Azərbaycanda yeni investisiya bumu başlayır
04.03.2011 [18:46]
Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət sayəsində ölkəmizin maliyyə qüdrəti artmaqdadır. Prezident İlham Əliyev bildirib ki, respublikamız güclü maliyyə resurslarına malikdir və bölgədə ən iri kommunikasiya-infrastruktur layihələrinin reallaşmasının təşəbbüskarıdır. Azərbaycan xarici dövlətlərlə strateji nəqliyyat-kommunikasiya layihələrində iştirak etməklə yanaşı, həm də öz maliyyə qüdrəti hesabına ən iri regional layihəni belə maliyyələşdirmək gücünə qadirdir: “Biz artıq tam hazırlıqlı vəziyyətdəyik. Biz bütün lazımi işləri görmüşük və böyük sərmayələrin qoyuluşuna da hazırıq. Hesab edirəm ki, bu il və ondan sonrakı illərdə Azərbaycanın energetika, neft-qaz, xüsusilə qaz sektoruna milyardlarla dollar vəsait qoyulacaqdır. Həm ölkə iqtisadiyyatı, həm də özəl sektor buna hazır olmalıdır. Sirr deyil ki, neft strategiyamızın icrası hesabına yüzlərlə Azərbaycan şirkəti kontraktlar alıblar və o imkanlardan bəhrələniblər. O şirkətlər neft sənayesində görülmüş işlər hesabına maliyyə imkanlarını genişləndiriblər. İndi biz ikinci böyük investisiya qoyuluşunun astanasındayıq. Artıq biz buna daha da hazırıq. Sadəcə olaraq, mən özəl sektora bildirmək istəyirəm ki, onlar da qoyulacaq bu böyük investisiyaların icrasında fəal iştirak etsinlər, xaricdən Azərbaycanın qaz sektoruna qoyulacaq pulların böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən öz həllini tapsın və Azərbaycan şirkətləri bundan bəhrələnsinlər”.
17 il əvvəl əsası qoyulmuş yeni neft strategiyasının mühüm uğurları artıq Azərbaycanı inkişaf etmiş dövlətə çevirib və ölkəmizin güclü maliyyə resursları formalaşıb. Həmin ehtiyatların ilbəil artım dinamikası həm iqtisadiyyatın pozitivlik tempini yüksəldib, həm də neftdən kənar sahələrin dayanıqlı inkişafına zəmin yaradıb. Bunun nəticəsidir ki, neft kapitalının baza investisiyası kimi qeyri-neft sektoruna yatırılması real sektorun bütün bölmələrində dinamizmi möhkəmləndirib. Düşünülmüş neft strategiyasının həyata keçirilməsi, eyni zamanda, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişiklikləri yaradıb. Bu isə modern texnologiyalara və innovasiyalara əsaslanan yeni iqtisadi modelin əsas komponentlərini təşkil etməkdədir. Beləliklə, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini genişləndirməklə maliyyə mənbələrini möhkəmləndirmiş olur.
Güclü maliyyə mənbələrinin formalaşması isə Azərbaycanın özünün potensial investor statusunu möhkəmləndirir. Respublikamız hazırda sərmayə portfelinin daha səmərəli və valyutatutumlu bölmələrə yönləndirilməsini nəzərdən keçirir. Artıq bu istiqamətdə konkret istiqamətlər də məlumdur və yeni investisiya bumunun çoxşaxəli iqtisadiyyatın inkişafının sürətlənməsini əhatə edəcəyi şübhə doğurmur. Bura həm yeni neft və qaz layihələrinin maliyyələşdirilməsi, həm də özəl biznesə dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, eləcə də, regional miqyaslı layihələrə ölkəmizin böyük həcmdə maliyyə axınlarının yönəldilməsi daxildir. Məlum olduğu kimi, Azərbaycan hökuməti özəl biznesə və milli sahibkarlıq sektorunun güclənməsinə mühüm əhəmiyyət verir və bu məqsədlə növbəti illərin investisiya proqramlarında da bu sahə prioritet kimi diqqətdə saxlanılacaq. Ən əsası isə ölkənin regionları xüsusi olaraq sərmayə qoyuluşlarının ünvanı olacaq. Yəni, yeni investisiya bumu bölgələrin inkişaf mərhələsinin yeni dövründə başlıca strateji məqsədlərdən biri olacaq.
Yeni investisiya bumunun başlıca tələblərindən biri xarici dövlətlərin infrastruktur və valyuta gətirə biləcək iqtisadi bölmələrinə sərmayələrin yönəldilməsidir. Bura region ölkələrinin yanacaq-energetika, sənaye, neft-kimya, maliyyə bazarlarına sərmayə qoymaqla yanaşı, Avropa bazarlarında rəqabətqabiliyyətli məhsulların ixracını reallaşdırmaq kimi strateji məqsədlər də daxildir. Dövlət başçısının qeyd etdiyi kimi, indi yeni imkanlar yaranıb və buna uyğun olaraq addımlar atmaq vacibdir: “ölkə iqtisadiyyatı və ölkədə yaranan maliyyə resursları tələb edir ki, biz xarici bazarlara çıxaq. Xarici bazarlara isə ancaq rəqabətqabiliyyətli məhsullarla çıxa bilərik. Biz çalışmalıyıq ki, nəinki xarici bazarlara çıxarmaq üçün, ölkə daxilində istehlak olunan mallar da yüksək standartlara cavab verməlidir”.
Dünya iqtisadi sistemində gedən proseslər, postneft mərhələsində ölkənin tarazlı və davamlı iqtisadi inkişafının təmin edilməsi və yeni dövrün reallıqları yaranmış inkişaf modelinin tədqiqini zəruri edir. Liberal bazar iqtisadiyyatı mexanizmlərini tətbiq edən Azərbaycan artıq yeni əsrin birinci onilliyində tamamilə rəqabətə söykənən bazar münasibətlərini möhkəmləndirməklə uğurlu nəticələrə nail olub. Tam şəkildə bazar iqtisadiyyatına keçən, iqtisadiyyatı liberal iqtisadiyyat olan və müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycan yeni dövrün reallıqlarına uyğun siyasət həyata keçirməkdədir.
XXI əsrin ikinci onilliyində meydana çıxan siyasi-sosial, iqtisadi islahatların dinamikası və yeni dövrün qlobal çağırışları tamamilə müasir iqtisadi modelə ehtiyac yaradır. Son bir ildə qeyri-neft bölməsində intensiv inkişaf dinamikasının müşahidə olunması, neft sektoru ilə müqayisədə artım tempinin 2,5 dəfə çox olması bu sahədə proqressiv tendensiyanı möhkəmləndirir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

