Zənginləşən, yeniləşən, inkişaf edən Azərbaycanın Lideri
29.01.2011 [09:39]
Yeri gəlmişkən, 2000-ci ildən etibarən mütəmadi olaraq hər il siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət üzrə nominasiyalarda xüsusi xidmətləri olan şəxslər mükafatlandırılır. İndiyədək jurnalın müxtəlif nominasiyaları üzrə Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, ictimai-siyasi xadimləri bu mükafata layiq görülüblər.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidentinin müxtəlif dövlətlər və təşkilatlar tərəfindən ən yüksək mükafatlara, fəxri adlara layiq görülməsi Onun çoşaxəli fəaliyyətinə verilən qiymətlə yanaşı, hər bir vətəndaşımız üçün böyük fəxrdir.
Digər tərəfdən, dünya ictimaiyyətinin Azərbaycan Prezidentinin fəaliyyətinə belə yüksək qiymət verməsi heç də təsadüfi deyil. Belə ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev Ulu öndərin müəyyənləşdirdiyi iqtisadi strategiyanı yeni inkişaf erasının tələblərinə uyğun zənginləşdirərək iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Onun inkişaf etdirdiyi mükəmməl iqtisadi konsepsiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan keçid iqtisadiyyatını arxada qoyub. ötən illər ərzində əldə olunmuş makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan dünya liderinə çevrilməsi düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətinin əyani təzahürüdür.
Siyasi peşəkarlıq yüksək idarəetmə məharəti...
Dövlət başçısının həyata keçirdiyi inkişaf strategiyası bütün iqtisadi və sosial bölmələrdə dinamikliyi təmin edib və kompleks, sistemli islahatlar geniş miqyas alıb. Prezident İlham Əliyev istər birinci prezidentliyi dövründə, istərsə də ikinci dəfə dövlət başçısı seçildikdən sonra respublikamızda ictimai-sosial, iqtisadi-siyasi, mədəni-humanitar bölmələrdə mühüm dəyişikliklərlə müşayiət olunan genişmiqyaslı quruculuq işlərinin davamlı xarakter almasına impuls verən əhəmiyyətli addımlar atıb. Bu tendensiya, eyni zamanda, Prezident İlham Əliyevin böyük xarizmatik şəxsiyyət olmasını, siyasi peşəkarlığını, yüksək idarəetmə məharətini təsdiqləyir. Prezident İlham Əliyev ən yeni tarixin qarşıya qoyduğu siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb. ölkəmizin bütün iqtisadi və sosial bölmələrində yüksək pozitivlik indikatorları əldə olunub. Son 7 ildə davamlı və sürətli iqtisadi inkişaf nəticəsində ölkəmizdə ümumi daxili məhsulun həcmi 3 dəfə artıb. Büdcə gəlirləri 7 dəfə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 7,2 dəfə, orta aylıq əmək haqqı 3,2 dəfə, əhalinin gəlirləri 3,5 dəfə, minimum pensiya 4 dəfə, minimum əmək haqqı 7 dəfə artıb. Yoxsulluq səviyyəsi 4,5 dəfədən çox azalaraq 9 faizə enib. İndiyədək 930 mindən çox yeni iş yeri yaradılıb. Bu gün ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılıb və onun həcmi 30 milyard dolları ötüb. Hazırda Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatında payı 75 faiz təşkil edir. ötən illərin təhlili regionun iqtisadiyyatında ölkəmizin xüsusi çəkisinin daim yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyev sosialyönümlü milli iqtisadiyyatın formalaşdırılmasına nail olub...
Prezident İlham Əliyev yeni inkişaf mərhələsinin əsas tələbi olan iqtisadiyyatda liberalizmin miqyasını daha da dərinləşdirib və Azərbaycanın tamamilə keçid iqtisadiyyatını arxada qoymasına nail olub. Yeni inkişaf mərhələsi isə Azərbaycanın iqtisadi modelinin tətbiq olunması fonunda başlayıb. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri tamamilə liberal bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi sistemin və milli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasından ibarətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, liberal iqtisadiyyatın təmin olunması ölkəmizin dünya birliyinə sıx inteqrasiyasını dərinləşdirir.
