Azərbaycan gələn il neft nəqlinin həcmini artıracaq
07.08.2010 [12:51]
Beynəlxalq investisiya fondlarının ekspertlər qrupu 2011-ci ildə dünya neft bazarında qiymət indeksləri barədə maraqlı proqnozlarla çıxış ediblər. Məsələn, neft birjalarındakı qiymət tsikllərini təhlil edən investisiya fondlarından biri olan “Raiffeisen Zentralbank Oesterreich”in aparıcı analitiki Xannes Loakerin sözlərinə görə, növbəti ildə dünya bazarında neftin orta qiyməti 92 dollar təşkil edəcək. X.Loaker hesab edir ki, neftin uzunmüddətli qiymət indeksi 90 dollardan az olmayacaq. Qara qızılın qiyməti birjalarda baş verə biləcək tendensiyalardan asılı olaraq dəyişə bilər, amma ekspertlərin qənaətinə görə, qiymət indeksi ən aşağı səviyyəyə düşsə belə, 2008-2009-cu illərdəki tendensiya təkrar olunmayacaq. Neftin ən pessimist qiyməti 80 dollar ola bilər.
Neft bazarında proqnozlaşdırılan nikbin rəqəmlər zəngin yanacaq ölkəsi olan Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır. Qiymət artımı respublikamızın valyuta gəlirlərinin böyük həcmdə artmasına və Azərbaycanın maliyyə qüdrətinin daha da möhkəmlənməsinə əlverişli zəmin yaradır. Gələn il ölkəmizin rekord həcmdə neft nəql etməsi proqnozlaşdırılır.
Dövlət Neft Şirkəti (ARDNŞ) hasilatın həcmini artırmağı və daha çox ölkəyə neft satmağı düşünür. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən xarici neft kompaniyaları da hasilatın artırılmasında maraqlıdır. “Azəri-çıraq-Günəşli” layihəsinin səhmdarları bu məqsədlə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ixrac gücünün artırılmasını da planlaşdırırlar. Kəmərin gücünün gündəlik 1,2 milyon barelə çatdırılması nəzərdə tutulur.
Onu da qeyd edək ki, ölkəmizin neft ehtiyatlarının hasilatının artması və yeni yataqlardakı rezervlərin geoloji kəşfiyyatı xarici dövlətlərin Azərbaycanla uzunmüddətli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə səbəb olmaqdadır. ölkəmizdən neft və qaz almaq istəyən dövlətlərin sırası genişlənib. Artıq Avropa ölkələri ilə yanaşı, Asiya dövlətlərinin böyük bir qismi də neft alıcıları sırasına daxil olub. Bu sırada çin xüsusi yer tutur. Qeyd etdiyimiz kimi, çin hazırda dünyada ən böyük yanacaq istehlakçısına çevrilməkdədir. Bu mənada həmin ölkənin Azərbaycandan alacağı neftin həcmi çox böyük olacaq. Bundan başqa, Vyetnam və Tailand da ölkəmizin yanacaq resurslarını əldə etmək üçün hökumətə müraciət edib. ARDNŞ ilə Vyetnamın “Petrovietnam oil Sorporation” şirkəti arasında imzalanmış anlaşma memorandumuna əsasən Azərbaycan neftinin bu ölkəyə ixracı nəzərdə tutulur. Bundan başqa, neftin Sinqapura nəqli üçün də razılaşma əldə olunub. Yəni, Azərbaycan neftinin kifayət qədər alıcısı var və bu amil yanacağın hasilatını artırmağı şərtləndirir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan xarici investorlar üçün maraqlı ölkə kimi cəlbedicidir və bizimlə iş görmək istəyən şirkətlərin sayı artır: “Həm yeni şirkətlər, eyni zamanda, bizim ənənəvi tərəfdaşlarımız maraq göstərirlər. Bu çox müsbət haldır. Bir tərəfdən onu göstərir ki, bizim həqiqətən də, çox böyük neft-qaz sərvətlərimiz vardır ki, bu günə qədər biz kontraktlar imzalayırıq. Digər tərəfdən onu göstərir ki, ölkəmizdə xarici sərmayələr lazımi səviyyədə qorunur, Azərbaycan investisiyaların qorunması sahəsində çox böyük işlər görübdür. Biz xarici tərəfdaşlarla qarşılıqlı maraqlar əsasında işləyirik. Hər bir tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, o cümlədən, Azərbaycan dövləti bütün hallarda kontraktda nəzərdə tutulmuş şərtlərə əməl edibdir və xarici şirkətlər də eyni yanaşmanı göstərir”.
Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri də neftin qiymətlərində yaxın 5 ildə artım templərinin müşahidə olunacağını bildirirlər. Fondun mütəxəssislərinin fikrincə, uzunmüddətli perspektivdə neftin qiyməti 100 dollardan aşağı olmayacaq. Bu isə nefti ixrac edən dövlətlər üçün valyuta gəlirlərini artırmaq üçün əla fürsət olacaq. Bildirmək yerinə düşər ki, BVF neft ixrac edən dövlətlərin yanacaq satışından əldə edəcəyi valyuta gəlirləri ilə bağlı uzunmüddətli proqnozlarını da açıqlayıb. Həmin hesabatda Azərbaycanla bağlı məqamlar mühüm əhəmiyyət daşıyır və fond 2010-2013-cü illərdə ölkəmizin valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə 100 milyard dollara yaxınlaşacağını müəyyənləşdirib.
BVF-nin proqnozlarına görə, 2013-cü ildə Azərbaycanda ümumi Daxili Məhsulun hər nəfərə düşən həcmi ən azı 250 faiz artacaq. Bu isə o deməkdir ki, respublikamızda yaxın 5 ildə üDM-in adambaşına düşən məbləği 13 min dollara bərabər olacaq. Bu, Qərbi Avropanın ən inkişaf etmiş dövlətlərinin göstəricisi deməkdir. Azərbaycan milli gəlirin həcminə və digər sosial-iqtisadi göstəricilərə görə Avropa İttifaqının, Amerikanın, eləcə də, Asiyanın inkişaf etmiş ölkələri ilə müqayisə oluna biləcək səviyyədə olacaq. Beləliklə, Azərbaycan dünya iqtisadiyyatına tam transformasiya olunmuş ölkə kimi dünyanın xammal təchizatında yer alan dövlətlərin sırasında qərar tutacaq.
Neft gəlirlərini iqtisadiyyatın diversifikasiyası və sosial islahatların yeni mərhələdə inkişafına sərf edən Azərbaycan hökuməti bu istiqamətdə mükəmməl idarəetmə modeli yaratmağa nail olub. Neftdən əldə edilən valyuta gəlirləri şəffaf şəkildə idarə olunur və vəsaitlərin çoxşaxəli iqtisadiyyatın bütün bölmələri üzrə bölüşdürülməsində ən təkmil metodologiya tətbiq edilməkdədir. Respublikamız bu sahədə dünya birliyində örnək kimi göstərilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, neft gəlirləri barədə bütün informasiyalar ictimaiyyətə açıqdır və hər kəs bu vəsaitlərin xərclənməsinin istiqamətlərinə dair bilgi əldə etmək imkanlarına malikdir: “Azərbaycanda neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq nümunə kimi öyrənilə bilər. Beynəlxalq əməkdaşlıq nəticəsində əldə edilmiş gəlirlərin ədalətli bölünməsi və şəffaf şəkildə saxlanılması artıq dünya miqyasında bir nümunə kimi göstərilir. Bu sahədə biz maksimum dərəcədə istədiyimizə nail ola bildik. Dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda tətbiq olunur. Neft Fondunun gəlirləri və xərcləri haqqında mütəmadi qaydada ictimaiyyətə məlumat verilir. Bu, çox şəffaf qurumdur, neft gəlirlərinin uğurla idarə edilməsində və ədalətli bölünməsində Azərbaycan dünya miqyasında nümunə kimi göstərilir. Əlbəttə ki, əldə edilmiş təcrübə və bu sahədə görülən işlər artıq bizə deməyə imkan verir ki, Azərbaycanın strateji valyuta ehtiyatları gələcəkdə də artacaqdır. Əlbəttə, bu valyuta ehtiyatları Azərbaycanın uğurlu inkişafını və müstəqil siyasətini təmin edəcəkdir. çünki iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas amilidir”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04

