/ / Prezident İlham Əliyev Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.02.2017 [10:25]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Cibuti arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlətimizin başçısı Cibuti Respublikası parlamentinin Xocalı soyqırımının tanınması barədə qəbul etdiyi qərara görə minnətdarlığını bildirib, bunu qardaşlıq münasibətlərimizin və ölkəmizə dəstəyin mühüm göstəricisi kimi dəyərləndirib. Ondan çox ölkənin artıq Xocalı soyqırımını tanıdığını vurğulayan Prezident İlham Əliyev bunun tarixi həqiqətlərin doğru əks etdirilməsi və bu dəhşətli cinayəti törədənlərin mühakiməsi baxımından əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Azərbaycan ilə Cibutinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyib, ölkələrimizin vacib məsələlərin müzakirəsi zamanı bir-birini daim dəstəklədiyini vurğulayıb. Güclü siyasi əlaqələrin iqtisadi sahədə də əməkdaşlığın inkişafına zəmin yaratdığını bildirən Prezident İlham Əliyev hazırda əməkdaşlığımızın praktik şəkildə inkişafının müşahidə olunduğunu qeyd edib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin nəqliyyat və yük daşımaları sahəsində çox yaxşı perspektivləri olduğunu bildirib, bu istiqamətdə həyata keçirilən qarşılıqlı səfərlərin və təmasların vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin Azərbaycana səfərinin uğurlu və səmərəli olacağına, səfərin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Nazir Mahmud Əli Yusuf Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Gellenin məktubunu Prezident İlham Əliyevə çatdırıb. Qonaq qeyd edib ki, Bakı kimi gözəl bir şəhərdə qardaşcasına qarşılanmasından məmnunluq duyur. Azərbaycan ilə Cibuti arasında bir çox oxşarlıqların olduğunu deyən qonaq ölkələrimizin mürəkkəb regionda yerləşdiklərini vurğulayıb. Azərbaycan ərazisinin bir hissəsinin işğala məruz qaldığını qeyd edən nazir münaqişənin sülh yolu ilə həll olunması istiqamətində gedən prosesləri yaxından izlədiklərini bildirib və bu sahədə beynəlxalq səviyyədə qazanılan bir sıra diplomatik uğurların önəmini qeyd edib. 1993-cü ildə Cibutinin BMT Təhlükəsizlik Şurasının üzvü olduğu dövrə toxunan Mahmud Əli Yusuf o zaman ölkəsinin beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınamağa çağırdığını və bu məsələdə sərt mövqe nümayiş etdirdiyini vurğulayaraq BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən 4 qətnamə qəbul etdiyini xatırlayıb. Azərbaycanın artıq güclü bir dövlətə çevrildiyini məmnunluqla qeyd edən Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanın ədalətli mövqedə olduğunu, buna görə də beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Cibuti arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23

