Azərbaycan Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda olub
22.07.2017 [10:17]
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda görülən işlər və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verib.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sakinlər: Cənab Prezident, Pirallahı rayonuna xoş gəlmisiniz.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “Çox sağ olun, sizi görməyimə şadam. Bu gün Pirallahı rayonunun həyatında çox əlamətdar bir gündür, içməli su layihəsi istifadəyə verilir. İndi həm Pirallahı qəsəbəsinə, həm Gürgan qəsəbəsinə təmiz içməli su veriləcəkdir. Bu, çox böyük hadisədir, siz yaxşı bilirsiniz ki, həmişə burada su problemi insanları çox narahat edirdi, incidirdi. İndi isə vətəndaşlara 24 saat ərzində təmiz, bütün ekoloji standartlara uyğun, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su verilir.
Bu, çox böyük layihədir, böyük vəsait tələb edən layihədir. Sırf sosial xarakter daşıyan layihədir ki, vətəndaşlar üçün təmiz içməli su verilsin. Çünki su insanın həyatında əsas amillərdən biridir. Su sağlamlıqdır, təmizlikdir və təmiz içməli su əlbəttə ki, hər bir insanın həyatında xüsusi yer tutur.
Son illərdə həm Bakıda, həm də demək olar ki, bütün bölgələrdə içməli su layihələri uğurla icra edilir. Bakı şəhərinin içməli su ilə təminatı yaxşılaşır. Hələ gələcəkdə görüləcək işlər var, çoxdur. Buraya çəkilən 80 kilometr uzunluğunda su xətti əlbəttə ki, böyük vəsait tələb edən layihədir. Çünki Ceyranbatandan Pirallahıya, Gürgana, eyni zamanda, Xəzər rayonunun Zirə, Türkan qəsəbələrinə su xətti çəkilib. Bir neçə il bundan əvvəl Ceyranbatan su anbarında böyük təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir. Bu da dünya miqyasında ən böyük təmizləyici qurğudur. Buna görə, Pirallahıya içməli suyun gətirilməsi doğrudan da böyük layihədir - həm texniki, həm maliyyə cəhətdən böyük zəhmət və vəsait tələb edən layihədir. Ancaq bu layihə artıq reallaşıbdır. Biz bunu etmişik və bu, burada yaşayan vətəndaşlar üçün çox gözəl hədiyyədir.
Bununla bərabər, biz Pirallahı rayonunun inkişafı ilə bağlı bütün digər məsələlərə kompleks şəkildə yanaşdıq. Burada bütün infrastruktur məsələləri həll olunur. Gözəl körpü tikilib. Həmin körpünün tikilməsi də bu bölgənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb. İndi Xəzər dənizinin təbii axını təmin olunub. Əvvəllər burada, dənizdə müəyyən durğunluq var idi. İndi isə bu körpünün altından dəniz suları axır, eyni zamanda, gələcəkdə gəmilərlə, yaxtalarla Bakıdan buraya gəlmək mümkün olacaq. Körpü də nəhəng bir infrastruktur layihəsidir, uzunluğu 700 metrdən çoxdur. Aeroport yolundan Pirallahıya dördzolaqlı geniş, gözəl yol salınıb. Bu da ən yüksək standartlara cavab verir. İndi bu yolla gəldim, adamın gözünü oxşayır. Əvvəlki yol nə vəziyyətdə idi, siz hamıdan yaxşı bilirsiniz.
Ona görə bu əsas infrastruktur layihələrinin icrası əlbəttə ki, yeni imkanlar yaradır. Qazlaşdırma tam təmin olunub, elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Bu gün biz yeni Günəş Elektrik Stansiyasının açılışını qeyd edəcəyik. Sosial infrastruktur yaradılır, 85 yerlik xəstəxana, bir neçə məktəb, istilik təchizatı, 70-dən çox yaşayış binası təmir olunub, parklar salınır, yeni müəssisələr yaradılır.
Azərbaycanda əvvəllər də, elə bu gün də dərman istehsalı fabrikləri demək olar ki, yoxdur. Biz birinci fabrikləri buraya saldıq. İki fabrikin tikintisi gedir. Oraya qoyulacaq sərmayənin həcmi təqribən 100 milyon dollara bərabərdir. Burada iş yerləri, yeni istehsal sahələri yaradılacaq. İndi balıqyetişdirmə müəssisəsinin təməli qoyulacaq, balıq bazarı tikilib. Baxın, bu günə qədər Bakı şəhərində balıq bazarı olmayıb. Bu, böyük çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin əksəriyyətində balıq bazarları olur. Bu balıq bazarları həm vətəndaşlara xidmət edir, eyni zamanda, bir növ turizm zonasına çevrilir. İndi burada gözəl bir kiçik bulvar salınıb, balıq bazarı var, balıq yetişdirmə müəssisəsi yaradılır. Turizmin inkişafı bundan sonra sürətlə gedəcək. Gürgan qəsəbəsində böyük turizm layihəsi var. İndi Pirallahı da gözəl bir cənnət yerə çevrilib. Burada həm Pirallahı, həm bütün Bakı sakinləri, Azərbaycan vətəndaşları və qonaqlar üçün çox gözəl şərait yaradılıb.
Bütün bu gözəl hadisələr münasibətilə sizi təbrik edirəm. Pirallahı gənc rayondur, beş ildir ki, yaradılıb. Yaranan gündən burada quruculuq-abadlıq işləri aparılıb. Sizi bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram”.
Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra Azərbaycan Prezidenti “Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basıb.
Sonra xatirə şəkli çəkdirilib.
Sakinlər Pirallahı adasını sahillə birləşdirən yeni müasir körpünün inşasına görə dövlətimizin başçısına bir daha minnətdarlıq ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov: Cənab Prezident, buradakı damba üzərindən dəfələrlə maşınlar aşaraq dənizə düşüb. Damba 1946-cı ildə tikilmişdi.
Prezident İlham Əliyev: Çox təhlükəli idi, həm də ki, Xəzəri iki yerə bölürdü. Dənizdə həm durğunluq, həm də bataqlıq yaranırdı. İndi su tərtəmizdir.
Sakin: Yeni körpü dəniz səviyyəsindən 11 metr yüksəklikdədir.
Prezident İlham Əliyev: Bəli, ona görə planlaşdırdıq ki, tam təhlükəsiz olsun.
Vasif İmanov: Siz tapşırıq verdiniz ki, körpünün altından gəmilər keçə bilsin.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına müəssisə barədə məlumat verilib.
Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoyub.
* * *
Prezident İlham Əliyev dünən həmçinin Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək layihələrlə tanış olub.
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verib.
* * *
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Pirallahı” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Azərbaycan Prezidenti stansiyanı işə salıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlətimizin başçısına “Pirallahı” Günəş Elektrik Stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verib.
Prezident İlham Əliyevə “Azgüntex” zavodunda istehsalı nəzərdə tutulan günəş və külək texnologiyaları əsasında hazırlanan qurğu və avadanlıq barədə də məlumat verilib. Dövlətimizin başçısına, həmçinin Dövlət Agentliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq günəş texnologiyasına əsaslanan küçə və istirahət parkları üçün “ağıllı” işıqlandırma sistemləri haqqında məlumat və nümunələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22

