Azərbaycan özünü və tərəfdaşlarını ən azı yüz il qazla təmin edə bilər
05.02.2010 [11:03]
Davosda öz işini başa vuran Dünya İqtisadi Forumunda aparılan müzakirələr zamanı daha çox diqqəti cəlb edən mövzular qlobal böhrana qarşı mübarizə proqramları və enerji təhlükəsizliyi ilə bağlı olub. Bir çox ölkələrin dövlət başçılarının və hökumət nümayəndələrinin, eləcə də, iri şirkətlərin, biznes dairələrinin çıxışları göstərdi ki, Avropa ölkələri gələcək enerji təminatını həll etmək üçün Xəzər regionu dövlətləri ilə daha intensiv əməkdaşlıq etmək niyyətindədir. ümumiyyətlə, Mərkəzi Asiya-Xəzər bölgəsinin hansı strateji əhəmiyyətə malik olması forum zamanı diqqətçəkən əsas məqamlardan biri kimi yadda qaldı.
Davos Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı da böyük əhəmiyyət kəsb etməsi ilə maraq doğurdu. Qeyd edək ki, dövlət başçısı bir neçə ildir ki, bu toplantıya qatılır və qlobal məsələlər, enerji təhlükəsizliyi ilə bağlı mövzular ətrafında geniş diskussiyalar zamanı strateji əhəmiyyət daşıyan fikirlərini diqqətə çatdırır. Azərbaycan Prezidentinin vurğuladığı məsələlər dünya liderlərində və aparıcı iqtisadi-analitika mərkəzlərində xüsusi maraq doğurması ilə yadda qalır. Bu tendensiya bir daha onu təsdiq edir ki, Avropa Birliyi dövlətləri ümumdünya problemləri, qlobal layihələr barədə məsləhətləşmələrdə Azərbaycanın mövqeyinə ehtiyac duyurlar. Onlar beynəlxalq iqtisadi əməkdaşlıqda və yanacaq-enerji resurslarının dünya iqtisadi bölgüsündə Azərbaycanın mühüm əhəmiyyətini nəzərə alaraq vacib qərarların qəbul olunmasında ölkəmizlə razılaşdıqlarını göstərmiş olurlar. Respublikamızın dünyada artan nüfuzu və etibarlı tərəfdaş olması iqtisadi güclər tərəfindən qəbul olunur və ümumdünya masştablı müzakirələrdə fikirləri, təklifləri müstəsna əhəmiyyəti ilə fərqlənir. Eyni zamanda, qlobal böhrandan ən az itki ilə çıxan və dinamik inkişaf tempini davam etdirən Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasət dünya ölkələrinin diqqətini cəlb edib və respublikamızın hazırladığı mükəmməl antiböhran proqramının bir çox istiqamətləri təqdir olunub. Bu mənada, bir çox ölkələrin qlobal böhranla mübarizədə Azərbaycanın iqtisadi modelinə istinad edəcəyi şübhə doğurmur. ümumiyyətlə, dünya dövlətləri və beynəlxalq maliyyə institutları 2010-cu ilin sosial-iqtisadi proqnozları ətrafında fikir yürüdərkən respublikamızın inkişaf göstəriciləri üzərində daha çox dayanırlar və bu da Azərbaycanın keçdiyi yolun nə qədər doğru olmasının və perspektiv baxımdan inkişafa təminat verməsinin əyani təzahürü sayıla bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin forumda çıxışları ilə yanaşı, dünyanın nüfuzlu KİV-lərinə, xüsusilə də “Bloomberg” informasiya agentliyinə verdiyi müsahibədəki fikirləri də böyük maraq doğurur. Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin milli, iqtisadi və siyasi maraqlarımıza xidmət etdiyini bəyan edib. Dövlət başçısı Azərbaycanın neft və qaz marşrutlarının ixracında çoxşaxəlilik və çoxvektorluluq strategiyasına üstünlük verdiyini vurğulayıb: “Biz qazımızı müxtəlif istiqamətlərdə ixrac etməkdəyik. Bu, bizim üçün çox vacibdir, çünki biz qazın nəqli sahəsində maksimal şaxələndirməyə nail olmuşuq. Bildiyiniz kimi, şaxələndirmə nəinki istehlakçılar, o cümlədən, hasilatçılar üçün də çox vacibdir. Beləliklə, biz qazı qonşu ölkələrə ixrac edirik və əlbəttə, hər hansı ölkə üçün yeni bazara çıxış şübhəsiz ki, çox vacibdir”. Respublikamızın yeni ixrac imkanları və bazarlar barədə düşündüyünü qeyd edən dövlət başçısı bu məqsədlə perspektivdə hasilatın artırılmasına on milyardlarla dollar sərmayə qoyulacağını xatırladıb.
