Görkəmli musiqiçi Müslüm Maqomayevin xatirəsini anma mərasimi keçirilib
23.10.2009 [09:31]
Dünən Bakıda, “Park İnn” hotelində zəmanəmizin görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsini anma mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Görkəmli musiqi xadiminin ruhuna dualar oxunub.
Müslüm Maqomayev doğma Azərbaycanın fəxri idi. Cəmi 20 yaşı olarkən Helsinki festivalında uğurlu çıxışı ilə şöhrət qazanmış Müslüm Maqomayev tezliklə bütün Sovet İttifaqında məşhurlaşmışdı. Müslüm, sadəcə, oxumurdu, o, mahnını qəlbindən keçirərək dinləyiciyə çatdırırdı. “Bakı bülbülü” adlandırılan Müslüm Maqomayev Sovet İttifaqında milyonlarla insanın - dövlət rəhbərlərindən tutmuş, sadə əmək adamlarına qədər hamının sevimlisi idi. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, simvolu adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ Xalq artisti adı verilmişdi. O, bu ada layiq görülmüş ən cavan sənətkar idi.
öz nəğmələrində hər zaman Azərbaycanı yaşadan, onu bütün dünyada məşhurlaşdıran dünya şöhrətli sənətkar Müslüm Maqomayev həyatı boyu Azərbaycan musiqisinin təbliği ilə məşğul olub. Onun xalq şairi Nəbi Xəzrinin şeirinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdən biridir. Bu nəğməni ümummilli lider Heydər Əliyev də sevirdi. Ulu öndər Müslüm Maqomayevə həmişə himayədarlıq etmiş, ona əsl atalıq qayğısı göstərmişdir. Onların arasında son dərəcə səmimi münasibətlər var idi.
Anım mərasiminin keçirildiyi salonda Müslüm Maqomayevin ifasında “Azərbaycan”, “Sənsiz” mahnıları səslənirdi. Salona toplaşanlar Müslümün könül nəğmələrini onunla birgə oxuyurdular.
Təkrarsız səsi, yüksək artistizmi onu sənət dünyasının sevilən personasına çevirmişdi. Böyük müğənni həm də gözəl mahnılar müəllifi idi. 20-dən çox mahnı, kinofilmlərə musiqi bəstələmişdi.
O, “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib. Elə bu sənətkarlıq da onun bioqrafiyasına böyük mükafatlar yazmışdı. Bu mükafatların sırasında müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenləri də var.
Anım mərasiminin sonunda səslənən “Əlvida Bakı” nəğməsi də Müslüm Maqomayevin doğma torpağa, Vətənə olan sevgisinin tərənnümü idi.
Xəbər lenti
Hamısına baxGündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33

