Ermənistan işğalçı siyasətini davam etdirmək istəsə...
10.06.2010 [02:09]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində gedən danışıqlar prosesində yenidən dinamizm yarana bilər. ümumiyyətlə, problemin həlli ilə bağlı vasitəçilərin-ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər iki ölkənin xarici işlər nazirləri ilə keçirdikləri görüşlərin ardından prosesdə yenidən intensivliyin yaranacağı ilə bağlı proqnozlar səsləndirilir. Yenilənmiş Madrid prinsipləri ilə bağlı hər iki tərəflə keçirilən müzakirələrdən sonra Azərbaycan öz növbəsində irəli sürülən təkliflərə müsbət yanaşdığını bəyan etdi. Ermənistan tərəfi isə hələ də susur.
ümumiyyətlə, danışıqlar prosesindəki bu susqunluğun özü də Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkmədiyini sübut edir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ortaya qoyur. Azərbaycan hər bir halda münaqişəni öz ərazi bütövlüyü çərçivəsində həll edəcək, Ermənistanın hansı üsula-müharibəyə, yoxsa sülhə üstünlük verəcəyini müəyyənləşdirməsini gözləmək lazımdır.
Türkiyəyə səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandıran Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistanın bu susqunluğunun qarşısında vasitəçilər öz qəti sözünü deməlidirlər. Dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycan prinsip etibarilə yenilənmiş Madrid prinsipləri ilə razıdır. Yenilənmiş Madrid prinsipləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təklifidir və Azərbaycan Prezidentinin də vurğuladığı kimi, bu ölkələr öz təkliflərinə hörmətlə yanaşmalıdırlar və son aylar ərzində danışıqlar prosesində pozuculuq fəaliyyəti aparan Ermənistana ciddi siqnallar getməlidir: “Əgər Ermənistan tərəfindən ya vaxt uzatma taktikası davam edərsə, yaxud da ki, rəsmi qaydada bu prinsiplərə mənfi cavab verilərsə, o zaman Azərbaycan təbii ki, bu danışıqlarda və ümumiyyətlə bu prosesdə öz iştirakının perspektivi haqqında ciddi düşünməlidir. Biz bu barədə düşünürük. Biz müxtəlif variantları nəzərdən keçiririk və çalışacağıq ki, Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa edək. Mən şəxsən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Məsələ ondadır ki, necə və nə vaxt?! Biz istəyirik ki, bunu tezliklə və sülh yolu ilə həll edək. Ancaq əgər Ermənistan tərəfi öz işğalçı siyasətini davam etdirmək istəsə və danışıqları sadəcə bir imitasiya prosesi kimi davam etdirmək istəsə, onda Azərbaycan, əlbəttə ki, öz mövqeyində ciddi dəyişikliklər edəcəkdir”.
Bəli, ortada seçim etmək üçün iki yol var. Prezident İlham Əliyevin vurğuladığı kimi, ya Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir, ya da Azərbaycan hərbi yola müraciət etmək məcburiyyətində qalacaq. Hazırda davam edən status-kvo Azərbaycan tərəfini razı salmır və mövcud situasiyanın dəyişdirilməsi üçün də zamanı gəlincə müvafiq addımlar atılacaq: “Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O vaxta qədər iştirak edəcəyik ki, nəticəyə çatmaq ümidimiz olacaqdır. Ya da ki, məsələ dondurulmuş vəziyyətdən çıxıb başqa bir müstəviyə keçəcəkdir. Yəni, sirr deyil ki, bu da hərbi variantdır. O heç vaxt istisna olunmurdu, bu gün də istisna olunmur və biz bu varianta da hər zaman hazır olmalıyıq. Ona görə indiki dövrün öz məntiqi və öz əhəmiyyəti vardır. İndiki dövrdə həm Ermənistan, həm də həmsədr ölkələr tərəfindən atılacaq addımlar, bax, bu məsələnin hansı yolla həll olunmasını müəyyən edəcəkdir”.
Qeyd edək ki, İstanbulda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında çıxışı zamanı da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Ermənistanın davamlı təcavüzünün qurbanına çevrildiyini önə çəkib. Dövlət başçısı ərazimizin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və bu vəziyyətin illərdir davam etdiyini, o cümlədən, etnik təmizləmə siyasətinə məruz qaldığımızı vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi bu ölkə tərəfindən hələ də yerinə yetirilməyib. Bundan başqa, BMT Baş Məclisinin, İslam Konfransı Təşkilatının münaqişə ilə bağlı qətnamələri, ATƏT, Avropa Şurası və Avropa Parlamentinin, eləcə də, digər beynəlxalq təşkilatların qərarları da Ermənistan tərəfindən icra olunmayıb: “Əgər beynəlxalq hüququn normaları işləmirsə, onda beynəlxalq ictimaiyyət üçün hansı durumdan söhbət gedə bilər? Əgər biz hamı tərəfindən qəbul olunmuş qətnamələri icra etmiriksə və bu vəziyyət davam edərsə, onda beynəlxalq münasibətlərin gələcəkdə necə təşkil olunacağı böyük sual doğurur. öz əhəmiyyəti və ölçüsündən asılı olmayaraq, hər bir ölkə beynəlxalq hüquq normalarına əməl etməlidir. Beynəlxalq hüquq normaları bütün ölkələr tərəfindən əməl olunması üçün yaranıb. Biz beynəlxalq təşkilatların üzvüyük və onların qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıyıq. Əgər həmin qərarlar qəbul olunursa və icra edilmirsə, onda beynəlxalq təsisatlara olan etimad da azalacaqdır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