Azərbaycanın iqtisadi inkişafında hər zaman sosialyönümlüyün gözlənilməsi ilə əlaqədar olaraq görülən məqsədyönlü tədbirlər hesabına ölkəmizdə beynəlxalq standartlara uyğun sosial müdafiə modeli təşəkkül tapıb. Hər bir ölkənin yüksək inkişafa nail olmasında və cəmiyyətin idarə olunmasında sosial ədalət və milli gəlirlərin ədalətli bölgüsü prinsipi mühüm yer tutur. Sosial ədalət, eyni zamanda, geniş sosial təminatlardır: işlə təmin olunma, təhsil, mədəniyyət, tibbi xidmət, mənzil əldə etmək, yaşlılara, qadınlara, uşaqlara qayğı, gender bərabərliyi, insanların sosial rifah halının yaxşılaşdırılması deməkdir.
Azərbaycan hökuməti bütün bu komponentləri uğurla reallaşdırıb və yüksək nəticələr əldə edib. İqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması və effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil edib və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılıb.
İntibah və inkişaf dövrünün yeni mərhələsi...
İqtisadi inkişaf sahəsində Azərbaycan modelinin kifayət qədər uğurlu olduğunu son illərin qlobal maliyyə-iqtisadi böhranı da bir daha təsdiq etdi. Belə ki, qlobal iqtisadi böhran nəticəsində bir çox ölkələrdə resessiyalara baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-2010-cu illərdə davam edib. Şübhəsiz ki, bunun və ümumilikdə Azərbaycan iqtisadiyyatının qlobal maliyyə və iqtisadi böhrana qarşı dayanıqlığının əsas səbəbi son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası, toplanmış maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılmasıdır. Dövlət başçısı tərəfindən vaxtında irəli sürülmüş səmərəli antiböhran tədbirlərinin reallaşdırılması, o cümlədən, sahibkarlığa dövlət dəstəyi, real sektora investisiya qoyuluşları, manatın məzənnəsinin sabitliyinin qorunub saxlanılması və digər addımlar iqtisadiyyatın çoxşaxəli inkişafını təmin edib.
ümumiyyətlə, XXI əsrin ilk onilliyini Azərbaycan üçün siyasi, iqtisadi, sosial sahədə tamamilə yeni bir inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Yola saldığımız onillik Azərbaycanın iqtisadiyyat tarixində intibah və inkişaf dövrü kimi yadda qalacaq. Son on ilin inkişaf nəticələrinə görə ölkə iqtisadiyyatı dünya təcrübəsində çox az rast gəlinən bir kəmiyyət və keyfiyyət inkişafına nail ola bilib. İqtisadi artımın 4 dəfə, ixracın 15 dəfə, valyuta ehtiyatlarının 31 dəfə artması bunun bariz göstəriciləridir. Bu davamlı inkişaf makroiqtisadi sabitlik şəraitində əldə olunub - orta illik inflyasiya 7 faiz, manatın məzənnəsinin orta illik dəyişməsi tempi isə 1 faiz ətrafında olub. Belə bir mühitdə ölkənin maliyyə sektorunun əsas göstəriciləri 15-20 dəfə artıb.
Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi inkişafın Azərbaycan modeli respublikamızın yaxın onillik üçün sıçrayışlı tərəqqisinə və zəngin sosial həyat şəraitinin tamamilə möhkəmlənməsinə dərin əsaslar yaradır. ölkəmizin yeni iqtisadi modeli çoxşaxəli iqtisadiyyatın inkişafına və innovativ iqtisadiyyatın möhkəmlənməsinə əsaslanır. Bu modelin baza sütunları diversifikasiya siyasətinin dərinləşdirilməsi nəticəsində iqtisadiyyatda liberalizmin daha dərin xarakter almasından, innovasiyaların iqtisadi idarəetmədə möhkəmlənməsindən ibarətdir. Azərbaycan artıq XXI əsrin ikinci onilliyində daha çox neftdən kənar sahələrin inkişafını stimullaşdırmaqla yaxın illərdə daha güclü iqtisadiyyata malik zəngin dövlətə çevriləcək.
Təbii ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi əldə etdiyi böyük uğurlar, gördüyü qlobal işlər dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırma mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir, Azərbaycan Prezidenti ən yüksək mükafatlara layiq görülür. Amma cənab Prezidentimiz üçün ən böyük mükafat xalqımızın Ona göstərdiyi böyük sevgi və ehtiramdır ki, bunu da dövlətimizin başçısı öz əməli fəaliyyəti ilə qazanıb.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

