Müharibə veteranları daim dövlətin diqqət və qayğısını hiss edir
16.10.2009 [09:48]
Dünən Hövsan qəsəbəsində II Dünya Müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı və minik avtomobillərinin təqdim olunması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev İkinci Dünya Müharibəsi veteranlarına, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin orderlərini təqdim edib.
Dövlətimizin başçısı, həmçinin müharibə veteranlarına və əlillərinə “Tavriya” markalı avtomobillərin açarlarını verib.
Mərasim iştirakçılarını təbrik edən Prezident İlham Əliyev deyib: “Əziz dostlar, sizi bu gözəl binanın istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz buna layiqsiniz. Siz Vətən uğrunda əlil olmusunuz, yaxınlarınızı, qohumlarınızı itirmisiniz. Azərbaycan dövləti həmişə sizə öz qayğısını göstərmişdir, bu gün də göstərir. Bu gözəl evin tikilib istifadəyə verilməsi, sizin sərəncamınıza verilməsi bunun bariz nümunəsidir. Bildiyiniz kimi, Azərbaycanın müxtəlif bölgələrində belə gözəl evlər tikilir. Ancaq ilk dəfədir ki, doqquzmərtəbəli ev tikilib. Əvvəllər daha çox üç-dörd mərtəbəli evlər tikilirdi. Amma sonra qərara gəldik ki, daha da gözəl, əzəmətli və rahat ev tikilməlidir.
Azərbaycanın indi imkanları böyüyür, genişlənir. Bizim maliyyə vəziyyətimiz yaxşıdır. İndi belə gözəl evlərin tikilməsi də maliyyə cəhətdən bizim üçün problem deyildir. Mən çox arzulayıram ki, siz bu gözəl evdə xoşbəxt yaşayasınız. Siz buna layiqsiniz və bilin ki, Azərbaycan dövləti həmişə sizin arxanızda olacaqdır. Siz böyük qəhrəmanlıq göstərmisiniz, böyük itkilər vermisiniz. Qarabağ uğrunda döyüşlərdə sizin yaxınlarınız sağlamlığını itirmişlər, şəhid olmuşlar. Onların xatirəsi bizim ürəyimizdə həmişə yaşayacaqdır. Bu gün münaqişə hələ ki, öz həllini tapmayıb. Biz çalışırıq ki, bu münaqişəni danışıqlar yolu ilə həll edək. Ancaq bizim prinsipial mövqeyimiz birmənalıdır: bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, işğal olunmuş bütün torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır və soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Bundan kənarda heç bir başqa yanaşma qəbul edilmir və Azərbaycan bu münasibətlə öz mövqeyini dəfələrlə bildirmişdir. Dövlətimizin imkanları artır, həm iqtisadi cəhətdən, həm də hərbi cəhətdən. Bu gün Azərbaycan Ordusu regionda ən güclü ordudur. Əgər biz 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində belə qüdrətli orduya malik olsaydıq, Azərbaycan torpaqları heç vaxt işğal altına düşməzdi. Ancaq nə edək ki, 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində Azərbaycan rəhbərliyində olmuş insanlar böyük səhvlər buraxaraq, əslində Dağlıq Qarabağın işğal altına düşməsinə şərait yaratmışlar. Ancaq Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra vəziyyətdə dönüş yarandı, bəzi torpaqlar geri alındı və atəşkəs yaradıldı. Bu atəşkəs rejimi müddətində Azərbaycan çox böyük uğurlara nail ola bilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatı ilə müqayisə edilməz səviyyədədir. Biz bütün cəhətlərdə onlardan üstünük. Həm siyasi imkanlarımız çox genişdir, həm beynəlxalq mövqelərimiz çox güclüdür, həm də iqtisadi potensial bir neçə dəfə çoxdur. Hərbi gücə gəldikdə isə, bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bölgədə ən qüdrətli ordudur. Biz hərbi gücümüzü artırırıq. Düzdür, bu, böyük vəsait tələb edir. Ancaq bunu etməliyik. çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Bununla bərabər, bu vaxta qədər görülmüş və bundan sonra görüləcək işlər Azərbaycanın hərtərəfli inkişafına xidmət edəcəkdir, Azərbaycanda sosial məsələlərin həllinə şərait yaradacaqdır. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, Azərbaycan dövləti belə gözəl binaları tikə bilməzdi. Əgər biz öz resurslarımıza arxalanmasaydıq, çətin vəziyyətə düşə bilərdik. Biz başqalarından fərqli olaraq, ancaq daxili imkanlar hesabına yaşayırıq, öz hesabımıza yaşayırıq. Gündən-günə daha da yaxşı yaşayırıq və gələcəkdə qarşıda duran bütün vəzifələr öz həllini tapacaqdır. Belə gözəl binalar hələ çox tikiləcəkdir və buna böyük ehtiyac vardır. Əlimizdən gələni edəcəyik ki, müharibədən əziyyət çəkmiş, öz sağlamlığını, yaxınlarını itirmiş insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunsun.
Bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Mən burada veteranları görürəm. çox şadam ki, veteranlar həmişə olduğu kimi, ön sıralardadır. Onların nümunəsi, onların çəkdiyi zəhmət, Vətən uğrunda onların fəaliyyəti gənc nəsil üçün də böyük örnəkdir. Gənc nəsil sizdən örnək götürüb vətənpərvər olmalıdır, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Bu gün Hövsan qəsəbəsində başqa gözəl hadisə baş vermişdir. Mən indi gözəl Olimpiya İdman Kompleksinin açılışında iştirak etdim. Möhtəşəm kompleksdə idmanla məşğul olmaq üçün bütün imkanlar vardır. Həm idmançılar, həm rayon sakinləri üçün. Mən çox istəyirəm ki, o kompleksdən səmərəli şəkildə istifadə olunsun, uşaqlar, gənclər, yeniyetmələr orada öz sağlamlığını möhkəmləndirsinlər. Əlbəttə ki, veteranlara həmişə olduğu kimi, hörmətlə yanaşsınlar. Mən sizi bir daha ürəkdən təbrik edirəm, sizi salamlayıram və sizə xoşbəxtlik arzulayıram”.
Prezident İlham Əliyev mərasimdə iştirak edən II Dünya və Qarabağ müharibələrinin əlilləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. Müharibə veteranları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra mənzillərlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, binanın tikintisinə 2007-ci ildə başlanıb. Binanın yerləşdiyi ümumi ərazi 0,25 hektar, tikintinin ümumi sahəsi isə 1790 kvadratmetrdir. Yaşayış binasının ətrafında abadlıq və yaşıllaşdırma işləri də aparılıb. Doqquzmərtəbəli binada 81 mənzil vardır. Bu mənzillərin 72-si iki, 9-u isə üçotaqlıdır. Binada əlillərin sərbəst hərəkəti üçün liftlər və xüsusi qurğular quraşdırılıb. Burada qazanxana, nasosxana, transformator yarımstansiyası inşa olunub, mənzillər rabitə, su və qaz xətləri ilə təchiz olunub. Binadakı mənzillərdə yaradılmış şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev yeni mənzil və avtomobil sahiblərini bir daha təbrik edib, onlara cansağlığı, xoşbəxtlik arzulayıb.
Sonra dövlətimizin başçısı sükan arxasına keçərək, avtomobili idarə edib.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

