/ / Prezident İlham Əliyev MDB dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyasının iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev MDB dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakı sessiyasının iştirakçılarını qəbul edib
06.09.2017 [10:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasının iştirakçılarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib. Ölkələrimiz arasında maliyyə nəzarəti sahəsində təcrübə mübadiləsinin zəruriliyinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ölkələr keçid və islahatlar dövründə demək olar, eyni problemlərlə üzləşiblər. Ölkələrimizin qarşısında maliyyə nəzarəti sahəsində duran problemlərin həlli baxımından sessiyada aparılacaq müzakirələr önəmlidir və əlbəttə ki, dövlət nəzarəti mexanizminin daha da təkmilləşdirilməsi sıx koordinasiya tələb edir. Eyni zamanda, bu tədbir qonaqların Azərbaycanda maliyyə nəzarəti sahəsində son illər həyata keçirilən işlərlə yaxından tanış olması üçün yaxşı imkan yaradır.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda xərclərə dövlət nəzarəti ilə bərabər ictimai nəzarətə də böyük diqqət yetirilir. Son illər dünyada baş vermiş iqtisadi və maliyyə böhranına toxunan Prezident İlham Əliyev bildirib ki, bütün bu proseslər dövlət xərclərinin daha da optimallaşdırılmasını zəruri edir. Bu baxımdan ölkələrimizin maliyyə nəzarəti orqanlarının üzərinə daha çox məsuliyyət düşür.
Prezident İlham Əliyev tədbirdə müzakirələrin və təcrübə mübadiləsinin konstruktiv və səmərəli şəkildə keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Rusiya Federasiyası Hesablama Palatasının sədri Tatyana Qolikova Bakının gözəl şəhər olduğunu, ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib. O, Azərbaycanda göstərilən qonaqpərvərliyə və tədbirin təşkilinə görə minnətdarlığını bildirərək qeyd edib ki, sessiyada müzakirə olunan məsələlər kifayət qədər önəm daşıyır və əsas məsələ səmərəliliyin yüksəldilməsidir. Bu baxımdan ölkələrimiz arasında əməkdaşlıq mühüm rol oynayır. Tatyana Qolikova ölkələrimizin maliyyə nəzarəti orqanları arasında əməkdaşlığın və qarşılıqlı fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

