/ / Azərbaycanda kosmik sənayenin yaradılması ölkəmizin iqtisadi və hərbi gücünün artmasına səbəb olacaq
Azərbaycanda kosmik sənayenin yaradılması ölkəmizin iqtisadi və hərbi gücünün artmasına səbəb olacaq
20.08.2009 [00:59]
Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı işlərə başlanılıb. Bu sənaye sahəsinin yaradılması ilə bağlı layihələlərin hazırlanmasına müxtəlif dövlət orqanları cəlb ediləcək. Belə ki, Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müdafiə Sənayesi Nazirliyi və digər strukturlar kosmik sənayenin yaradılması ilə bağlı müvafiq tədbirlər planı hazırlayaraq həyata keçirəcək. Xatırladaq ki, bu istiqamətdə qarşıya qoyulmuş strateji məqsədlərə nail olmaq üçün müvafiq idarəetmə strukturunun yaradılması da nəzərdə tutulur. Yeni struktur kosmik sənayenin yaradılması və inkişafı, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması ilə telekommunikasiya peyk şəbəkələrinin təmin edilməsi, informasiyanın qəbulu üzrə superkompyuter mərkəzinin yaradılması, eləcə də, kadrların hazırlanması ilə bağlı işləri həyata keçirəcək.
ümumiyyətlə, İKT-ni iqtisadiyyatın prioritet sahəsi elan edən hökumət yaxın illər ərzində bu bölmədə çox mühüm proqramlar həyata keçirmək niyyətindədir. Neft sektorundan sonra ən perspektivli və gəlirli sahə hesab olunan rabitə bölməsindən bir neçə ildən sonra ölkəmizə milyardlarla dollar kapital axınının daxil olacağı gözlənilir. Buna görə də, hökumət ölkə iqtisadiyyatının ən inkişaf etmiş sektorlarından biri kimi dəyərləndirilən rabitə və informasiya texnologiyaları sahəsinin hərtərəfli inkişafını təmin etmək niyyətini ortaya qoyur.
Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramına əsasən respublikamızda kosmik sənayenin yaradılması, peyk sistemləri, onların idarə edilməsi və istismarı, kosmik sənaye sahəsinə investisiyaların cəlb edilməsi, respublika ərazisinin peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin edilməsi, milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi, qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, respublikamızın beynəlxalq kosmik proqramlarda iştirakının təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Bu məqsədlə ölkəmizdə mövcud olan kosmik sənaye kompleksinin yeniləşdirilməsi, bu sahədə fəaliyyət göstərən zavodlarda, digər istehsal və təcrübə məntəqələrində yeni istehsal və emal texnologiyasının yaradılması planlaşdırılır. Qeyd edək ki, kosmik sənayenin yaradılmasında Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin, telekommunikasiya peykinin idarə edilməsi və istismarında isə yeni qurum olan “AzərSpace” ASC-nin imkanlarından istifadə olunacaq.
Respublikamızda kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı ilə bağlı işlərə hələ sovetlər dövründə, 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə edilməsi ilə başlanılıb. Elmlər Akademiyasının tabeçiliyində xüsusi Kosmik cihazqayırma konstruktor bürosu yaradılıb və bu qurum kosmik tədqiqatların aparılması ilə məşğul olub. Müəyyən səbəblərdən ötən illərdə respublikamızda həmin sahəni inkişaf etdirmək mümkün olmayıb. Hazırda isə müstəqil Azərbaycan ən iri proqramları reallaşdırmaq əzmindədir və kosmik sənayenin inkişafı da yaxın illərdə öz mühüm nəticələrini göstərmiş olacaq. Müdafiə Sənayesi Nazirliyinə məxsus Milli Aerokosmik Agentliyinin fəaliyyəti bu sahədə tədqiqatlar aparılması üçün əlverişli zəmin yaradır. Agentlikdə kosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin yaradılması sahəsində mühüm nailiyyətlər əldə edilib. Eləcə də, digər müəssisələrin maddi-texniki bazası telekommunikasiya peykinin yaradılması işində öz mühüm töhfəsini verəcək.
Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi və coğrafi mövqeyi respublikamızın həm də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsini şərtləndirmiş olur. Buna görə də, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsinə səbəb olacaq. Onu da nəzərə almaq lazımdır ki, kosmik sənayenin yaradılması telekommunikasiya xidmətlərini təmin edən peyk stansiyaları ilə yanaşı, respublikada fəaliyyət göstərən radio-televiziya yayım şirkətlərinin proqramlarının həm respublikada, həm də respublikadan kənarda yayımının miqyasının daha da genişlənməsinə səbəb olacaq. Qeyd edək ki, kosmik sənayenin yaradılması və inkişafı, həm də ölkəmizin iqtisadi və hərbi gücünün inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdən hesab edilir. Belə ki, telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması nəticəsində aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər vasitəsilə genişmiqyaslı və keyfiyyətcə ən yeni məlumatları operativ şəkildə əldə etmək mümkündür. Respublikamız bu şəbəkə vasitəsilə dünya okeanının, planetlərin və digər xüsusi obyektlərin öyrənilməsi üçün ən əlverişli imkanlara malik olacaq.
Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi dövlət büdcəsi, daxili və xarici investisiyalar, texniki-maliyyə yardımları, kreditlər və qrantlar hesabına təmin ediləcək. Tam əminliklə qeyd etmək olar ki, Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının icrası qarşıdakı 5 il ərzində kosmik sənayenin yaradılması və inkişafına xüsusi təkan verəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxMaraqlı
27 Noyabr 21:53
Dünya
27 Noyabr 21:25
Elm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48

