Prezident İlham Əliyev Bakı şəhərinə gətirilən yeni avtomobillərə baxış keçirib
01.10.2010 [11:56]
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına avtomobillər barədə məlumat verib. Bildirilib ki, taksi xidmətini təkmilləşdirmək məqsədi ilə Azərbaycana Avropa standartlarına cavab verən ən müasir avtomobillər gətirilib. Bunların 12-si tanınmış “London Taksi” şirkəti tərəfindən istehsal olunmuş TX 4 modeli yalnız taksi məqsədləri üçün nəzərdə tutulan avtomobildir ki, bu da Avro-4 standartlarına tam cavab verir. Şəhər daxilində yüksək manevr etmək imkanlarına malik avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılması sərnişinlər üçün rahat mühit yaradır. Avtomobilin arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilmişdir. Avtomobillərə sayğaclar quraşdırılıb. Sərnişinlərin rahatlığı üçün müasir texnologiyalar əsasında qurulmuş “Call Center” istifadəyə verilib. Gecə-gündüz işləyən dispetçer mərkəzi böyük sayda avtomobillərin səmərəli idarə edilməsi imkanına malikdir və maşınların yerinə, sürətinə, yanacaq sərfiyyatına, mühərrikin işlək olub-olmamasına on-line rejimində nəzarət edilir. Bunun sayəsində mərkəzdə hər bir sifarişin 40 saniyə ərzində qəbul edilib işlənməsi, hər 90 saniyədə sifariş yerinə yaxın olan avtomobilin avtomatik təyin edilməsi və hər 7-8 dəqiqədə avtomobilin sifariş yerinə çatması müəyyən edilir. Taksidən istifadə edən hər bir sərnişinin qəza zamanı 3 min manat sığortalı olması və maşınlarda “itmiş əşyaların tapılma” xidmətinin fəaliyyət göstərməsi də müasir xidmət növlərindəndir. Hər avtomobildə üç növbədə işləyən və “London Taksi” şirkətinin mütəxəssisləri tərəfindən sürücülük və davranış təlimləri keçmiş sürücülər taksi xidmətinin yüksək səviyyədə olmasını təmin edəcəklər.
Avtomobillərlə yaxından tanış olan dövlətimizin başçısı “London Taksi” şirkəti tərəfindən istehsal olunmuş TX 4 modelli avtomobili idarə edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev “Daewoo” avtomobil şirkətinin istehsalı olan “Daewoo Lacetti” və “Daewoo Nexia”, eləcə də “General Motors” şirkətinə məxsus “Chevrolet” avtomobillərinə də baxıb.
Xəbər lenti
Hamısına baxElanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26

