Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib
30.06.2017 [10:13]
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Yusif Səfərov küçəsinə paralel salınan yeni yolun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yeni yolun texniki göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, üç hərəkət zolaqlı yolun inşası zamanı layihəyə uyğun olaraq yolboyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb. Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun hər iki tərəfində səkilər salınıb, müasir işıqlandırma dirəkləri qoyulub. Layihə çərçivəsində burada avtobus dayanacağı quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə, eyni zamanda, qısa vaxtda yerinə yetirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlətimizin başçısı tıxacların aradan qaldırılmasında yeni yolun əhəmiyyətini vurğulayıb. Bu layihənin icrası yeni yolların salınması ilə bağlı Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlərdən biridir. Eyni zamanda, bu cür tədbirlər paytaxtımızın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, Bakı şəhərində tıxacların aradan qaldırılması baxımından da çox önəmlidir. Belə ki, yeni yol avtonəqliyyat vasitələrinin birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyeva küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət etməsinə əlverişli imkan yaradır. Həmçinin Heydər Əliyev prospektindən gələn sürücülər Yusif Səfərov küçəsinə daxil olmadan metronun “28 May” stansiyası və Heydər Əliyev Sarayı istiqamətinə rahat hərəkət edəcəklər. Beləliklə, bu yolun istifadəyə verilməsi Yusif Səfərov küçəsində tıxacların yaranmasının qarşısını alacaq.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

