Mehriban xanım Əliyeva Parisdə YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşüb
29.04.2010 [11:05]
Baş direktor İrina Bokova xoşməramlı səfir Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək, YUNESKO-nun Azərbaycan ilə sıx əməkdaşlıq etdiyindən məmnunluğunu bildirib. YUNESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirən İrina Bokova, Azərbaycanın birinci xanımı ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Baş direktor əmin olduğunu bildirmişdir ki, Mehriban xanımın səyləri sayəsində Azərbaycan ilə YUNESKO-nun əlaqələri daha da inkişaf edəcək.
Bu yaxınlarda təhsil sahəsində bir neçə layihənin hazırlandığını diqqətə çatdıran YUNESKO-nun baş direktoru bu layihələrdə Mehriban xanım Əliyevanın iştirak etməsini arzulayıb. İrina Bokova qeyd edib ki, YUNESKO orta təhsil sisteminin inkişafına böyük diqqət yetirir və bununla əlaqədar bir sıra tədbirlər həyata keçirmək niyyətindədir. Layihələrin əsas məqsədi bütün dünyada, xüsusən də Afrika ölkələrində qızların orta təhsil almasına nail olmaqdır. Layihələr ilə bağlı tədbirin YUNESKO-nun iqamətgahında keçirilməsi nəzərdə tutulub. İrina Bokova ölkəmizdə təhsil sahəsində bir çox mühüm layihənin reallaşmasında böyük xidmətləri olan Mehriban Əliyevanın bu tədbirdə iştirakını arzulayaraq, Azərbaycanın birinci xanımının həmin təşəbbüsə dəstək verəcəyinə ümidvar olduğunu bildirib. Mehriban xanım Əliyeva İrina Bokovanın maraqlı təklifini qəbul edərək, bu layihələrə dəstək verəcəyini söyləyib.
YUNESKO-nun baş direktoru Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilən mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa dair beynəlxalq tədbirlərin əhəmiyyətini xüsusi qeyd edərək, xoşməramlı səfirə təşəkkürünü bildirib, belə təşəbbüslərin davam etdirilməsini arzulayıb.
İrina Bokova YUNESKO ilə Azərbaycan arasında sıx əlaqələrin olduğunu bir daha vurğulayıb, bu sahədə Prezident İlham Əliyevin fəaliyyətini xüsusi qeyd edib. YUNESKO-nun baş direktoru deyib ki, Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən biridir.
Azərbaycan ilə YUNESKO arasında sıx əlaqələrin olduğunu qeyd edən Mehriban xanım Əliyeva deyib ki, ölkəmiz bundan sonra da istənilən sahədə, xüsusən də təhsil və mədəniyyət sahələrində YUNESKO-nun həyata keçirdiyi hər bir tədbirdə fəal iştirak etməyə hazırdır.
Mehriban xanım Əliyeva YUNESKO-nun baş direktorunu Azərbaycana səfərə dəvət edib. İrina Bokova dəvəti məmnunluqla qəbul edərək, yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

