Böyük Britaniya Azərbaycanla enerji sektorunda əməkdaşlığa böyük önəm verir
17.09.2009 [10:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hantın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət naziri Lord Hant “Əsrin müqaviləsi”nin 15-ci ildönümü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb və bu müqavilənin Azərbaycanın gələcək inkişafının təminatında önəmli rol oynadığını deyib. Lord Hant Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyul ayında Londona rəsmi səfərinin Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
ölkəmizdə əldə olunan inkişaf proseslərinin başlanğıcında “Əsrin müqaviləsi”nin dayandığını deyən dövlətimizin başçısı bildirib ki, 15 il bundan əvvəl imzalanan bu kontrakt bir çox enerji təşəbbüslərinin, o cümlədən bu gün Avropada ciddi müzakirə olunan enerji təhlükəsizliyi ilə bağlı təşəbbüslərin meydana gəlməsinə səbəb olub. Prezident İlham Əliyev Azərbaycanın Böyük Britaniya ilə energetika sahəsində əməkdaşlığa və bp-nin bu əməkdaşlıqda oynadığı rola önəm verdiyini vurğulayıb. Dövlətimizin başçısı bp şirkəti ilə yeni layihələr üzrə aparılan işlərin ötən dövr ərzində inkişaf edən əlaqələrimizin yaxşı göstəricisi olduğunu deyib. Londona sonuncu rəsmi səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə Böyük Britaniyanın bp şirkəti arasında imzalanan qarşılıqlı Anlaşma Memorandumuna toxunan Prezident İlham Əliyev gələcəkdə də birgə layihələr üzərində işlərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hant deyib: “Biz Sizin bp şirkəti ilə strateji tərəfdaşlıqla bağlı söylədiyiniz fikirləri yüksək qiymətləndiririk və bu əməkdaşlığa bundan sonra da dəstək verəcəyik”.
Bu tərəfdaşlığın dünyada bir nümunə ola biləcəyini vurğulayan Lord Hant əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18

