/ / Azərbaycan regionda geniş əməkdaşlıq formatının yaradılması ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir
Azərbaycan regionda geniş əməkdaşlıq formatının yaradılması ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir
10.02.2010 [10:08]
Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev dünya ölkələrinin enerji təhlükəsizliyinin möhkəmlənməsində respublikamızın mühüm töhfə verdiyini qeyd edib. Dövlət başçısı bildirib ki, hazırda qlobal təhlükəsizlikdə enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Azərbaycan regionda neftlə yanaşı, həm qaz ixrac edən ölkə kimi səylərini artıraraq enerji təhlükəsizliyinin təmin edilməsində öz mühüm rolunu oynayır.
“Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc” mövzusunda keçirilən konfransda Prezident İlham Əliyev bildirib ki, Azərbaycan regionda geniş əməkdaşlıq formatının yaradılması ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir. Dövlət başçısı ikitərəfli və çoxtərəfli əməkdaşlıq zamanı ölkəmizin enerji siyasətinin bilavasitə milli maraqlarımıza xidmət etdiyini də vurğulayıb: “Biz istəyirik ki, təbii ehtiyatlarımızdan, ilk növbədə, xalqımız bəhrələnsin. Daha sonra, enerji strategiyamızı elə qurmaq istəyirik ki, biz heç bir marşrutdan, heç bir qonşudan və heç bir istehlakçıdan asılı olmayaq. Eyni zamanda, bu resurslardan istifadə edərək, daha çox etimad və əməkdaşlıq yaratmaq istəyirik. Hesab edirəm ki, regionda marağı olan tərəflər arasında daha çox əməkdaşlıq olmalıdır. Eyni zamanda, bu resurslardan istifadə edərək, daha çox etimad və əməkdaşlıq yaratmaq istəyirik”.
Azərbaycan enerji siyasətini həyata keçirərkən neft və qaz amilindən heç vaxt siyasi məqsədləri üçün istifadə etməyib və tərəfdaşları ilə münasibətdə qarşılıqlı səmimiyyət prinsiplərinə söykənib. ölkəmizin həyata keçirdiyi bu siyasət bütün dövlətlər tərəfindən rəğbətlə qarşılanmaqdadır. Bu faktor respublikamızın dünya enerji tədarükçüləri arasında nüfuzunu və mövqeyini möhkənləndirməkdədir. Enerji istehlakçılarının rəsmi Bakıya etibarlı tərəfdaş kimi rəğbəti yüksəlib, onlar Azərbaycanın sülh və sabitliyə, qarşılıqlı hörmətə, dərin əməkdaşlığa xidmət edən siyasətini yüksək dəyərləndirərək sıx münasibətlər qurmağa çalışır. Bu gün respublikamıza Şərqi və Qərbi Avropanın demək olar ki, bütün ölkələrinin hökumət başçılarının ardıcıl xarakter alan səfərlərinin də bir məzmunu var: Azərbaycan regionda ən etibarlı tərəfdaşdır və rəsmi Bakı ilə enerji sahəsində möhkəm təməllərə söykənən əməkdaşlıq sazişlərinin imzalanması gələcək təhlükəsizliyə etibarlı təminat yaratmaq deməkdir.
Göründüyü kimi, Azərbaycan enerji resurslarının nəqli ilə bağlı siyasət yürüdərkən öz ənənəsinə sadiq qalaraq yanacaq ehtiyatlarının diversifikasiyasını başlıca şərt hesab etdiyini nümayiş etdirmiş olur. Respublikamız bütün tərəfdaşları ilə səmimi və qarşılıqlı maraqlara xidmət edən prinsipləri ali məqsədi hesab edir, həmçinin, enerji resurslarının nəqli uğrunda mübarizə və rəqabət aparan tərəflərlə münasibətləri siyasiləşdirmənin əleyhinə olduğunu öz əməli ilə təsdiq edib. Azərbaycan yanacaq və xammal ehtiyatlarının ixracında, eləcə də, tranzitində iqtisadi səmərəliliyi və kommersiya prinsipləri əsasında əməkdaşlığı strateji məqsədlərindən biri hesab edir.
Enerjinin şaxələndirilməsini başlıca prioritetlərdən biri hesab edən respublikamız bunun nəticəsində geniş şəbəkəli təchizat marşrutları sisteminə qoşulub. Azərbaycanın qaz istehsalının həcminin artması isə hazırki marşrutların ixrac gücünün artırılması ilə bərabər, yeni tranzit xətlərindən istifadəni zəruri edir. Yəni, hazırda hasilat və ixracın həcmi ölkəmizi qane etsə də, perspektivdə hasilatın həcminin artırılması da istisna deyil. Qeyd edək ki, ölkəmiz hazırda 30 milyard kubmetrə yaxın qaz hasil edir və bunun üçdə biri daxili tələbata yönəldilir. Yəni, respublikamızın xarici ölkələrə qaz nəqli üçün potensial imkanları artmaqda davam edir.
Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan iqtisadi cəhətdən daha böyük fayda verə biləcək bütün layihələri dəstəkləyərək enerji marşrutlarının şaxələndirilməsində iştirak etmək niyyətindədir. Avropada alternativ qaz mənbələrinə tələbat artır və bu faktor yeni kəmərlərin çəkilməsi ideyasını meydana çıxarır. “NABUCCO”, TGİ, TAP, “Cənub dəhlizi” kimi mühüm enerji layihələrinin çəkilməsi ilə bağlı təşəbbüslər artmaqdadır. Respublikamız qazın təchizatı ilə bağlı uzunmüddətli sazişlərin bağlanılması üçün bir çox Avropa dövləti ilə danışıqlar aparır və yanacağın nəqlini nəzərdə tutan yeni kəmərlərə qoşulmaq niyyətini də gizlətmir. O cümlədən, ən perspektivli strateji marşrutlardan hesab olunan “Cənub dəhlizi” istiqamətində də fəaliyyətini davam etdirir. Amma bu layihələrin gerçəkləşməsi üçün zəruri olan bir sıra elementlərin həll edilməsi vacibdir və respublikamız həmin məsələlərin öz həllini tapmasına xüsusi önəm verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bu gün biz təchizat marşrutlarımızı tam şaxələndirmişik. Bizim istənilən istiqamətə gedən üç neft və dörd qaz boru kəmərlərimiz vardır. Hər bir istiqamətə gedən boru kəməri genişləndirilə bilər. Biz, sadəcə, istehlakçılar, tranzit ölkələr və hasilatçılar arasında sazişlərə aid bütün zəruri məsələlərin həllini və əlavə olaraq, 20 milyard kubmetr qazı hasil etmək məqsədi ilə məbləği təxminən 20 milyard dollar olacaq sərmayələrin yeni mərhələsinin başlanmasını gözləyirik”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

