Humanitar sahələrin inkişafı Azərbaycan hökumətinin prioritetləri sırasındadır
04.02.2010 [10:19]
Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas istiqamətlərindən birini də humanitar sahələrin, o cümlədən, elmin, təhsilin, informasiya texnologiyalarının inkişafı təşkil edir. Təsadüfi deyil ki, sözügedən sahələrin inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir. Bu məqam dövlət büdcəsindən bu sahələrin inkişafına ayrılan vəsaitlərin ilbəil artmasında da özünü göstərir. Belə ki, 2008-ci illə müqayisədə ötən il təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya xərcləri 12,9 faiz artıb. Qeyd edək ki, 2009-cu ilin böhran ili olduğunu nəzərə alsaq, bu, kifayət qədər yüksək göstəricidir.
Hər zaman olduğu kimi, bu gün də təhsilin inkişafı prioritet məsələlərdəndir. Məlumdur ki, bu məsələ bilavasitə ölkənin gələcəyini müəyyən edən amillər sırasındadır. Sevindirici haldır ki, kifayət qədər geniş elmi potensiala malik olan Azərbaycanda müxtəlif sahələr üzrə yüksək səviyyəli savadlı və peşəkar kadrların yetişməsi üçün hər cür şərait var. Dövlət başçımızın da bildirdiyi kimi, neft kapitalını insan kapitalına çevirmək bu gün qarşıya əsas məqsəd kimi qoyulub. Bu məqsədlə də təhsil sahəsinin inkişafına hər il böyük miqdarda vəsait ayrılır. Artıq neçə illərdir ki, tendensiya halını almış yeni orta məktəblərin tikintisi respublikamızın ən ucqar regionlarını da əhatə edir. Təkcə 2009-cu ildə 64 məktəbin inşa olunması faktı görülən işlərin miqyasından xəbər verir. Təhsilin inkişafı üzrə həyata keçirilən tədbirlər ali təhsil ocaqlarını da əhatə edir. Hazırda ali məktəblərdə Avropa təhsil sisteminə keçidlə əlaqədar mütərəqqi islahatlar həyata keçirilir. Eləcə də, təhsil işçilərinin əmək haqları müntəzəm olaraq artırılır. ümumilikdə, təhsil sahəsinin inkişafı məqsədilə artıq 15 proqram qəbul edilib və əldə olunan nəticələr bu proqramların uğurla reallaşdırılmasını göstərir. Eyni zamanda, azərbaycanlı gənclərin müxtəlif ölkələrdə keçirilən elm-təhsil olimpiadalarında yüksək səviyyədə iştirakı və respublikamızda təşkil olunan beynəlxalq olimpiadalar sayəsində Azərbaycan dünyada elm, təhsil ölkəsi kimi tanınır.
Təhsillə yanaşı, müasir cəmiyyət həyatını informasiya-kommunikasiya texnologiyaları (İKT) olmadan təsəvvür etmək çətindir. Təqdirəlayiq haldır ki, Azərbaycanda bu sahə çox sürətlə inkişaf edir. Təkcə onu demək kifayətdir ki, 2009-cu ildə ölkəmizdə İKT-nin inkişaf tempi dünya üzrə göstəricilərdən yüksək olub. Sözügedən sahənin inkişafı təhsil sisteminə də müsbət təsir göstərir. Belə ki, ölkəmizdə internet şəbəkəsinin genişləndirilməsi çərçivəsində bir çox məktəblərin şəbəkəyə qoşulması təmin edilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Xalq kompüteri” layihəsi isə vətəndaşlara bazar qiymətlərindən aşağı və faizsiz kreditlə kompüter almağa imkan verir. İKT sahəsinin inkişafının daha bir göstəricisi ölkəmizdə 2009-cu ilin dekabrından etibarən geniş imkanlar yaradan 3G xidmətlərinin tətbiqinə başlanılmasıdır. Hazırda Azərbaycanda kosmik sənayenin yaradılması istiqamətində də ciddi işlər görülür. Belə ki, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” və dövlət başçısının bu məsələ ilə bağlı Sərəncamına uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində xarici şirkətlərlə əməkdaşlıq qurulub və 2012-ci ildə Azərbaycana məxsus süni peykin orbitə çıxarılacağı gözlənilir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bildirdiyi kimi, Azərbaycanda İKT-nin inkişafı üçün çox gözəl imkanlar var: “Xüsusilə, dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsində biz hər zaman bir addım öndə olmalıyıq, rəqibləri də, zamanı da qabaqlamalıyıq”.
Qeyd etmək lazımdır ki, təhsil, elm, kommunikasiya texnologiyalarının inkişafı regionların sosial-iqtisadi inkişaf proqramlarında da öz əksini tapıb və bu proqramların uğurla reallaşdırılması humanitar sahələr üzrə gələcəkdə daha böyük nailiyyətlərin əldə olunacağını əminliklə söyləməyə imkan verir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

