/ / Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib
Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib
29.05.2018 [08:18]
Prezident İlham Əliyev konsertdə olub
Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri konsertdə olublar.
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması ideyası üzərində qurulub.
Hər bir azərbaycanlı üçün əziz olan bu bayram günündə Bakı Kristal Zalında sənət adamlarının çıxışları dövlətimizin gücünü, vətəndaşların dövlətə bağlılığını, xalq sevgisini və qürur hissini bir daha əyani təzahür etdirdi.
Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifasında “Qarabağ” şikəstəsi, “Natiq” ritm qrupunun “Sarı gəlin” kompozisiyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, habelə Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “1001 gecə”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletlərindən rəqslər, Xalq artistləri Azərinin, Zülfiyyə Xanbabayevanın, Samir Cəfərovun ifalarında “Ey Vətən”, “Şuşanın dağları” və “Neftçilər” mahnıları böyük maraqla dinlənildi. Xalq artistləri Aygün Kazımova, Azər Zeynalov, Emin, Elçin Əzizov, Əməkdar artistlər Emil Əfrasiyab, Səbinə Babayeva, Tünzalə Ağayeva, Miri Yusif və Röyanın, “Rast” qrupunun, Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin çıxışları bayram təntənəsi yaşatdı.
Proqramdakı musiqi nömrələri, rəqslər Azərbaycanın zəngin tarixinə bir daha hərtərəfli nəzər salmağa imkan yaratdı.
Təqdirəlayiq haldır ki, 100 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan özünün azad yaşamaq, müstəqil dövlət qurmaq hüququnu bütün dünyaya bəyan etdiyi kimi, hazırda da şərəfli tarixini, parlaq nailiyyətlərini və durmadan artan qüdrətini dünyaya nümayiş etdirir.
Müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzuladığı qüdrətli dövlətdir. İndi Azərbaycanın əldə etdiyi uğurlar öz miqyası və əhəmiyyəti ilə seçilir. Bunun məntiqi nəticəsidir ki, hər bir Azərbaycan vətəndaşı qüdrətli, əzəmətli, müstəqil dövləti ilə fəxr hissi duyur. Hər bir xalqın ən ümdə arzusu olan müstəqilliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları xalqımıza 100 il əvvəl bəxş etdilər. Təəssüf ki, bu müstəqilliyin ömrü cəmi 23 ay oldu. Ölkəmiz müstəqilliyinə ikinci dəfə 1991-ci ildə qovuşdu. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən əsl müstəqil dövlətə məhz 1993-cü ildən - xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra çevrildi. 2003-cü ildən isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli və dinamik inkişafdadır, ölkəmizin beynəlxalq imici durmadan möhkəmlənir. Fəxrlə qeyd edə bilərik ki, hazırda Azərbaycan dünyanın müstəqil siyasət yürüdən azsaylı ölkələrindən biridir. Bir sözlə, Ulu öndərin dediyi kimi, müstəqilliyimiz əbədi, dönməz və daimidir.
Tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirdiyi videoçarx da nümayiş olunub.
Eyni zamanda, tədbirdə Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış videoçarxlar da nümayiş etdirilib.
Konsertdə Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümlərinin əzəli Azərbaycan torpağı olan Qarabağımızda bayram ediləcəyinə əminlik ifadə olunub.
Sonda birlik və həmrəylik, müstəqilliyimizin əbədiliyinə qəti inam rəmzi olaraq incəsənət ustaları hamılıqla səhnəyə çıxaraq Azərbaycanın dövlət himnini oxuyublar.
İki saata yaxın davam edən konsert proqramına ümumilikdə 670 nəfərdən çox şəxs - tanınmış incəsənət xadimləri və yaradıcı heyət cəlb edilmişdi.
Bakı Kristal Zalındakı konsert proqramı Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda birbaşa yayımlanıb.
Tədbirin sonunda Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı olub.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

