Paytaxtın su təminatı ilə bağlı davamlı tədbirlər görüləcək
23.02.2010 [08:21]
Respublikamızda əhalinin içməli su ilə fasiləsiz və keyfiyyətli şəkildə təmin olunması son illər həyata keçirilən infrastruktur layihələrinin başlıca istiqamətlərini təşkil etməkdədir. Əhalinin su təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələrin miqyası daha da çoxalıb. Su sisteminin inkişafı və bu sahədə həyata keçirilən geniş quruculuq işləri, mühüm dövlət proqramlarının hazırlanması və icrası su təsərrüfatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Hökumət vətəndaşların içməli suya olan tələbatını daha yüksək keyfiyyətlə təmin etmək üçün bütün regionlarda layihələr həyata keçirməkdədir.
Bakı şəhərinin su ilə təminatının yüksəldilməsinə səbəb olacaq Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi isə infrastruktur layihələri sırasında ən nəhəng layihələrdən biri hesab oluna bilər. Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi ümummilli lider Heydər Əliyev olub. Ulu öndər Heydər Əliyev 2000-ci ilin əvvəllərində respublikamızın sosial-iqtisadi həyatında baş verən sürətli inkişaf meyillərini, Bakı şəhərinin sənaye mərkəzinə çevrilərək böyüməsini və eyni zamanda, paytaxt əhalisinin sayının artmasını nəzərə alaraq əhalinin və sənayenin suya olan tələbatının daha da yaxşılaşdırılması üçün yeni su kəmərinin çəkilməsini zəruri hesab edirdi. Ulu öndər bu məqsədlə 2002-ci ildə Oğuz və Qəbələ rayonları ərazisindəki zəngin su ehtiyatlarının paytaxta gətirilməsi üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi barədə qərar verdi. Sonrakı illərdə su kəmərinin çəkilməsi ilə əlaqədar hazırlıq işləri görüldü və ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin tapşırığına əsasən proses daha da sürətləndirildi.
Prezident İlham Əliyevin iştirakı ilə 2007-ci il martın 1-də Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyulub. Su kəmərinə böyük önəm verən dövlət başçısı kəmərin tikintisi ilə bağlı işlərlə yaxından tanış olaraq müvafiq tapşırıqlarını verib. Cənab İlham Əliyev layihənin ölkəmiz üçün tarixi əhəmiyyət daşıdığını vurğulayaraq Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsindən sonra uzun illər Azərbaycan xalqına xidmət edəcəyini bəyan edib. Dövlət başçısının ikinci Bakı-Tbilisi-Ceyhan adlandırdığı bu layihə insanların dünyada ən keyfiyyətli içməli su ilə təmin olunmasına imkan verəcək. Prezident İlham Əliyev qeyd edib ki, əhalini içməli su ilə təmin etmək üçün kompleks tədbirlər davam etdiriləcək: “Əhalinin içməli su ilə təmin edilməsi - bu istiqamətdə də kompleks tədbirlər görülür. Hansısa bir istiqamətdən söhbət getmir. Burada həm də Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi nəzərdə tutulur. ümid edirəm ki, bu il bu su kəməri - Bakıya hava-su kimi lazım olan bu kəmər istifadəyə veriləcək və beləliklə, Bakı əhalisi təmiz içməli su ilə təmin ediləcəkdir. Samur-Abşeron kanalının tikintisi, - bu da çox böyük vəsait tələb edən layihədir, - uğurla davam edir. Artıq 122 kənddə kiçik təmizləyici modul qurğular quraşdırılıbdır və 220 mindən çox vətəndaş - əvvəllər çay sularından, bulanıq sulardan istifadə edən vətəndaşlar bu gün təmiz içməli su ilə təmin edilir. Hazırda 60-dan yuxarı kənddə işlər gedir və hesab edirəm ki, bu il, ümumiyyətlə, bu proqram çərçivəsində 350 mindən çox vətəndaş təmiz içməli su ilə təmin ediləcəkdir. Bu proqram bundan sonrakı illərdə davam etdirilməlidir”.
Hazırda Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı işlər daha da intensivləşib və ilin sonuna kimi kəmərin tam hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Uzunluğu 260 km olan bu kəmərdən ilk suyun nəqli də ilin sonuna kimi mümkün olacaq. Beləliklə, paytaxt sakinləri 2010-cu ildə bu kəmərdən axan sudan istifadə edə biləcəklər. Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəməri ilə suyun axını bir nasosun köməyi olmadan, daxili təzyiq hesabına ötürüləcək. Saniyədə 5 ton içməli su ötürəcək bu kəmər Bakını fasiləsiz və keyfiyyətli su ilə təmin edəcək. Bununla da, Bakı şəhərinə və Abşeron yarımadasına verilən içməli suyun həcmi 35 faiz artırılacaq.
Oğuz-Qəbələ-Bakı su kəməri paytaxtın bir çox yaşayış məntəqələrinin, hətta Türkan, Zirə, Dübəndi və Pirallahı qəsəbələrinin sakinlərinin də içməli su ilə təmin olunmasına imkan verəcək. Kəmərin istismara verilməsindən sonra əhalinin su ilə təminatında yaranan problemlər tam aradan qalxacaq. Kəmərlə sutkada 430 min kub metr suyun nəqli nəzərdə tutulur. Yeni su kəmərindən təxminən 1 milyon insan faydalanacaq. Mütəxəssislərin apardığı araşdırmalara əsasən, kəmərə vurulan su tərkibinə və keyfiyyət göstəricilərinə görə, Kür və Ceyranbatan suyundan qat-qat üstündür. Onu da qeyd edək ki, suyun keyfiyyətinin qorunması üçün borular korroziyaya qarşı davamlı olan şüşə lifli poliestrdən hazırlanıb və həmin borular ekoloji cəhətdən dünyada ən keyfiyyətli məhsul sayılır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

