/ / Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib
20.04.2021 [09:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına yenidən qurulan “Hövsan” yarımstansiyası barədə məlumat verilib.
Bildirilib ki, 45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.
Energetika sektorunun müasir tələblər səviyyəsində inkişafı, vətəndaşların enerji resurslarına əlçatanlığının və məmnunluğunun təmin olunması Prezident İlham Əliyevin sosial-iqtisadi siyasət kursunun prioritet hədəfləri sırasındadır. Postkonflikt dövründə isə işğaldan azad edilən ərazilərdə gedən bərpa-quruculuq işləri dövlətimizin başçısının xüsusi diqqətindədir.
Prezident İlham Əliyev: Qarabağda işlər necə gedir?
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev: Çox gözəl gedir, Şuşa hazırdır. Açılışa da hazırdır. Mən məruzə etmişdim ki, iki nömrəli xətt hazırdır.
Prezident İlham Əliyev: Bilirəm, xətti çəkmisiniz.
Baba Rzayev: Şükürbəyli də hazırdır, Şuşa da hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq.
Prezident İlham Əliyev: Bəs, ermənilərin dağıtdıqları o su elektrik stansiyalarının vəziyyəti necədir? İşlər gedir orada?
Baba Rzayev: Cənab Prezident, “Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir.
Prezident İlham Əliyev: Bəs, Kəlbəcər rayonunda?
Baba Rzayev: Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir.
Prezident İlham Əliyev: İndi hava şəraiti yaxşılaşıb. Yəqin ki, may ayından oraya getmək daha asan olacaq.
Baba Rzayev: Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik.
Prezident İlham Əliyev: Bəs, orada, azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin elektrik təchizatı normaldır?
Baba Rzayev: Hər yerə verilib.
Prezident İlham Əliyev: Şuşada da gecə-gündüz heç bir problem yoxdur?
Baba Rzayev: Xeyr yoxdur, gecə-gündüz.
Qeyd edək ki, son 3 ilə qədər Bakı və Abşeron yarımadasında sistem əhəmiyyətli 220 kilovoltluq 5 yarımstansiya fəaliyyət göstərirdi ki, onların da 4-ü istismar müddətini başa vurub. Son iki ildə isə yeni “Böyükşor” yarımstansiya tikilib və beləliklə, 220 kilovoltluq yarımstansiyaların sayı 6-ya çatdırılıb. Eyni zamanda, istismar müddətini bitirən sistem əhəmiyyətli 220 kilovoltluq dörd yarımstansiyanın üçü - “Müşfiq”, “Xırdalan” və “Hövsan” yarımstansiyaları yenidən qurulub, “Nizami” yarımstansiyasında isə işlər yaxın vaxtlarda başa çatdırılacaq.
Prezident İlham Əliyev “Hövsan” yarımstansiyasını işə salıb.
Dövlətimizin başçısına yenidənqurulan 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyası barədə də məlumat verilib. Bildirilib ki, 1949-cu ildə tikilən yarımstansiyanın istismar müddəti bitdiyi üçün potensial qəza mənbəyinə çevrilmişdi. Qısa zamanda görülən işlər sayəsində yarımstansiyanın əvvəlki gücü geri qaytarılıb, tam yenidən qurularaq etibarlılığı və dayanıqlılığı artırılıb, istehlakçıların fasiləsiz və keyfiyyətli enerji təchizatına zəmin yaradılıb. Yenidən qurulan “Maştağa” Yarımstansiyası Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, Savalan, “Albalılıq” yaşayış massivlərini, dənizkənarı sanatoriya, xəstəxana, otellər və digər obyektlər də daxil olmaqla Sabunçu və Xəzər rayonlarının 150 min nəfərə çatan əhalisinin elektrik enerjisi ilə etibarlı təminatına imkan verəcək.
Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə “Maştağa” yarımstansiyasını da işə salıb.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

