Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Belçika Krallığının ölkəmizdəki səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Belçika Krallığının ölkəmizdəki səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

22.01.2011 [13:11]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Belçika Krallığının keçmiş Baş naziri Herman Van Rompey ilə görüşünü və Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı ilə bağlı onunla apardığı müzakirələri xatırlayıb. ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirən dövlətimizin başçısı Azərbaycan ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.
Səfir ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövrünün çox maraqlı illərə təsadüf etdiyini deyib.

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30