya psixoterapiya praktikasında çox populyar olan qum terapiyası üsulundan istifadə edilir. Müalicəvi idman və fiziki tərbiyə reabilitasiya prosesində əsas üsullardan biridir. Mərkəzdə bütün otaqlarda müşahidə kameraları quraşdırılıb. Alınan videogörüntü mərkəzin hollundakı böyük monitorlara ötürülür. Bu, valideynlərə uşaq və yeniyetmələrin reabilitasiya prosesini müşahidə etmək imkanı verir.
Reabilitasiya prosesi müalicəvi vannalar vasitəsilə də aparılır. Bu prosedurlar əzələ ağrılarını və əzələ spazmalarını azaldır, yerli və ümumi qan dövranını gücləndirir və nəticədə əzələ funksiyasını yaxşılaşdırır. Daha bir müalicə növü artterapiyadır. Uşaqlarla sosial mühit oriyentasiyası tədrisi aparılır, onlara müstəqil yaşamaq vərdişləri öyrədilir.
Psixoloji sərbəstlik - sensor terapiya kabineti psixoemosional vəziyyəti yaxşılaşdırmaq, narahatlıq və aqressiyanı azaltmaq, qorxu və sinir gərginliyini aradan götürmək, normal yuxunu bərpa etmək, psixoloq və uşaq arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır.
Fondun prezidentinə bildirilib ki, mərkəzdə dünyada populyar olan balneoterapiya da həyata keçiriləcək. Bu, uşaq serebral iflicindən əziyyət çəkənlərə müsbət təsir göstərən bir terapiyadır. Hovuzda uşaqların çəkisi iki dəfə azaldığından, onlar hərəkət etməyə qorxmurlar. Nəticədə hətta ağır xəstələr də sərbəst üzməyi öyrənə bilir və bu da onlara hərəkət sevinci, həyat eşqi bəxş edir. Bu terapiyanın daha səmərəli olmağı üçün gələcəkdə hovuza xüsusi qaldırıcı qurğunun alınması planlaşdırılır ki, hərəkət etməyən uşaqlar da bu terapiyadan istifadə etsinlər. Mərkəzdə müalicə ilə yanaşı, tədris işləri də aparılacaqdır. Uyğunlaşma tədrisi otağında uşaq və yeniyetmələrin tədrisi oyun və oyuncaqlar vasitəsilə, yəni əyləncəvi formada həyata keçiriləcək.
Mərkəzdə uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi də həyata keçirilir. Bunun üçün ayrılan xüsusi otaqda müayinə və qiymətləndirmə 3 mütəxəssis - pediatr, nevroloq və psixoloq tərəfindən aparılır. Müalicə ocağının həyətində açıq idman meydançası da yaradılıb. Uşaqlar burada müxtəlif idman növləri ilə - futbol, voleybol, basketbolla məşğul ola biləcəklər. Mərkəzin həyətində əyləncə meydançası da var. Uşaqların müxtəlif peşələrə istiqamətləndirilməsi, vaxtında və düzgün qidalandırılması da diqqət mərkəzindədir. Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların buraya gətirilməsi, sonradan isə evlərinə qaytarılması üçün hədiyyə olunmuş “Hyundai” markalı avtobusun açarlarını mərkəzə təqdim edib.
Mərkəzin açılışında “Uralsib” maliyyə korporasiyasının direktorlar şurasının sədri Nikolay Svetkov da iştirak edib.
Sonra Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiyanın “Uralsib” maliyyə korporasiyasının nümayəndə heyəti ilə görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

