/ / Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib
Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib
12.09.2017 [10:16]
Sentyabrın 11-də Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib.
Bu məktəbin böyük tarixi keçmişi var. Belə ki, təhsil ocağı 1917-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb. Məktəbin binasında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Təhsil ocağının 41 sinif otağından və müxtəlif fənn kabinetlərindən ibarət üçmərtəbəli binasında yenidənqurma işləri qısa zamanda və müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə həyata keçirilib.
Dövlətimizin başçısı sinif otaqlarında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısının nəticəsidir ki, son illər ərzində Azərbaycanın hər yerində olduğu kimi, paytaxtın Səbail rayonunda da təhsil müəssisələri, onların əsaslı təmiri və təchizatı sahəsində böyük işlər görülüb. Bu ilin yay aylarında da rayondakı 2 orta məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Onlardan biri 162 nömrəli tam orta məktəbin binasıdır. Məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Tədris müəssisəsi lazımi avadanlıqla tam təchiz olunub.
Dövlətimizin başçısı məktəbdə yaradılan “Eko sinif”lə də tanış olub. Belə siniflərin yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabineti isə yüksək səviyyədə qurulub, lazımi ləvazimat və stendlərlə təmin olunub, burada mini kazarma yaradılıb.
Qeyd edək ki, 162 nömrəli məktəbdə tədris ikinövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1400-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur.
Fəaliyyət göstərdiyi illərdə bir sıra uğurlara imza atan bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22

