KİV nümayəndələri "Euronews" televiziya kanalının rəhbərliyinə müraciət ünvanlayıb
15.12.2009 [09:54]
Qeyd edək ki, 135 ölkədə 300 milyon tamaşaçı auditoriyasına malik “Euronews” televiziya kanalı bu günə kimi obyektiv, tərəfsiz, professional xəbər mənbəyi hesab olunub. Bu telekanal Azərbaycan Respublikasında kabel televiziyaları vasitəsilə yayımlanır və Azərbaycan tamaşaçıları tərəfindən diqqətlə izlənilir. Bu səbəbdən də, reportaj Azərbaycan ictimaiyyəti, dövlət və qeyri-hökumət qurumları, yerli kütləvi informasiya vasitələri arasında ciddi narazılıq doğurub.
Məsələ ilə bağlı olaraq, “Yeni Azərbaycan”, “Səs”, “İki sahil” qəzetləri və “Səs” İnformasiya Agentliyinin əməkdaşları “Euronews” televiziya kanalının rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli həmkarlar! Bu günlərdə “Euronews” televiziya kanalının efirində Mikael Rayxmanın “Dağlıq Qarabağ - dəyişik külək” reportajı bizim etirazımıza və sizə müraciət ünvanlamağımıza səbəb olmuşdur. 20 ildən artıq müddətdə davam edən və hər iki tərəfdən çoxsaylı tələfatlara səbəb olmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında dünya ictimaiyyətinin ətraflı və obyektiv məlumat əldə etməyə haqqı var. İnanırıq ki, bu gün sabitlik və firavanlıq mühitində yaşayan, lakin keçmişdə çoxsaylı müharibələrdə milyonlarla insan tələfatı vermiş Avropa xalqları heç vaxt dezinformasiya, qeyri-obyektiv və qərəzli məlumatlandırma ilə barışa bilməzlər. 1992-1993-cü illərdə Azərbaycan torpaqlarına daim iddiası olmuş Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz torpaqları işğal olunmuş, bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qovulmuşdur. Həmin insanlar uzun illər çox acınacaqlı şəraitdə yaşamış, hər bir çətinliyə dözmüş, lakin heç vaxt doğma torpaqlarına qayıdacaqlarına inamlarını itirməmişlər. Azərbaycanla Ermənistan arasında 15 ildir ki, atəşkəs imzalanmasına baxmayaraq, rəsmi Yerevan müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatmış və Azərbaycana qarşı ciddi informasiya müharibəsi aparmışdır. Biz hər dəfə dünyanın bu və ya digər mətbuat orqanında, televiziya kanalında Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif olunmuş, yanlış və ədalətsiz materiallar getməsinin şahidi oluruq. İstisna deyil ki, “Euronews” telekanalında təqdim olunmuş məlum reportaj da erməni lobbisi və ya Ermənistanın müvafiq təşkilatlarının Azərbaycana qarşı növbəti təxribatıdır.
Qeyd etmək istərdik ki, Ermənistan tərəfindən işğal olunmamışdan əvvəl Dağlıq Qarabağ Azərbaycan və erməni icmalarının birgə yaşadığı məkan olmuş, sovet illərində bu bölgənin inkişafına xüsusi diqqət ayrılmış, yeni-yeni qəsəbələr, şəhərlər salınmışdır. Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra bütün infrastruktur, mədəniyyət abidələri dağıdılmış, bərbad hala düşmüşdür. Rəsmi Yerevan Dağlıq Qarabağda separatçı rejim yaratmış, bu ərazinin Ermənistana heç bir aidiyyəti olmasına baxmayaraq, Ermənistan vətəndaşları orada hərbi xidmət keçirlər.
Göründüyü kimi, Ermənistan dünyada sülh və ədalətin, sabitliyin qorunub saxlanılması istiqamətində qəbul edilmiş bütün beynəlxalq hüquq və normaları kobudcasına pozmaqdadır.
Təsəvvür etmək çətin deyil ki, telekanalın əməkdaşlarının rəsmi Bakının icazəsi olmadan həmin əraziyə daxil olması, “Euronews” kimi nüfuzlu televiziya kanalının Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan reportaj yayması vətəndaşlarımız tərəfindən necə qarşılanır.
Qeyd etmək istəyirik ki, müasir cəmiyyətlərdə, informasiya əsri adlandırdığımız yaşadığımız dövrdə kütləvi informasiya vasitələrinin insanların məlumatlandırılması, hətta idarə olunmasında rolu inkaredilməzdir. Eyni zamanda, dəqiq, obyektiv, qərəzsiz və vicdanlı informasiyanı cəmiyyətə çatdırmaq mənsubiyyətindən, fəaliyyət göstərdiyi ölkədən, təyinatından asılı olmayaraq, hər bir KİV-in başlıca vəzifəsidir. Tamaşaçı auditoriyası da aludəçisinə çevriləcəyi KİV-i müəyyənləşdirərkən, ilk olaraq, bu kriteriyaları nəzərə alır.
Yüzdən artıq ölkədə yayımlanan və 300 milyona yaxın tamaşaçı auditoriyasına malik “Euronews” televiziya kanalı da bu günə kimi obyektiv, tərəfsiz, professional xəbər mənbəyi hesab olunub. Bu imicini telekanal dəqiq, qərəzsiz, müstəqil informasiya siyasətinə sədaqəti ilə qazanıb. Etiraf etməliyik ki, bu yaxınlarda təqdim olunan həmin reportaj nə “Euronews”un imicinə, nə də onun prioritetlərinə uyğun gəlir.
ümid edirik ki, “Euronews” telekanalı tənqidimizə anlaşıqlıqla yanaşacaq və yaranmış problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görəcək. Biz məsələ ilə əlaqədar həqiqətlərin öyrənilməsi, ən azından münaqişəyə dair azərbaycanlıların mövqeyini öyrənmək üçün telekanalın əməkdaşlarını ölkəmizə dəvət edir və istənilən dəstəyi göstərməyə hazır olduğumuzu bildiririk”.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

