Prezident İlham Əliyev OPEC-in baş katibi ilə görüşüb
20.03.2018 [08:35]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, OPEC-in baş katibi Məhəmməd Barkindo səfərə dəvətə görə minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Məhəmməd Barkindo ilə Davosda görüşünü məmnunluqla xatırlayaraq qeyd edib ki, OPEC-in baş katibinin dünyada ilk dəfə neftin hasil olunduğu Azərbaycana səfəri böyük önəm daşıyır.
Məhəmməd Barkindo xoş sözlərə görə minnətdarlığını bildirərək Azərbaycanın neft sənayesinin beşiyi olduğunu vurğulayıb və deyib ki, hər bir neftçi gəlib öz gözləri ilə Bakını görməlidir.
Dövlətimizin başçısı İlham Əliyev Məhəmməd Barkindonun səfərinin Azərbaycanın tarixi yerləri və müasir inkişafı ilə tanış olmaq üçün yaxşı imkan yaratdığını deyib.
Prezident İlham Əliyev Azərbaycan ilə OPEC arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib və ölkəmizin hasilatla bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirdiyini vurğulayıb. Dövlətimizin başçısı neftin qiymətinin sabit saxlanması istiqamətində Məhəmməd Barkindonun və OPEC-in səmərəli, həmçinin koordinə edilmiş səylərini yüksək qiymətləndirib, bunu, eyni zamanda, birgə fəaliyyətin yaxşı nəticəsi kimi dəyərləndirib.
Məhəmməd Barkindo OPEC və qeyri-OPEC üzvlərinin bir araya gəlməsində Prezident İlham Əliyevin rolunu xüsusi qeyd edib, Azərbaycanın OPEC və qeyri-OPEC üzvlərinin əməkdaşlığı üzrə bəyanatın formalaşmasına gətirib çıxaran yüksək səviyyəli texniki komitəyə həmsədrliyini yüksək qiymətləndirib. Ölkəmizin üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdiyini deyən qonaq bunun Azərbaycanın bu razılaşmaya nə dərəcə sadiq qaldığının göstəricisi olduğunu bildirib. Qeyd edib ki, bu, təkcə neft hasil edən yox, hətta istehlakçı ölkələrin marağındadır. Bu işin nəticələrini artıq neft sənayesində və dünya bazarlarında görmək mümkündür.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30

