Prezident: "Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır"
02.04.2022 [11:15]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
-Cənab nazir, sizi görməyə çox şadam. Azərbaycana xoş gəlmisiniz. Bu, bir-birimizi bir daha görmək üçün yaxşı fürsətdir. Romadakı görüşümüzlə bağlı mənim çox yaxşı xatirələrim var və həmçinin bu, gündəliyimizdə duran məsələləri müzakirə etmək üçün bir imkandır.
Gündəlikdə duran məsələlərin sayı həqiqətən də artır. Bu, əməkdaşlığımızın çox yaxşı əlamətidir. Əlbəttə ki, ölkələrimiz arasında çox güclü siyası əlaqələr tərəfdaşlığımızın güclü təməlini təşkil edir. 2014-cü və 2020-ci illərdə biz strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə imzaladıq. Bu da yaxın dost olmaq üçün qarşılıqlı iradənin mövcud olduğunu göstərir və biz artıq yaxın dostuq. Əlbəttə ki, mənim iki il bundan əvvəl İtaliyaya səfərim və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycana səfəri ilə bağlı çox yaxşı xatirələrim var. Səfərlər, müzakirələr və sənədlər - bunlar ölkələrimiz arasında güclü əlaqələrin olduğunu göstərir. Bildiyiniz kimi bu yaxınlarda mənim Baş nazir Mario Draqi ilə telefon söhbətim olub və biz sizin Azərbaycana səfərinizi də müzakirə etdik.
Beləliklə, bütün işlər uğurla gedir və əlbəttə ki, bizim ticarət tərəfdaşlığımızın yaxşı göstəricilərini görməyə məmnunam. Məlumata baxdım və gördüm ki, Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır və İtaliyanın Cənubi Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır. Rəqəmlər çox yaxşıdır, demək olar ki, ötən il 10 milyard ABŞ dolları olmuşdur. Əminəm ki, bu il İtaliyaya əlavə qaz təchizatına görə bu göstərici daha da artacaqdır. Əlbəttə ki, İtaliyanın bizim əsas ticarət tərəfdaşımız olması çox yaxşı əlamətdir. Enerji əməkdaşlığında yeni imkanlar var. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz təchizatçısına çevrildik və biz qaz təchizatında 3-cü yerdəyik. İrəliləmək üçün potensial olsa, əlbəttə ki, biz bunu edəcəyik. Həmçinin ötən il bizim 7 milyard kubmetr qazı təchiz etməyimizlə bağlı göstərici də məni çox məmnun etdi və bu il bundan da çox olacaqdır.
Bütün bunlar əməkdaşlığın çox müsbət əlamətləridir, strateji və uzunmüddətli xarakter daşıyır. Buraya humanitar sahədə əməkdaşlığı da əlavə etməliyik. Bu gün çox mühüm hadisə - İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olacaqdır. Yer artıq seçilib, hər şey hazırdır. Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaqdır və beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir. Həmçinin italyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir.
Beləliklə, qeyd etdiyim kimi, gündəlik genişdir və genişlənir. Mən çox şadam ki, bu, bizim əməkdaşlığımızın yaxşı nəticəsidir. Bir daha xoş gəlmisiniz. Sizə Bakıda yaxşı vaxt keçirməyi arzu edirəm.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio dedi:
-Təşəkkür edirəm, hörmətli cənab Prezident. Vaxt ayırdığınıza görə minnətdaram. Bildiyiniz kimi, ilk dəfədir ölkənizdə səfərdəyəm. Sizi təbrik edirəm, ölkəniz möhtəşəmdir. Mən əsrarəngiz Bakı şəhərini yalnız Formula 1 Qran-Prisi sayəsində görmüşdüm. Şəhər möhtəşəmdir, biz buraya avtomobillə gələndə gördük. Xüsusilə hazırkı vaxtda regionunuzda rəhbərliyiniz münasibətilə Sizi təbrik edirəm. Bildiyiniz kimi, bu il diplomatik münasibətlərimizin 30-cu ildönümüdür. Biz may ayında bu mühüm tədbiri qeyd edəcəyik.
Qonaq dövlətimizin başçısının 2020-ci ilin fevralında İtaliyaya səfərini möhtəşəm səfər kimi dəyərləndirərək dedi:
- Əfsuslar olsun ki, bu, pandemiyadan əvvəl İtaliyada sonuncu rəsmi səfər idi. Biz bunu xatırlayırıq. Bu, pandemiyadan əvvəl sonuncu yaxşı hadisə idi. Sizə bildirmək istərdim ki, qeyd etdiyiniz kimi, ölkələrimiz arasında mühüm əlaqələr var və iqtisadi əlaqələr çox yaxşı inkişaf edir. Düşünürəm ki, iqtisadi əlaqələr həmişə siyasi əlaqələrlə bağlı olur. İqtisadi əlaqələr artdıqca siyasi və tarixi əlaqələr də artır. Bizim birgə universitetimizin təməlinin qoyulması münasibətilə bu mühüm tədbirdə iştirak etmək imkanı əlaqələrimizin gücləndirilməsi istiqamətində daha bir addım olacaq. Siz TAP-ı qeyd etdiniz. TAP məhz bu dövrdə - sülh dövründə iqtisadi əlaqələrin yaradılmasının əhəmiyyətini nümayiş etdirir.
Luici Di Maio İtaliya Prezidenti Sercio Mattarellanın ölkəsinə səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirdi.
Xəbər lenti
Hamısına baxSiyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43

