/ / Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib
Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib
09.12.2016 [09:31]
Prezident İlham Əliyev avtomobil yolunda görülən işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Bakının Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu yolda əsaslı yenidənqurma işləri “Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq aparılıb.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, avtomobil yolunun hərəkət hissəsinin eni 10 metrə qədərdir. Yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtük yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində artıq bu problem tam olaraq aradan qaldırılıb. Aparılan işlər zamanı burada da zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Yolboyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib. Yola yeni asfalt-beton örtüyü salınıb. Asfalt-beton örtüyündə xüsusi materialdan istifadə olunub ki, bu da səth sularının asfalt-beton örtüyünə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzunömürlülüyünü artırır. Layihə çərçivəsində yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə piyadalar üçün yeni səkilər tikilib. Yol boyunca xüsusi avtobus dayanacaqları quraşdırılıb, səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub. Diqqətə çatdırılıb ki, əsaslı yenidənqurma işləri qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

