Ötən il ölkəmizdə 144829 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnib
04.02.2010 [10:19]
Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Prezident İlham Əliyev bu şəraiti Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında belə xarakterizə edib: “Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi. ölkəmiz 2009-cu ildə də sürətlə inkişaf etməyə davam edirdi, bu dinamika saxlanılırdı”.
Bəli, düzgün və vaxtında atılmış addımlar həm iqtisadi maraqların qorunmasına, həm də güclənən iqtisadiyyatın nəticələri hesabına sosial qayğıların aradan qaldırılmasına təkan verib. ümumiyyətlə, ölkəmizdə sosial proqramların həlli həmişə böyük əhəmiyyət kəsb edib. Həmin məsələyə toxunan Prezident İlham Əliyev deyib: “Mən qeyd edə bilərəm ki, burada da bütün sosial proqramlar vaxtında icra edildi, ünvanlı sosial yardım proqramı davam etdi. Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün bu göstərici 11 faizdir. Əgər 2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb. Bu mübarizənin praktik nəticələri vardır və Azərbaycan vətəndaşları gündən-günə daha da yaxşı yaşamağa başlayırlar”.
Qeyd etmək yerinə düşər ki, dünya ölkələri beynəlxalq maliyyə böhranından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanda ötən il 144829 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnib. İnkişaf edən ölkə iqtisadiyyatından bu ailələrin hər birinə ayda orta hesabla 113,30 manat düşüb. Yardımlarda ünvanlılıq prinsipi də tam şəkildə gözlənilib. Dünya Bankının “Pensiya və sosial təminat” layihəsi çərçivəsində ünvanlı dövlət sosial yardımı Proqramının icrası ilə bağlı monitorinq məqsədilə ölkə üzrə 6660 ev təsərrüfatında sorğular keçirilib. Bu sorğuların da nəticələrinin təhlili yardımların təyinatında ünvanlılıq prinsipinə 90 faizə qədər əməl olunduğunu təsdiqləyib. Dünya Bankı tərəfindən bu nəticə ünvanlı sosial yardım tətbiq edilən ölkələr sırasında ən yaxşı nəticələrdən biri kimi qiymətləndirilib.
Sözügedən iclasdakı çıxışında Prezident İlham Əliyev onu da deyib ki, sosial məsələlərin həlli həmişə olduğu kimi, bizim üçün prioritet məsələlər olub: “Baxmayaraq ki, böhranlı ildir, yaxud da ki, neftin qiyməti aşağı düşüb, yuxarı qalxıb. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşmür. Ancaq sosial məsələlər həmişə prioritet olaraq qalır və qalacaqdır. Gələcək illərdə də bu sahədə bir dənə də yubanma, yaxud da ki, geriləmə olmamalıdır və olmayacaqdır”.
Bir sözlə, reallıq bundan ibarətdir ki, dünyada nə baş verməsindən asılı olmayaraq, Azərbaycanda indiyədək nə sosial layihə ləngiyib, nə də hər hansı yardım dayanıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Görülən tədbirlər nəticəsində 2010-cu ildə daha da böyük işlər aparılacaq, əminəm, 2010-cu ilin yekunlarına görə valyuta ehtiyatlarımız daha da artacaqdır”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

