/ / Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
06.12.2018 [09:55]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerlin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Bernd Aleksandr Bayerl fəxri qarovul dəstəsinin qarşısından keçib.
Bernd Aleksandr Bayerl etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini bildirib. Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin önəminə toxunan Prezident İlham Əliyev özünün Avstriya Respublikasına, Avstriyanın Federal Prezidenti Haynts Fişerin isə Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edən dövlətimizin başçısı iqtisadi sahədə, o cümlədən ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanda uğurla fəaliyyət göstərən Avstriya şirkətlərinin sayının artdığını vurğulayıb. Dövlətimizin başçısı Bernd Aleksandr Bayerlin diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsun salamlarını və Avstriya hökumətinin ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Bakıda diplomatik fəaliyyətə başlamasından məmnunluq hissi keçirdiyini qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın fəal iştirakı ilə Bakıda yüksək zövqlə həyata keçirilən abadlıq və quruculuq işlərinin ona dərin təəssürat bağışladığını bildirib. Bernd Aleksandr Bayerl səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
Dövlətimizin başçısı Avstriyanın Federal Kansleri Sebastian Kurtsun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını və xoş arzularını Avstriyanın Federal Kanslerinə və Avstriya hökumətinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxAnalitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:25
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20

