"Şərq" İstehsalat Birliyinin "İqlim" müəssisəsində yeni istehsal sahələrinin açılışı olub
09.03.2010 [10:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” elm-istehsalat müəssisəsində yeni istehsal sahələrinin açılış mərasimində iştirak edib.
“İqlim” elm-istehsalat müəssisəsində yeni istehsal sahələri ölkənin müdafiə sənayesinin inkişafına dövlət qayğısının əyani nümunəsidir. Son illər Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə aparılan yenidənqurma və əsaslı təmir, eləcə də quraşdırılan modern avadanlıq və tətbiq edilən yeni texnologiya hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalı genişləndirilib. ötən il Müdafiə Sənayesi Nazirliyinin müəssisələri 2008-ci illə müqayisədə ümumi məhsul istehsalını 1,5 dəfə artırıb. Müdafiə təyinatlı məhsulların istehsal həcmi 2009-cu ildə 2008-ci illə müqayisədə 3 dəfə, 2005-ci illə müqayisədə isə 17,9 dəfə artıb. Dünyanın bir sıra dövlətlərinin müvafiq qurumları ilə sıx əməkdaşlıq edən Müdafiə Sənayesi Nazirliyi müdafiə təyinatlı məhsullarla yanaşı, yeni növ mülki avadanlığın istehsalına da başlayıb. Prezident İlham Əliyev yeni yaradılmış istehsal sahələri ilə tanış olmaq üçün Müdafiə Sənayesi Nazirliyinin “İqlim” müəssisəsinə gəlib. Dövlətimizin başçısı əvvəlcə müəssisənin həyətində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.
Müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevə məlumat verib ki, “İqlim” elm-istehsalat müəssisəsi 2006-cı ildən nazirliyin tərkibində fəaliyyət göstərir. Müəssisənin İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı vardır. “İqlim”in yeni istehsalat sahələrində müdafiə və mülki təyinatlı məhsullar hazırlanır, onların hissələrinin mexaniki emalı və qalvanik örtükləmə əməliyyatları yerinə yetirilir. Prezident İlham Əliyev yeni sahənin rəmzi açılışını bildirən düyməni basıb.
Daha sonra Ali Baş Komandan İlham Əliyev müəssisənin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videomateriala baxıb.
Sahənin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsulların yığım prosesini izləyib. Bildirilib ki, burada inkişaf etmiş ölkələrin istehsalı olan, müasir proqramlarla idarə edilən dəzgahlar quraşdırılmışdır. Prezident İlham Əliyevə məlumat verilib ki, bu dəzgahlardan istifadə etməklə məhsulların keyfiyyətinin yüksəldilməsinə və çeşidinin artırılmasına nail olunub.
Hazır məhsullarla tanış olan dövlətimizin başçısına onların texniki-taktiki göstəriciləri barədə ətraflı məlumat verilib. Prezident İlham Əliyev “Boran” artilleriya qurğusuna, iriçaplı yarımavtomat “İstiqlal” snayper tüfənginə, piyadalar əleyhinə minalara və digər məhsullara baxıb. Dövlətimizin başçısı xromlama sahəsində olub. Sahənin fəaliyyəti ilə tanışlıq zamanı məlumat verildi ki, burada da ən müasir avadanlıq quraşdırılıb. Atıcılıq tiri ilə tanışlıq zamanı bildirilib ki, müəssisədə istehsal edilən məhsulların sınağı üçün burada hər cür şərait yaradılıb, xüsusi proqramla təmin olunmuş kompyuterlər qoyulub. Atəşin dəqiqliyi, sürəti və digər göstəriciləri bu kompyuterlər vasitəsilə təhlil edilir. Prezident İlham Əliyev 14,5 millimetr çaplı snayper tüfənginin sınağını izləyib, atəşin göstəricilərinin nəticələrinə baxıb.
Dövlətimizin başçısı müəssisədə yeni yaradılmış tökmə sahəsində də olub. Burada müxtəlif məhsullar, o cümlədən mülki təyinatlı avadanlığın istehsalı həyata keçirilir. Həmin məhsullar arasında neft-mədən sənayesində istifadə olunan avadanlığın istehsalı xüsusi yer tutur. Bu məhsullar ekoloji təmizliyi ilə seçilir. Termiki emal sahəsi ilə də tanışlıq zamanı Prezident İlham Əliyevə burada texnoloji proseslər barədə ətraflı məlumat verilib.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55

