Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Moldova Prezidenti İqor Dodon ilə görüşüb
15.02.2020 [10:58]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moldova Prezidentini salamlayan Prezident İlham Əliyev deyib: İqor Nikolayeviç, Sizi bir daha görməyimə şadam. Biz beynəlxalq tədbirlərdə müntəzəm görüşürük və bir daha görüşmək, gündəliyə nəzər salmaq, əməkdaşlığın inkişafının gələcək yollarını müəyyən etmək üçün hər hansı platformadan istifadə etmək ənənəsini davam etdiririk. İl yeni başlayıb. Ona görə də düşünürəm ki, bu il bizim münasibətlərimiz üçün məhsuldar olmalıdır. Nəzərdə tutduqlarımız prinsipcə yerinə yetirilir. Mövcud əlaqələr münasibətlərimizin fəal inkişaf etdiyini göstərir. Biz Sizinlə münasibətləri konkret iqtisadi amillərlə zənginləşdirmək haqqında fikir mübadiləsi aparmışıq. Düşünürəm ki, bu il daha fəal iqtisadi əməkdaşlıq olacaq. Əlbəttə, bizim əlaqələrimiz davam etdiriləcək. Ona görə də düşünürəm ki, bu il də münasibətlərimiz üçün müsbət olacaq. Bizim münasibətlərimiz dostluq münasibətləridir. Biz həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Əlbəttə, ölkəmizə Sizin səfərinizi xatırlayıram. Bu cür fəal siyasi dialoqun davam etməsi üçün Sizi bu il planlaşdırılan beynəlxalq tədbirlərdə yenidən səbirsizliklə gözləyirik.
Prezident İqor Dodon deyib: Hörmətli cənab Prezident, əvvəla Sizinlə Münxendə mühüm beynəlxalq tədbirdə görüşməyimə çox şadam. Bizim ikitərəfli münasibətlərimizin çox yaxşı dinamikasını qeyd etmək istəyirəm. İmzaladığımız sazişlər faktiki olaraq əlaqələrimizin bütün spektrini əhatə edir. Sizi parlament seçkilərinin keçirilməsi, partiyanızın əldə etdiyi nəticələr münasibətilə təbrik edirəm. Bilirəm, seçkiləri bizim də müşahidəçilərimiz, həmçinin Prezident tərəfdarı olan Sosialistlər Partiyasının nümayəndələri də izləyiblər. Onlar təşkilati işlərin çox yaxşı səviyyəsini qeyd ediblər, demokratik seçkilər keçirilib. Sizi bu münasibətlə təbrik edirik.
Bu il bizim ikitərəfli münasibətlərimiz üçün çox vacib ildir. Biz hələ 2017-ci ildə Sizinlə Moldovada, Qaqauzda bir sosial layihəyə başladıq. Sizi bir daha rəsmi olaraq Moldova Respublikasına dəvət etmək istəyirəm. Bu il biz artıq onun açılışını etməliyik. Ümidvaram ki, bu il Sizin rəsmi səfəriniz olacaq. Biz bir neçə mühüm tədbir keçirəcəyik. Hökumətlərarası Komissiyanın iclasını keçirmək lazımdır. Bilirsiniz, indi Moldovada mənim keçmiş müşavirim cənab Kiku İon Vasilyeviçin başçılıq etdiyi yeni hökumət fəaliyyət göstərir. Biz artıq öz tərəfimizdən Hökumətlərarası Komissiyanın yeni heyətini təsdiq etmişik. Ümidvaram ki, yaxın vaxtlarda həmsədrlərin Hökumətlərarası Komissiyanın iclasına hazırlıq üçün görüşü olacaq. O, bizdə də, Sizdə də keçirilə bilər. Bu, bizim Sizinlə razılaşmamızdan asılıdır. Lakin çox ümidvarıq ki, yaxın aylarda Siz rəsmi səfərlə bizim ölkəmizə gələcəksiniz.
Prezident İlham Əliyev: Dəvətə görə sağ olun. Gözəl Moldovaya səfər etmək imkanından məmnuniyyətlə istifadə edəcəyəm. Mənim çox yaxşı xatirələrim var.
* * *
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