Dövlət başçısı Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olduğunu, dünya ölkələrinin eneji təminatında əsas tədarükçülərdən birinə çevrildiyini bəyan edib: “Bizim böyük ehtiyatlarımız vardır. Təbii qaz ehtiyatlarımızın təsdiqlənmiş həcmi 2 trilyon kubmetrdir. Bu həcm 5 trilyon kubmetr də ola bilər. Beləliklə, bizim özümüzü və eləcə də, dünyanın müxtəlif yerlərində tərəfdaşlarımızı ən azı yüz il qazla təchiz edə bilərik”. Azərbaycan zəngin qaz ehtiyatları ilə Mərkəzi və Şərqi Avropa ilə bərabər, Asiya və Balkan regionunu da yanacaqla təchiz etmək imkanlarına malikdir. Məsələn, hazırda ixrac qazının əsas mənbəyi olan “Şahdəniz” yatağından Faza-3 çərçivəsində ildə 15 milyard kubmetr qaz ixrac etmək mümkün olacaq. Digər yataqlardan, məsələn, “Bahar”, “İnam”, “Alov”, “ümid” kimi perspektiv yataqlardan çıxarılan qazın nəqli isə ölkəmizin ildə 20-30 milyard kubmetrdən çox yanacaq ixrac etməsinə imkan verəcək. Azərbaycan 2015-2020-ci illərdə Avropanın 20-yə yaxın ölkəsini qazla təmin etmək gücünə malik olacaq.
Respublikamızın zəngin enerji resurslarının həcminin ilbəil artması isə yanacağın nəqli ilə bağlı yeni kəmərlərə qoşulmasını zəruri edir. Yəni, Azərbaycan qaz nəqli üçün mövcud olan 4 kəmərdən başqa, digər tranzit xətlərinin istifadəyə verilməsini vacib sayır və bu istiqamətdə intensiv işlər aparır. Azərbaycan qaz ehtiyatlarının çoxşəbəkəli marşrutlar sisteminə qoşulmaqla ixracına üstünlük verir. Təbii ki, respublikamız yanacağın istehlakçılara çatdırılması üçün iqtisadi baxımdan daha sərfəli, kommersiya cəhətdən cəlbedici və iqtisadi maraqlarımıza cavab verən marşrutları məqbul hesab edir. Eyni zamanda, ölkəmiz NABUCCO layihəsində iştirakı da istisna etmir. Əlbəttə ki, bunun üçün beynəlxalq normalara və təcrübəyə əsaslanan tranzit tarifləri, yanacağın dünya bazar qiymətləri ilə bağlı məsələlər razılaşdırılmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, NABUCCO layihəsi “Cənub dəhlizi”nin əsas elementlərindən biridir. Bu layihə qazımızı Qərb bazarlarına çıxarmaq imkanı verə bilər. Amma bu layihə ilə bağlı bir çox məsələlərin həll olunması vacibdir: “Bu layihəni irəli aparmaq üçün bir sıra elementlər mövcud olmalıdır. Birincisi, bunu etmək üçün güclü siyasi iradə olmalıdır. İkincisi, maliyyə vəsaiti olmalıdır. öncə qeyd etdiyim kimi, tranzit məsələlərinin həll olunmaması ən əsas maneədir. Eyni zamanda, qazımız üçün bazar qiyməti razılaşdırılmalıdır”. Göründüyü kimi, respublikamız öz enerji siyasətində çoxvektorlu ixrac strategiyasına, diversifikasiya xəttinə üstünlük verir və Azərbaycan kommersiya baxımından sərfəli olan bütün nəql kəmərləri ilə, o cümlədən, NABUCCO vasitəsilə yanacaq ixrac etməyə razıdır. Təbii ki, respublikamız NABUCCO ilə qazın nəqlində bütün tərəflərin təkliflərini qəbul etdikdən sonra yekun qərar verəcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

