/ / Prezident İlham Əliyev Çinin Sinxua xəbər agentliyinin baş redaktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Çinin Sinxua xəbər agentliyinin baş redaktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18.09.2018 [10:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Çinin Sinxua xəbər agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı Sinxua xəbər agentliyinin baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. Çin-Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayaraq həmin səfərin çox yaxşı nəticələr verdiyini vurğulayıb. İki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün çox yaxşı imkanların olduğunu qeyd edən dövlətimizin başçısı qarşılıqlı ixracın artırılması üçün əməli işlərin aparıldığını deyib. Turizm sahəsində də əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirən Prezident İlham Əliyev deyib ki, Çin vətəndaşları Azərbaycana elektron viza vasitəsilə rahat gələ bilərlər. Dövlətimizin başçısı turizmin inkişafında xəbər agentliklərinin və mətbuatın böyük rolunu qeyd edib. Prezident İlham Əliyev ölkələrimizin, eyni zamanda, nəqliyyat sahəsində uğurlu əməkdaşlıq etdiyini, Çindən Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılan məhsulların sayının və həcminin artdığını vurğulayıb.
Qəbula görə Çin nümayəndə heyəti adından dövlətimizin başçısına minnətdarlığını bildirən Sinxua xəbər agentliyinin baş redaktoru Hi Pinq bunu Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi çox böyük önəmin göstəricisi kimi dəyərləndirib. Hi Pinq Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib. Sinxua xəbər agentliyinin baş redaktoru, öz növbəsində, bildirib ki, 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü və orada imzalanan əməkdaşlıq sazişləri əlaqələrimizin inkişafına çox böyük təkan verib. O qeyd edib ki, iki ölkənin dövlət rəhbərlərinin fəaliyyəti nəticəsində son illər Azərbaycan-Çin münasibətlərinin inkişafı uğurla davam edir. Ölkəmizdə keçirdiyi görüşlərdən danışan Hi Pinq Sinxua ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Qonaq Azərbaycanda çalışan Çin şirkətlərinin fəaliyyəti ilə yaxından tanış olduqlarını da məmnunluqla qeyd edib. Sinxua xəbər agentliyinin baş redaktoru Çinin “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində ölkələrimiz arasında münasibətlərin daha sürətlə inkişaf etdiyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36

