Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Həsən Ruhaninin görüşü olub
25.10.2019 [09:37]
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Prezident Həsən Ruhanini qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Sonra Azərbaycan və İran prezidentlərinin görüşü olub.
Prezident İlham Əliyev deyib: “Hörmətli cənab Prezident, əziz dostum. Azərbaycana xoş gəlmisiniz.
Mən çox şadam ki, qardaş ölkə Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunur. Sabah bu önəmli təsisata Azərbaycan sədrlik edəcək. Çalışacağıq ki, üç il ərzində üzv dövlətlərin maraqlarını müxtəlif beynəlxalq tədbirlərdə layiqincə müdafiə edək. Əlbəttə, Sizin səfəriniz yaxşı fürsətdir ki, ikitərəfli gündəliyi müzakirə edək və gələcək birgə fəaliyyət üçün tədbirlər görək.
Bizim əlaqələrimiz qədim tarixə, ortaq mədəniyyətə əsaslanır. Bu gün bu əlaqələr ən yüksək səviyyədədir. Biz son bir neçə il ərzində Sizinlə on dəfədən çox görüşmüşük. Hər bir görüşün böyük əhəmiyyəti var və hər bir görüşdən sonra verilən tapşırıqlar icra olunur. Hesab edirəm ki, iki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir.
Təbii ki, bu möhkəm əlaqələr bütün sahələrə müsbət təsir göstərib. Keçən il ticarət dövriyyəmiz 70 faizdən çox artmışdır. Hesab edirəm ki, bu, rekord göstəricidir. Bu ilin doqquz ayında isə yenə də 45 faiz artıb. Şadam ki, bizim birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Keçən il bu dəhlizlə 8 dəfədən çox yük daşınıb. Bu ilin doqquz ayında, mənə verilən məlumata görə, yükdaşımalar 70 faiz artıb. Sizinlə danışdığımız kimi hazırda, eyni zamanda, Cənub-Qərb nəqliyyat dəhlizi fəaliyyət göstərir. Qarşılıqlı sərmayə qoyulub. İran texnologiyaları əsasında avtomobil zavodu fəaliyyət göstərir. Biz bu zavodun açılışını birgə qeyd etmişdik. Avtobus istehsalı zavodunun tikintisi ilə əlaqədar indi layihələndirmə işləri aparılır. Neft-qaz sahəsində yaxşı əməkdaşlıq edirik. Eyni zamanda, keçən ilin avqustunda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi həm beştərəfli, həm də ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Mədəniyyət sahəsində ənənəvi əməkdaşlıq çox müsbətdir.
Yəni, elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq nəticədə özünü göstərir. Nəticələr də göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz”.
* * *
İran Prezidenti Həsən Ruhani deyib: “Cənab Prezident, bu gün burada Azərbaycan dövlətinin və Azərbaycan xalqının qonağı olmağımızdan çox sevinirik. Sizi təbrik etmək istəyirəm, Qoşulmama Hərəkatına sədrlik sizə həvalə olunur. Çox sevinirik ki, Sizin ölkənizdə bu Zirvə Görüşünün keçirilməsi üçün çox yüksək təşkilati işlər aparılıb.
Mən çox şadam ki, hər dəfə Sizinlə görüşdükdə iki ölkə arasındakı əlaqələrdə müsbət bir halın, müsbət bir dəyişikliyin şahidi oluruq. Sizin də qeyd etdiyiniz kimi, müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, elmi və digər sahələrdə bizim əlaqələrimiz çox müsbət irəliləmişdir. İki ölkənin əlaqələrinin genişləndirilməsi üçün çox yaxşı iqtisadi əməkdaşlıq vardır və bu, hər iki ölkəni sevindirir. Düşünürəm, Azərbaycanda və İranda olan mövcud hakimiyyət və mövcud dövlətlər iki ölkənin mənafeyinin, iki ölkənin rifahının və xalqların rifahının qaldırılması üçün yaxşı işlər görürlər və bu, sevindiricidir. Mən Sizi əmin edirəm ki, İran dövləti və İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaqdır. Ümid edirəm, bugünkü görüşümüzdə də hər iki tərəfi maraqlandıran mövzular haqqında fikir mübadiləsi aparacağıq”.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31

