Prezident İlham Əliyev Bakı buxtasında quru yük limanı məntəqəsinin açılışında iştirak edib
17.03.2010 [11:19]
Dövlətimizin başçısı açılışı bildirən qırmızı lenti kəsib.
Prezident İlham Əliyev əvvəlcə məntəqənin inzibati binasında yaradılmış şəraitlə tanış olub.
Foyedə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş guşə yaradılıb, ümummilli liderin büstü qoyulub.
Prezident İlham Əliyev quru yük limanı məntəqəsinin inşa edildiyi ərazinin əvvəlki vəziyyətini və 2008-2010-cu illərdə həyata keçirilmiş tikinti işlərinin gedişini əks etdirən fotoşəkillərə baxıb.
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov məlumat verib ki, dördmərtəbəli inzibati binada işçilərin fəaliyyəti üçün bütün şərait yaradılıb, otaqlar zəruri avadanlıqla təchiz olunub.
Quru yük limanı məntəqəsinin tikintisi layihəsi Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilib. Liman məntəqəsindən yalnız quru yüklər daşınacaqdır. Məntəqənin tikintisindən başlıca məqsəd sənaye müəssisələrini paytaxtın mərkəzindən kənara köçürməkdən, şəhərdə ekologiyanı sağlamlaşdırmaqdan və respublikamızdan yükdaşımaların həcmini artırmaqdan ibarətdir. Liman məntəqəsinə eyni vaxtda 14 gəmi daxil ola bilər. Burada ümumi uzunluğu 1500 metr olan yanalma körpüləri və dalğaqıran tikilib, dəmir yolu xətti çəkilib.
Prezident İlham Əliyev liman məntəqəsinin ərazisində inşa olunan yüksaxlama anbarlarına da baxıb. Bildirilib ki, ərazidə hər birinin uzunluğu 185, 72 və 42 metr olan üç anbar inşa olunub. Onların ümumi sahəsi 6500 kvadratmetrdir. Hazırda ərazidə infrastrukturun genişləndirilməsi, gəmi təmiri zavodunun və avtobazanın mərkəzdən buraya köçürülməsi ilə bağlı işlər davam etdirilir.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

