/ / Prezident İlham Əliyev İordaniya parlamentinin Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İordaniya parlamentinin Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11.05.2017 [10:07]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri əhatə etdiyini və yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin həm siyasi, həm də iqtisadi sahədə çox yaxşı əməkdaşlıq etməsinin önəmini qeyd edib. Özünün İordaniyaya və İordaniya Kralının Azərbaycana səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı İordaniya Kralı ilə də çox yaxşı əlaqələrinin mövcud olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanla İordaniyanın bir-birini beynəlxalq təşkilatlarda daim dəstəkləmələrinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün çox böyük səylər göstərdiyini qeyd edən dövlətimizin başçısı bildirib ki, bunun növbəti nümunəsi iki gün sonra Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarıdır. Prezident İlham Əliyev İordaniya idmançılarının da bu oyunlarda çox geniş heyətlə iştirak edəcəklərindən məmnun olduğunu deyib. Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrinin də inkişafının razılıq doğurduğunu deyən Prezident İlham Əliyev Atef Yusif Saleh əl-Taravnehin parlament üzvlərindən ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin uğurlu olacağına, azərbaycanlı həmkarları ilə səmərəli danışıqlar aparacaqlarına və bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravneh İordaniya Kralı II Abdullahın salamlarını dövlətimizin başçısına çatdırıb. Atef Yusif Saleh əl-Taravneh deyib: “Biz ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri ilə fəxr edirik. Hesab edirik ki, biz bu münasibətlərdən istifadə edərək regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərə öz müsbət töhfəmizi verə bilərik”.
Ölkəmizdə görülən genişmiqyaslı tədbirlərə toxunan iordaniyalı qonaq deyib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən böyük işlər İordaniyada maraqla izlənilir.
Görüşdə ölkələrimiz arasında turizm, sərmayə qoyuluşu, idxal-ixrac, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37

