UNESCO üzərinə düşən vəzifəni yerinə yetirməlidir
08.02.2022 [10:12]
Qurum hansısa ölkənin filialı deyil, müstəqil təşkilat kimi obyektiv araşdırma apararaq faktları aşkar etməli, reallıqları düzgün qiymətləndirməlidir
Taleh AĞAVERDİYEV
Fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş çərçivəsində UNESCO-nun missiyasının Azərbaycana və Ermənistana göndərilməsi barədə razılıq əldə edildi.
Sirr deyil ki, bu qurum 30 ilə yaxın müddətdə işğal altında olmuş Azərbaycan ərazilərində mədəni-tarixi irsin vəziyyətinə diqqət yetirməyib. Azərbaycan dəfələrlə bu məsələni qaldırıb və tarixi irsin qorunması üçün tədbirlərin görülməsi, bu ərazilərə missiya göndərilməsi xahişi ilə UNESCO-ya rəsmi müraciət edib. Lakin bu beynəlxalq təşkilatın rəhbərliyi müraciətlərə laqeyd - biganə münasibət göstərmək yolunu seçib. Yaxud da müxtəlif əsassız fikirlər səsləndirilib, fərqli bəhanələr irəli sürülərək missiya göndərilməyib. Ona görə də Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən təşkilatın ünvanına haqlı tənqid və iradlar səsləndirilib. Qurum isə Azərbaycan tərəfinin iradına qeyri-müəyyən cavab verməklə öz işini bitmiş hesab edib. 2018-ci ildə Azərbaycan yeni seçilmiş baş direktor Odri Azuleyə işğal olunmuş ərazilərə UNESCO-nun missiyasını göndərməyi təklif etmişdi. Azule isə cavabında qeyd etmişdi ki, UNESCO humanitar təşkilatdır, ona görə də siyasi işlərə qarışmaq istəmir. Amma fakt budur ki, işğalçı siyasət və vandalizm faktı ciddi humanitar problemlərə, yəni tarixi-mədəni irsin məhv edilməsinə yönəlmişdi. Bütün bunlara baxmayaraq, təşkilat digər sahələrdə Azərbaycanla əməkdaşlığı fəal şəkildə davam etdirirdi və ölkəmizi dost və tərəfdaş adlandırırdı.
Nə hikmətdirsə, İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra UNESCO birdən-birə “ayıldı” və fəallıq göstərmək qərarına gəldi. Amma bəşəriyyətin irsinin qorunmasının keşiyində duran humanitar təşkilat kimi deyil, təcavüzkar dövlətin maraqlarının müdafiəçisi kimi. Belə ki, 2020-ci ilin payızından etibarən təşkilat dəfələrlə “Qarabağda erməni mədəni irsinin qorunub saxlanması”ndan narahatlığını və vəziyyəti yerindəcə qiymətləndirmək üçün bölgəyə missiya göndərməyə hazır olduğunu bildirdi. Qəribə və paradoksaldır. 30 ildir öz həllini tapmayan məsələ bir neçə gün ərzində həllini tapdı. Yəni bu müddət ərzində müsəlman abidələrinin dağıdılmasına göz yummağa üstünlük verən təşkilat erməni “xristian mədəniyyəti” üçün canfəşanlıq göstərməyə başladı. Ona görə də ekspertlər haqlı olaraq UNESCO-nun məsələni din və milliyyət amili üzərindən dəyərləndirdiyini, reallıqlara adekvat davranış sərgiləmədiyini bildirdilər.
Amma Azərbaycanın nəzarətinə qayıdan ərazilərdə abidələrin, tarixin qorunub saxlanmasından narahat olmağa dəyməz. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlət olduğundan xristian kilsələri də dövlətin himayəsində olacaq. Əvəzində, UNESCO Azərbaycanın mədəni irsinə qarşı erməni vandalizminə diqqət yetirməlidir. İşğal illərində Azərbaycan ərazilərini “qədim erməni” torpağı elan etmək üçün orada çoxlu erməni kilsələri, xaçkarlar və digər mədəniyyət obyektləri tikilib. Bu gün Ermənistan tərəfi bu mövzudan sui-istifadə etməyə çalışır, Azərbaycana yönəlik əsassız ittihamlar irəli sürür. Amma reallıq dəyişmir, beynəlxalq ictimaiyyət erməni vandalizmindən xəbərdardır. Öz növbəsində, UNESCO da obyektiv araşdırma və monitorinq apararaq reallıqları düzgün qiymətləndirməli, dünyaya çatdırmalıdır.
Azərbaycan Mədəniyyət Nazirliyinin işğaldan azad edilmiş ərazilərdə apardığı monitorinqin ilkin nəticələrinə görə, Qarabağda 70-dən çox məscid dağıdılıb. Şuşa və Ağdamda cəmi bir neçə məscid salamat qalıb. Onlar yalnız şəhərin ən hündür hissəsində yerləşdiyinə və ətrafı yuxarıdan müşahidə etməyə imkan verən minarələrə görə, yəni hərbi məqsədlə istifadə üçün qorunub saxlanılıb. Təkcə Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-a yaxın mədəniyyət və tarixi abidə dağıdılıb. Erməni işğalçılarından azad edilmiş torpaqlarda 400-dən çox abidənin dağıdılması faktı aşkar edilib. On minlərlə qiymətli muzey eksponatı, o cümlədən Qarabağ xalçaları qanunsuz olaraq Ermənistana aparılıb.
İşğal olunmuş ərazilərdə qalan bəzi kilsələrin də taleyi acınacaqlıdır. İlk növbədə, dağıdılan alban kilsələri zərər görüb. Ağdam, Füzuli kimi bəzi yaşayış məntəqələri tamamilə dağıdılıb. İşğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq media nümayəndələri erməni vandalizminin nəticələrindən dəhşətə gələrək Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar.
Bəşəriyyətin sərvətini - onun mədəni nailiyyətlərini qorumaq üçün yaradılmış UNESCO öz mandatına uyğun olaraq hansısa ölkənin filialı kimi deyil, müstəqil beynəlxalq təşkilat olaraq fəaliyyət göstərməli, bəyan etdiyi dəyərlər və prinsiplərə hörmətlə yanaşmalıdır. Xüsusilə də nəzərə alınmalıdır ki, Azərbaycanın tarixi abidələri təkcə milli deyil, həm də ümumbəşəri əhəmiyyətə malikdir. Azərbaycan ictimaiyyəti ümid edir ki, UNESCO-nun missiyası işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin bütün nəticələrini görəcək və düzgün qiymətləndirəcək. Tarixi ədalət bərpa olunub, UNESCO da ədalətli davranmalıdır.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

