/ / Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və bərpadan sonra açılışı olub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və bərpadan sonra açılışı olub
08.10.2010 [11:08]
Prezident İlham Əliyev dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva əvvəlcə teatrın qarşısında yaradılan şəraitlə tanış olublar. Burada əsas diqqət kompleks yenidənqurma işlərinə yönəldilib. Füzuli meydanında və ətraf binalarda əsaslı yenidənqurma işləri aparılıb, ərazidə yaşıllıq zolağı salınıb. Bildirilib ki, binanın fasadında da əsaslı bərpa işləri görülüb.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva teatr binasının əvvəlki görkəmini, yenidənqurma işlərinin gedişini və onun hazırkı vəziyyətini əks etdirən şəkillərə baxıblar.
Prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamına əsasən binada əsaslı yenidənqurma işlərinə 2008-ci ilin noyabrında başlanılıb. Dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısı Azərbaycan teatrında yaradıcılıq əhval-ruhiyyəsini daha da artırıb.
Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Heydər Əliyev Fondunun gördüyü işlər Azərbaycanın mədəni irsinin daha da zənginləşdirilməsinə və dünyada geniş təbliğinə, mədəniyyət və incəsənət xadimlərinə yüksək qayğı və diqqət göstərilməsinə, gənc istedadların yetişməsinə böyük töhfələr verməkdədir.
Bildirilib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında heç vaxt indiki səviyyədə əsaslı bərpa və yenidənqurma işləri aparılmayıb. Təmir və yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilib. Beşmərtəbəli, ümumi sahəsi 2576 kvadratmetr olan sənət ocağında 581 yerlik tamaşaçı zalı ən müasir avadanlıqla təchiz olunub, səhnə yenidən qurulub, burada ən müasir səs və işıq sistemləri quraşdırılıb, orijinal ekran yerləşdirilib. Teatrda 130 yerlik kiçik məşq zalı, 27 qrim otağı, o cümlədən qrim sexləri və digər yardımçı bölmələr var. Burada üçmərtəbəli yardımçı təsərrüfat binası da fəaliyyət göstərir.
Binada aparılmış yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı inşaatçılarla görüşüb. Prezident İlham Əliyev teatrın yenidən istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30

