Azərbaycan Fransanın strateji tərəfdaşına çevrilir
18.12.2009 [09:35]
Azərbaycan-Fransa münasibətləri son illərdə dinamizm və inteqrasiya baxımından daha geniş xarakter alaraq sıx təmasların möhkəmlənməsi üçün əhəmiyyətli baza yaradıb. Hər iki ölkə siyasi-iqtisadi, humanitar sahələrdə səmimi dostluq əlaqələrinin əsaslı təməllərini qoyub. ötən illər ərzində əməkdaşlığın hüdudlarının genişlənməsi dövlətlərarası münasibətlərin formatının həm də Avropa İttifaqı çərçivəsində inkişaf etməsinə səbəb olub. Fransa Azərbaycanın inkişaf etmiş ölkə kimi Avropa ailəsinə sıx inteqrasiyasının zəruriliyini bəyan edib və bu istiqamətdə öz səylərini gücləndirib. Hər iki ölkə arasında siyasi-iqtisadi münasibətlərin pozitiv inkişafı və ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması respublikamızın Aİ üçün strateji tərəfdaş olmasını şərtləndirən başlıca faktora çevrilib.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib dövlətə çevrilən respublikamızın müəllifi olduğu çoxşaxəli enerji marşrutlarının reallaşmasını dəstəkləyən Fransa Şərq-Qərb enerji dəhlizləri ilə bağlı keçirilən beynəlxalq sammitlərin iştirakçısı olub. Bütün Avropa dövlətləri kimi Fransa da bu regionun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolunu yüksək qiymətləndirir. ölkəmizin zəngin resursları, iqtisadi inkişafı və əlverişli investisiya mühiti rəsmi Paris üçün daha yeni əməkdaşlıq sahələrində geniş perspektivlərə yol açır. Qeyd edək ki, Fransa Azərbaycanla ticarət əməkdaşlığında ilk beşliyə daxil olan dövlətlərdəndir. Respublikamıza sərmayə qoyuluşu üzrə isə ən böyük investorlardan biridir.
Prezident İlham Əliyevin bir neçə gün əvvəl Fransaya səfəri zamanı həmkarı Nikola Sarkozi ilə keçirdiyi səmərəli görüşlər, eyni zamanda işgüzar dairələrlə, xüsusilə də Fransa Sahibkarlar Təşkilatının üzvləri ilə apardığı faydalı müzakirələr isə ölkələr arasında siyasi və iqtisadi əməkdaşlığın ən yüksək səviyyəyə çatmasına dərin zəmin yaradıb. Fransa ilə Azərbaycan arasında uzunmüddətli və davamlı əməkdaşlığın yeni mərhələsi başlayıb. Azərbaycan Prezidentinin Fransaya səfəri çərçivəsində əməkdaşlığın dərinləşməsinə impuls verən mühüm görüşlərin keçirilməsi rəsmi Paris üçün də böyük əhəmiyyət kəsb edir və qarşılıqlı münasibətlərin dinamizmini daha da gücləndirmək üçün Fransanın dövlət başçısı respublikamıza səfər etməyi planlaşdırır. Fransa Cənubi Qafqazda Azərbaycanı ən strateji tərəfdaşı kimi qəbul edir və münasibətləri yeni mərhələdə inkişaf etdirməkdə maraqlıdır. Buna görə də Fransa prezidenti Nikola Sarkozinin ölkəmizə səfəri zəruri sayıla bilər. Sarkozinin ölkəmizə səfər etməsi əlaqələrin inkişafına töhfə verməklə yanaşı, regionda təhlükəsizliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edə bilər.
Xatırladaq ki, Fransanın respublikamızda fəaliyyəti üçün həddindən artıq əlverişli imkanlar yaradılıb. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində Fransa kapitalı əsasında 45 şirkət fəaliyyət göstərir. Bu ölkənin ən nəhəng iqtisadi təşkilatı olan Fransa Sahibkarlar Təşkilatı (MEDEF) ilə Azərbaycanın Dövlət İnvestisiya Şirkəti, AZPROMO, Sənaye və Ticarət Palatası və digər qurumların ikitərəfli əməkdaşlığının inkişafı, eyni zamanda, hər iki ölkənin bisnes dairələri arasında görüşlərin keçirilməsi münasibətlərin daha da intensiv xarakter almasına səbəb olub. Fransanın “Total”, “Alcatel”, “Societe Generale”, “BNP Paribas” və digər nəhəng şirkətlərinin fəaliyyəti iqtisadiyyatın bir çox sahələrini əhatə edir. Azərbaycanla uzun illərdir ki, uğurlu əməkdaşlıq münasibətləri davam etdirən və neft sektorunda əsas pay sahiblərindən olan “Total” Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrində səhmdarlar qrupunda yer alıb. Bundan başqa, “BNP Paribas”, “Societe Generale” bankları Azərbaycanda ən böyük investisiya layihələrində təmsil olunub.
Azərbaycan ilə Fransa arasında perspektivdə infrastruktur, energetika, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın möhkəmlənməsi üçün razılaşma əldə olunub. N.Sarkozinin ölkəmizə səfəri isə əlaqələrin inkişafının daha da dinamikliyinə səbəb ola bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

